Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Səadət Cahangir
Ata-oğul balıq ovuna gəlir, tilovu suya atıb, yaxınlıqdakı istirahət mərkəzinə dönürlər. Bir saat sonra dönüb tilova dörd- beş balıq düşdüyünü görürlər. Oğul deyir: “Balıqların tilova düşəcəyini bilirdim.” Ata soruşur: “Hardan bilirdin?” “Dua etdim” deyir oğlu. Onlar tilovu atıb yenidən gedirlər. Döndükləri zaman yenə tilovda bir neçə balıq vardı. Uşaq yenə eyni sözləri təkrarlayır. Təkrar tilovu atıb geri döndüklərində qarmaqda balıq olmadığını görürlər. Uşaq bu dəfə deyir ki, “mən balıq olmadığını bilirdim.” Atası təəccüblə: “Hardan bilirdin?” soruşur. Uşaq “mən bu dəfə dua etmədim, çünki tilova qurd taxmamışdım…”
Azərbaycan insanının üçdə ikisi qarmağa yem taxmadan ov gözləyən balıqçıya bənzəyir. Boşuna gözləməkdən gözlərinin kökü saralanda da, oturub göydəkinin qarasına deyinirlər: ”O da bizdən üz döndərib”, “xeyri yoxdur, heç nə dəyişən deyil”, “bu ölkədə həmişə belə olub, belə də olacaq.” Bunların hamısı bəhanədir. İnsanın öz tənbəlliyinə, vecsizliyinə, acizliyinə, gözüqıpıqlığına haqq qazandırması üçün bəhanə. Qardaşım, sən nə zaman əlini bir daşın altına qoydun ki, bu qədər deyinirsən? Yem taxmadığın tilova balıq düşəcəyinimi gözləyirsən? O qarmağın boş olduğunu hesaba almadan gözləsən nə fayda, dua etsən nə fayda. Sən əvvəlcə bir hərəkətə gəl, varlığını göstər, sonra şikayətini ortaya qoy ki, səsini eşidən tapılsın. Addım atmadan, əlini tərpətmədən qapını örtüb kasıb komanın altında öz-özünə deyinməkdən heç nə çıxmayacaq. O komanın altında səsini nə Tanrı eşidəndir, nə də bəndə. Buna yüz faiz əmin ola bilərsən…
Azərbaycan insanı savadsız və dünyadan bixəbər sayıla bilməz. Əhalinin hardasa 50 faizinin internet bilikləri var və bu da o deməkdir ki, hər ailədə ən azı bir nəfər dünyada baş verənləri çevik şəkildə izləyə bilir. O zaman ən azı o bir nəfər insanın ən böyük dəyər sayıldığı dünya ölkələri haqqında öz ailəsinə danışmamış deyil. O bir nəfər yəqin ki, həmin ölkələrdə insanların yüksək həyat tərzi, təminatı, qazancı, özünü reallaşdırma imkanları haqqında oxuyub, gündə on dəfə köks ötürməmiş deyil. Şübhəsi, onun qibtə ilə anlatdıqları evdəkiləri, çevrədəkiləri, yaxınları da təsirləndirməmiş deyil. O gözəl həyat tərzi, o azadlıq, o hüzur, o imkanlar bizdə ola bilməzdimi? Əlbəttə, ola bilərdi. Amma o şərtlər altında olardı ki, sən haqqını kimsəyə yedirməyəcəkdin. Sən qanun adına hər zaman ayaqda olacaqdın, təkcə özünün deyil, başqalarının da pozulan hüquqları naminə səsini qaldıracaqdın. Etiraz etməkdən, dirənməkdən, tələb etməkdən qorxmayacaqdın. Bu gün bütün başımıza gələnlərin səbəbi nədir, bilirsinizmi? Haqsızlığın ayaq alıb başımıza çıxdığı yerə qədər susmağımız. Artıq bıçağın sümüyə dirəndiyi məqamdır. Durumu dəyişməli deyilikmi? Dəyişməliyik, qardaşlar. Bu gediş belə davam edə bilməz, heç bir halda edə bilməz…
Azərbaycan insanı, gözəl yaşamaq sənin haqqındır. Bu qədər harınlığa, ədalətsizliyə, zülmə dözmək boynunun borcu deyil. Həyatını dəyişmək istəyirsənsə, etiraz səsini ucalt, ölkədə qanunun şah olması üçün dirəniş göstər. İşıqsız, soyuq, ac daxmana qısılıb deyinməyi burax artıq. İllərdir boş tilovdan balıq gözləməyin aqibəti ortada. Balıq istəyirsənsə, əvvəlcə qarmağa bir qurd tax. Sonra lap ürəkdən dua da edə bilərsən. İnan ki, səsin eşidiləcək…