Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qarabağ nağılı təzə “aranjeman”da

Tarix:10-10-2017, 14:15 Baxış Sayı:250

Qarabağ nağılı təzə “aranjeman”da

Putinin köməkçisi Sergey Qlazev bu günlərdə İrəvanda açıq mətnlə işarə edib ki, bəs, Qarabağ ixtilafının həlli yalnız Avrasiya Birliyi çərçivəsindədir. İnanan daşa dönsün! Buna bənzər bəyanatları biz Rusiyanın bir çox qeyri-rəsmi şəxslərinin, o sırada bəzi tanınmış ekspertlər və “Kremlin danışan dil”lərindən sayılan Duqinin, Jirinovskinin də dilindən vaxtaşırı eşitmişik.

Boş şeydir. Çünki SSRİ qiyafəsində “Avrasiya Birliyi” tərkibində Dağlıq Qarabağ məsələsinin necə “çözüldüyünü” artıq bir dəfə əyani görmüşük. Qurulandan cəmi 1 il, Azərbaycan Xalq Cümhuriyyəti devriləndən isə cəmi 3 il sonra (1923) SSRİ daxilində Dağlıq Qarabağdakı bir ovuc erməniyə muxtariyyət statusu verildi - ermənilərin müttəfiq respublikası ola-ola!

Halbuki, o vaxt Qarabağdakı ermənilərdən 3-4 dəfə çox azərbaycanlı Ermənistan SSR-də kompakt şəkildə yaşayırdı. Onlar nəinki muxtariyyətin qoxusunu belə görmədilər, üstəlik, 1948-50-ci illərdə soydaşlarımızın az qala yarısı zorla Ermənistandan deportasiya edildi - ki, ermənilər Ermənistanda azlıqda olmasınlar. Üstəgəl, qədim türk torpağı Zəngəzur Ermənistana Moskva tərəfdən peşkəş edildi ki, Azərbaycanla Türkiyə arasında quru sərhədi olmasın, türk dünyasının coğrafi tamlığı pozulsun.

Yaxın tarixdə xalqımıza bu cür bəla və müsibətləri yaşatmış Rusiya imperiyanın çağdaş rəhbəri Putinin köməkçisi indi bizə köhnə nağılı təzə aranjemanda sırımaq istəyir, eyni aqibəti təkrar yaşamaq üçün bizi şirnikləndirir. Havayı söhbətdir. Daha doğrusu, havayı “pendir”dir - hansı ki, yalnız tələdə olur. Bu “pendir” naminə ikinci dəfə Moskvanın tələsinə düşməyə dəyərmi? Qətiyyən.

Biz bunu birdəfəlik kəsdirməliyik ki, rusun erməniyə simpatiyası həm də xristian amili ilə bağlıdır və Dağlıq Qarabağ konfliktinin ədalətli həlli də Kremlin bu konfliktə təsir imkanları artanda deyil, tam əksinə, ona təsiri həmişəlik itəndən sonra mümkün olacaq. Son 24 ilin mənasız danışıqlar təcrübəsi məgər bunu demir? Bəyəm ərazilərimizin on illərdir işğal altında qalmasının əsas səbəbkarı ermənilərlə faktiki, işğal ortağı olan Rusiya deyil?

Hərçənd, nankor ermənilər bunu da özləri üçün az hesab edirlər. Misal üçün, görün, keçmiş erməni deputat Azat Arşakyan Qlazovla təxminən eyni gündə nə deyir. Deyir, “Rusiya Ermənistanı ələ keçirib Dağlıq Qarabağı Azərbaycana verə bilməz, çünki daha güclü qüvvələr ona icazə vermirlər, ABŞ və Avropa daha güclüdür”.

Guya Moskva Qarabağı yazıq ermənilərin xəbəri olmadan Azərbaycana qaytarmağa hazırlaşırmış. Halbuki, artıq ərz edildiyi kimi, münaqişə Moskvaya ən yaxşı halda SSRİ tərkibində “dondurulmuş” halda, yəni, nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə çözülmüş kimi lazımdır. Krem üçün Qarabağ ixtilafı sadəcə, Azərbaycanla Ermənistanı qorxudub yanında saxlamaq üçün bir vasitədir. Vəssalam.

O ki qaldı Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında guya Avropanın, Qərbin əngəl olmasına, bax, bu iddianı gərək qəribçiliyə salmayaq. Ona görə ki, Güney Qafqaza nəzarəti ələ keçirmək üçün Qərbin, ABŞ-ın qarşısında hazırda tək “əngəl” - Rusiyanın bölgədəki əsas hərbi forpostu Ermənistandır. O üzdən ermənini Rusiyanın ağuşundan qoparmaq üçün Avropanın ona Qarabağ “konfeti” vəd eləməsi istisna deyil.

Bu “konfet”in verilməsini önləmələyik. Necə?

Azərbaycanın Avropa üçün, Qərb üçün qat-qat vacib məmləkət olduğunu hər addımda sübut eləməklə. Avropaya uzanan ortaq strateji neft-qaz kəmərləri öz yerində, demokratiya paytaxtlarının, demokratik dünyanın hüsn-rəğbətini qazanmaqdan ötrü gərəkdir ki, ortaq dəyərləri bölüşmək haqda da düşünək.

Bu xüsusda Azərbaycan prezidentinin gələn ay Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq üçün Brüssellə gedəcəyini anons eləməsi, ümumilikdə təşkilatla Azərbaycan arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmi çox önəmlıdir. Öncəliklə də Ermənistanı önləmək baxımından...

*****

O ki qaldı Qarabağı kimin qaytarmasına, əslində Qarabağı bizə nə Rusiya verəcək, nə də Qərb. Onu Azərbaycan əsgəri qaytaracaq, yaxud işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyümüz işğala son qoyacaq. Yəni ya hərb, ya da sülh yolu ilə. Bir şərtlə ki, regionda və dünyada gedən geosiyasi proseslərin nəbzini, siyasi konyunkturanı dəqiq müəyyən edək və ən əlverişli fürsəti qaçırmayaq...

Zahid

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL