Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Hikmət Nikbin
Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edə bilməyən, Demokratik quruluşa təminat verməyən, Vətəndaş cəmiyyətinin bərqarar olmasını bacarmayan, Qanunların aliliyini təmin etməkdə, Hüquqi, Dünyəvi Dövlət qurmaqda çətinlik çəkən Hakimiyyət Dövlətçiliyin təməl prinsiplərini laxlatmaqdadır. Bütün bu sadaladığım mənfiliklərin səbəbi Prezident, Parlament seçkilərində Azərbaycan xalqının “səsdən” məhrum edilməsidir. Belə Seçkilər daha çox insanların alınıb-satılması üçün mümkün olan alver sövdələşməsinə oxşayır. Bu cür cəmiyyətlər daim Dövlət tərəfindən zorakılığa məruz qalır. Nəticədə hamı yalana məcbur edilir. Son olaraq, bu tip Ölkələrdə mənəviyyatın, mənəvi dəyərlərin “soyqırımı” başlayır. Beyinləri “işğala” məruz qalmayan insanlar incidilir, güdülür, məsxərəyə qoyulur, cəmiyyətə gic, axmaq, xəstə kimi təqdim edilir.
Daxili həyatda baş verən proseslərdə həqiqəti söyləmək Xalqa, Dövlətə qarşı satqınlıq, xəyanət etmək kimi başa düşülür.
Hakimiyyətə qarşı mınnətdarlıq “dalğası” aparmaq, onu daha da şiddətləndirmək uğrunda mübarizə ümdə vəzifəyə çevrilir. Prezidentdən başqa bütün məmurlar bu “dalğanın” başında gedən tərifçilərdir. Bu “hərəkata” sadəlövhlər və hakimiyyətdən “pay” almaq üçün şəxsi maraqlarını güdənlər də qoşulur.
Bu gün bir verilişdə şəxslər ərazi bütövlüyümüzü bərpa edə bilməyən, uduzan hakimiyyətə yenilməz bir rıtsar kimi məğlubedilməzlik fonu verirdilər. Söhbətlərindən belə məlum olurdu ki, Avropa da, ABŞ- da Azərbaycan xalqının xoşbəxtliyini (olmayan) əlindən almaq istəyir. Hakimiyyət də xoşbəxtliyimizi (olmayan) əlimizdən almaq istəyənlərə qarşı gecə-gündüz döyüşdə!
Belə çıxır ki, pulsuz da, işsiz də, ac da, yalavac da, ümidsiz də Tanrıdan çörək əvəzinə iki krallı Azərbaycan hakimiyyətinə uğur arzulamalıdır.
Yaşasın iki krallı Azərbaycan !
Deməli, bu “şüardan” bəlli olduğu kimi, mütərəqqi cəmiyyətlərdə mövcud olan İdarəçilik bu gün Azərbaycan cəmiyyətində yoxdu.
Tam cəsarət hissi ilə deyirəm. Ölkəmizdə mövcud olan İdarəçilik siyasi xarakter daşımır. Ölkədə ictimai İdarəçilik mövcuddur. Yəni, bizdə fəaliyyət göstərən İdarəçilik Qohum-Quda-Dostlardan ibarət olan ictimai bir təşkilatdır.
Bu İctimai təşkilatın (dediyim kimi, siyasi yox)” Konstitusiyası da”, “Qanunları da”,” fəaliyyəti də” bir- birləri ilə qarşılıqlı yardıma və qarşılıqlı əməkdaşlığa əsaslanır. Hüquqsuzluğumuz davam edir.
Hüquq hər bir cəmiyyətin mədəni boyuna bərabərdi.
Məhz bu səbəbdən də, inkişaf etmiş mədəni cəmiyyətlər HÜQUQU məcburetmə mexanizmi kimi yox, bütün sahələrdə HÜQUQU imkanların daha da genişlənməsi kimi qəbul edir.