Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Yaponlar təzəbəyə aş gətirən robot düzəldə biləcəklərmi?

Tarix:6-10-2017, 08:02 Baxış Sayı:231

Yaponlar təzəbəyə aş gətirən robot düzəldə biləcəklərmi?

Dünən əməkdaşımız bir yazı hazırlamışdı, yazının içində deyilirdi ki, yaxın gələcəkdə süni intellekt, robot-filanlar elə inkişaf edəcək ki, bir sıra peşələr tarixə qovuşacaq.

Obrazlı desək, hərflərə, sözlərə, sətirlərə könül verən peşə adamları üçün nə qədər kədərli olsa da, həmin siyahıda jurnalist peşəsi də var. Gələcəkdə tamam sıradan çıxacaqmış.

İndi jurnalistlərin əlindən yanıqlı olan məmurlar sevinəcəklər ki, lap yaxşı, jurnalistlər olmasalar yaxşıdır, yazırlar, zəhlə tökürlər, bəziləri işverənlik edir, bəziləri aylıq xərac istəyirlər və sair və ilaxır.

Bəri başdan onları kədərləndirməyə məcburam. Peşəkar jurnalistlər olmayanda meydana çoxlu həvəskar yazanlar çıxacaq. İndinin özündə Feysbukda səhifəsi olan minlərlə adam özünü əkə-bükə jurnalist kimi aparır, bir ucdan yazırlar, rəy formalaşdırırlar, kiminsə torbasını tikir, kiminsə hoydu-hoyduya götürülməsinə, ərəblər demişkən, müsəbbib olurlar. Elə bloqçular var ki, jurnalistlərdən populyardır.

Amma söz yoxdur ki, elm və texnologiyanın inkişafı, pis çıxmasın, nou-xouların artması bir çox peşələri doğrudan da sıradan çıxaracaq. Məsələn, 50-100 il qabaq hər kənddə, hər şəhərdə bir (üç, beş) nalbənd (atın dırnağına nal vuran) olardı, amma indi hansı kənddə nalbənd var? Hətta indiki gənclər heç belə bir sözün olduğunu bilmirlər. Bunu bilsə-bilsə, siyasətlə maraqlanan və Ermənistanın xarici işlər naziri Edvardın soyadını (Nalbəndyan) eşidənlər bilər.  Köhnə nalbəndlərin züryətləri isə hazırda təkər işinə baxırlar, bir növ dədə-baba peşəsini müasir versiyada davam etdirirlər.

Yaxud dulusçu, qalayçı kimi peşələr də sıradan çıxıb, hətta “kamil bir palançı olsa da insan”, iş, sifariş olmayandan sonra nə etsin, gedib heç yarımçıq papaqçı da ola bilməz. Çünki bazarlar “kitayski” papaqlarla, şapka-kepkalarla dolub-daşır. Pinəçilər də onun kimi. İndi ayaqqabı yamatdıran da yoxdur. Hər yan ayaqqabı dükanıdır, ucuz-ucuz, al, gey.

 Arabaçılar da ta yoxdur. Düz-dünya avto-servislərlə doludur. Kənd-kəsəkdə eşşək və ya at arabası işlədənlər varsa, düzəldənlər də ola bilər, amma ta əvvəlki kimi konveyer üsulu ilə araba istehsalı yoxdur.

Bu baxımdan gələcəkdə də bir çox peşələrin sıradan çıxması, onların işini robotların görməsi qaçılmazdır. Ola bilər, Avstraliyada-zadda qoyunları robot-çobanlar otaracaqlar. Şübhəsiz, elə olacaq. Amma bu, o demək deyil ki, Avstraliyada effektiv işləyən robot-çobanlar bizdə baş çıxara bilərlər. Bizim yeddi nəsildən üzübəri qoyun oğurluğu üzrə ixtisaslaşan “sənətkar”larımız robot-çobanı qoyunları qarışıq əkişdirərlər.

Bəzi peşələr var ki, bizdə hələ uzun müddət sıradan çıxmayacaq. Məsələn, əmin olun ki, adlarına “hal şahidləri” deyilən peşəkar üzəduranlar uzun illər hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətinə öz töhfələrini verib, 20 manatlarını qazanacaqlar. Süni intellekt və ya “hal robotu” onları əvəz edə bilərmi? Əsla. Nə qədər proqramlaşdırsan da, xeyri yoxdur, bir gün error verər, iş pozular, dönüb hakimin üzünə durar. Robot şeydir, dərsə gedən övladı yox, deyingən arvadı yox...

Bəs hansı robot toylarda oynaya-oynaya bəyə aş gətirə bilər? Yoxdur elə bir yapon ki, o, aşgətirən robot düzəldə bilsin. Eləcə də toyda üzərrik yandırıb, qonaqların üzünə-başına üfürə-üfürə pul yığan robotlar olmayacaq. Qoy o peşələri seçmək istəyənlər narahat olmasın.

Yenidən qayıdaq öz peşəmizin gələcəyinə. Ola bilər ki, qəzetlər gerçəkdən də tamamilə sıradan çıxacaq, saytlar olmayacaq, amma əmin olun ki, bu ölkədə başqaları üçün ərizə, məktub, yazı yazan savadlı adamlara həmişə ehtiyac olacaq. Yəni yüz il əvvəlin mirzələri kimi.

İndinin özündə yalnız hər iki yüz adamdan biri öz tərcümeyi-halını kənar kömək olmadan, səhvsiz yaza bilir. Bu, 0,5 faiz edir. Bəlkə ifrat nikbinəm və ya şişirtməyə yol verirəm? Çünki daha bədbin rəqəmlər səsləndirənlər var.

İş belədirsə, təhsilə münasibət bu cürdürsə, bizim robotlarla işləməyimizə hələ çox var.

Hələ kim bilir, neft-qazımız tükənsə, traktoru, kombaynı işlətməyə yanacaq tapmasaq, bəlkə də yenidən xış dövrünə, xırmanda vəl işlətmək zamanına qayıdacağıq, buğa alıb, xayasını buracaq, iş öküzünə çevirəcəyik ki, şumlanmamış bir çərək yer qalmasın.

Samir Sarı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL