Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

“Qarabağ tarixi” dərsliyini Əliyevlərin ailə albomuna çeviriblər

Tarix:13-10-2017, 14:29 Baxış Sayı:158

“Qarabağ tarixi” dərsliyini Əliyevlərin ailə albomuna çeviriblər

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli tarix dərsliklərində olan çoxsaylı problemlərə özünün fb səhifəsində münasibət bildirib. Yazını təqdim edirik:

Dəyərli dostlar! Son günlər orta məktəblərin tarix dərslikləri ilə bağlı müəyyən müzakirələr gedir. Məlum xəritə qalmaqalı təəssüflər olsun ki, yeganə səhv deyil. Tarix dərsliklərində qüsurlar olduqca çoxdur və bir fənn olaraq tarixin tədrisi xüsusi diqqət tələb edir. Sovet İttifaqı dağıldıqdan sonra tarix dərsliklərinin humanistləşdirilməsi, tədrisin demokratik dəyərlər üzərinə keçirilməsi xüsusi bir vəzifə olaraq qarşıda dururdu. Amma nə dərsliklərin hazırlanmasında, nə də tarixin tədrisində bu prinsip gözlənilmədi. Bir statusda bütün dərslikləri təhlil etmək mümkün deyildir. Lakin bəzi məqamlara toxunmağı vacib sayıram.

İlk növbədə tarix dərsliklərində ciddi dil problemi vardır. Dərsliklərin dili bir sıra hallarda şagirdlərin qavrama imkanlarından daha mürəkkəbdir. İkincisi, tarix dərslikləri həddindən artıq yüklənib və bu yükü daşımaq şagirdlərin yaş səviyyəsinə uyğun deyildir. Dilin ağırlığına fakt, hadisə, tarix, şəxs adları, yer adları, terminlərin çoxluğu da əlavə edildikdə dərsliklər şagird üçün cəlbediciliyini itirib cəza yükünə çevrilir. Məsələn, götürək 8-ci siniflərin tarix dərsliklərin. Bu sinifdə şagirdlərə həftədə bir saat “Azərbaycan tarixi”, bir saat “Ümumi tarix” və bir saat da “Qarabağ tarixi” fakültativ kursu tədris edilir. “Azərbaycan tarixi” bu sinifdə vətən tarixinin XVI əsrin sonlarından – XIX əsrin əvvəllərinə qədər ki dövrünü əhatə edir. “Ümumi tarix”in tədrisində də bu xronoloji ardıcıllıq gözlənilir. Həftədə iki saat tarixin bəlli bir mərhələsini öyrənən şagirdlər, üçüncü saatda yenidən daha əvvəlki siniflərdə öyrəndikləri Azıx, Tağlar, Şuşa mağaralarına dönüb həmin mağaralardan İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı genişmiqyaslı fəaliyyətinə qədər uzun bir tarixi məsafə qət edirlər. Tarixin belə tədrisi pedaqoji, yoxsa anti-pedaqojidir? Bu məsələnin bir tərəfidir.

Digər tərəfdən, elə həmin siniflər üçün hazırlanmış “Azərbaycan tarixi” və “Ümimi tarix” dərsliklərində bir-birini təkrar edən məqamlara tez-tez təsadüf edilir. Məsələn, “Azərbaycan tarixi” dərsliyində Azərbaycan Səfəvi dövlətinə geniş (30 səhifə) yer verildiyi halda, “Ümumi tarix” dərsliyində də “Azərbaycan Səfəvi imperiyası yeni dövrün astanasında” adlı paraqraf (mövzu) verilir. Yəni, şagird eyni həftə ərzində bir dərslikdən öyrəndiyi mövzunu, ayrı bir dərslikdə yenidən təkrar etməli olur.
Tarix dərsliklərində səhv və qüsurlara gəldikdə isə bir iki nümunə göstərməklə kifayətlənməli olacağam. Örnək: 8-ci siniflər üçün “Ümumi tarix” dərsliyində yazılır ki, “XVII əsrin başlanğıcında o zaman Hindistanı idarə edən Böyük Moğol – türk imperiyasında çoxlu iri və xırda feodal knyazlıqlar yaranmışdı.” İndi sual olunur: sırf slavyanlara aid olan knyaz titulu, knyazlıqlar hara, Böyük Moğol dövləti hara, Hindistan hara? Bir tərəfdən şagirdlər bir il əvvəl tarix dərslərində rus knyazlıqları haqqında ətraflı öyrənir, digər tərədən 8-ci sinifdə ruslara və slavyanlara aid olan knyaz ifadəsi ilə yenidən Moğol dövlətində, müəlliflərin yazdıqları kimi “türk imperiyasında” rastlaşır.

Bir qədər də “Qarabağ tarixi”nin ayrıca bir kurs kimi tədris edilməsi barədə. Əgər 5-ci sinifdən başlayaraq bütün yuxarı siniflərdə Qarabağ tarixini də içinə alan “Azərbaycan tarixi” tədris edilirsə, ayrıca “Qarabağ tarixi” tədris etmək nə dərəcədə məqsədəuyğundur? Anlayıram həssas məsələdir və indiki halda bu fikir müəyyən etirazlar doğura bilər. Amma Qarabağı işğaldan azad etmək lazımdır, onun tarixini ümumi Azərbaycan tarixindən ayırıb ayrıca fənn kimi tədris etmək, nəticəsi 13-14 yaşlı uşaqların başında çatlayan ucuz “vətənsevərlik” hoqqabazlığıdır və anti-pedaqoji bir məsələdir. Digər tərəfdən belə bir sual yaranır: əgər orta məktəblərdə ayrıca “Qarabağ tarixi” tədris edilirsə, onda nədən ayrıca Şirvan, Şəki, Naxçıvan, Lənkəran və sair “tarixlər” tədris edilməsin? Bilmirəm, niyə anlamaq istəmirlər ki, Qarabağ tarixini ümumi Azərbaycan tarixi kontekstindən çıxarmaq olmaz, onu qonşu bölgələrin tarixindən ayırmaq olmaz. Əgər mövcud “Azərbaycan tarixi” dərsliklərində Qarabağ tarixi yetərincə öz əksini tapmamışsa, onu təkmilləşdirmək barədə düşünmək olar. Amma onu ayrıca tədris etmək kökündən yanlış olan bir məsələdir.

Ən nəhayət, respublika Təhsil Nazirliyinin 2014-cü ilin fevral ayının 19-da, 206 nömrəli əmri ilə təsdiq edilib orta məktəblərin 8-ci siniflərində fakültativ kurs kimi keçilən “Qarabağ tarixi” tədris vəsaiti kimi aşağı səviyyədədir və dərs vəsaitləri üçün zəruri olan bir sıra pedaqoji məqamlar bu vəsaitdə nəzərə alınmamışdır. Təsəvvür edin eyni səhifənin bir abzasında tarixi əsrlər rum rəqəmləri ilə, digər abzasda yüzilliklər ərəb rəqəmləri ilə verilir. Yaxud, müəlliflər yazırlar ki, “1923-cü il iyunun 30-da Rusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi.” Təsəvvür edin ki, dərs vəsaiti olaraq Təhsil Nazirliyi tərəfidnən təsdiq edilmiş “Qarabağ tarixi” kitabının təkcə bu bir cümləsində iki səhv var? DQMV-nin yaradılmasına qərar Rusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin 1923-cü ilin iyun ayının 30-da keçirilmiş plenumunda deyil, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Bürosunun 1921-ci ilin iyul ayının 5-də keçirilmiş plenumunda verilmişdi. Və həm də Şuşa mərkəz olmaqla DQMV-ın yaradılmasına qərar verilmişdi.

13-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan bu vəsaitin təkcə bir abzasının rəqəm yükünə diqqət yetirin: “Qarabağ ərazisi də daxil olmaqla Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61,505 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24 %) şəhərlərdə, 1119,087 nəfər (87,76 %) qəzalarda yaşayırdı. Əhalinin 783065 nəfəri (61,41 %) azərbaycanlılar, 36957 nəfəri (2,90 %) ruslar və s.”
Təsəvvür edin bir abzasdakı bu rəqəm yığını 8-ci sinifdə oxuyan 14 yaşlı şagirdlərinə təqdim edilir. Ola bilər ki, elə həmin yaşda çox bacarıqlı şagirdlər tapılıb bu rəqəmləri müqayisə edib müəllimindən soruşsun: ay müəllim bu kitabdakı deyilir ki, Yelizavetpol əhalisinin 156,044 nəfəri şəhərlərdə, 1119,087 nəfəri isə qəzalarda yaşayırdı, bəyəm şəhərlər qəzaların tərkibinə daxil deyildi və şəhərlər qəzalardan kənarda yerləşirdi. Eyni məntiqlə ikinci bir şagird də sual edə bilər ki, canım müəllim kitabda yazılır ki, Yelizavetpol əhalisinin 61,41 faizi azərbaycanlılar, 2,90 faizi ruslar və s. idi. Bu edər 64,31 faiz, bəs qalan 35,69 faiz kimlər idi?

Dərs vəsaitinin sonunda təqdim edilən ədəbiyyat siyahısı dərsliklər və dərs vəsaitləri hazırlanma metodikasına ziddir. Görün dərs vəsaitinin sonunda müəlliflər 14 yaşlı uşaqlara hansı kitabların adını çəkir: Azərbaycan Xalq Cümhuriyyəti (1918-19120). Parlament. I-II cildlər. Stenoqrafik hesabatlar., Azərbaycan SSR-in xalq təsərrüfatı Böyük Vətən Müharibəsi illərində., M.M. Əliyev. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı., Ə. Həsənov. Azərbaycan və ATƏT: Ermənistan – Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda., R. Mehdiyev. Gorus – 2010: absurd teatrı mövsümü və sair. Bax, əsl absurd teatrı Gorus 2010 deyil, yaş xüsusiyyətinə uyğun olmayan belə cəfəngiyatı 14 yaşlı uşaqlara tövsiyə etməkdir.

Dizayn və poliqrafiya baxımından da “Qarabağ tarixi” digər tarix dərsliklərindən fərqlidir. Əgər tarix və digər dərslikləri siyasiləşdirib onların birinci səhifəsində yalnız Heydər Əliyevin portretlərini verirlərsə, “Qarabağ tarixi”nin müəllifləri daha irəli gedərək birinci səhifədə Heydər Əliyevin, ikinci səhifədə İlham Əliyevin, beşinci səhifədə isə Mehriban Əliyevanın portretlərini verib “Qarabağ tarixi”ni Əliyevlərin ailə albomuna çeviriblər. Bu da bizim Qarabağ dərsliyimiz!

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL