Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Sürdüyü avtomobilin bomba ilə partladılmasına görə həlak olan maltalı araşdırmaçı jurnalistDaphne Caruana Galizia-nın oğulları cinayət işində hökmlə nəticələnən məlumata görə təklif edilən bir milyon avroluq mükafatı dəstəkləməkdən imtina ediblər.
Xanım Galizia-nın oğulları həmçinin Maltanın Baş naziri Joseph Muscat-ın istefasını tələb ediblər.
Jurnalistin avtomobilindəki partlayış bazar ertəsi günü o, Bidnija-da yerləşən evindən çıxdığından sonra baş verib.
O, siyasətçiləri korrupsiyada ittiham edən bloquna görə məhşurlaşmışdı.
Onun oğlu Matthew Caruana Galizia-nınFacebook səhifəsində paylaşdığı və qardaşlarıAndrew və Paul-un da imzaladığı bəyanatda “anamızın qatilinin məhkum edilməsilə nəticələnən dəlilə görə bir milyon avroluq mükafatı dəstəkləmək üçün” Malta liderləri tərəfindən “fasiləsiz təyziq altındayıq” yazıb.
Lakin qardaşlar “dəyişiklik olmadan ədalətlə maraqlanmadıqlarını” deyiblər.
“Xatirələrimizdə anamızı həmişə susdurmağa çalışan insanlar ədaləti təmin edə bilməzlər”, onlar yazır.
Onlar Baş nazir Joseph Muscat-ı hədəfə alaraq onu vəzifəsindən istefa verməyə çağırıblar. “Siyasi məsuliyyət göstər və istefa et. Bizim mühüm hüquqlarımızı müdafiə etməkdə uğursuzluğuna görə istefa et”, onlar deyib.
Qardaşlar, həmçinin ondan Maltanın polis komissarını və baş prokurorunu “ona (baş nazirə) və onun qoruduğu şəxslərə qarşı dəlillər üzrə hərəkət etməkdən qorxmayan dövlət qulluqçuları ilə” əvəz etməsini tələb ediblər.
Xanım Caruana Galizia-nın ölümündən sonra, cənab Muscat qətli “ölkəmizdə ifadə azadlığına” qarşı bir hücum olduğunu deyərək qınayıb.
BBC-yə verdiyi müsahibədə, Baş nazir jurnalisti “mənim sərt tənqidçim” və onun qətlini isə “bir kabus” kimi təsvir edib.
“Mən buna səbəbin onun yazdığı və ya yazmağa planlaşdırdığı bir şeyin olub-olmadığını bilmirəm”, o deyib.
Daphne Caruana Galizia hökumətin sərt tənqidçisi idi. Onun Panama sənədləri barədə araşdırması və Baş nazir Joseph Muscat-a qarşı korrupsiya iddiaları Maltada erkən seçkilərə nəticə vermişdi.
Cənab Muscat və onun həyat yoldaşı gizli ofşor bank hesabları vasitəsilə Azərbaycan prezidentinin ailəsindən aldıqları pulları gizlətdikləri iddialarını rədd edirlər.
Korrupsiya iddialarına baxmayaraq, cənabMuscat erkən seçkilərdə qalib gələrək öz vəzifəsində qalıb.
Xanım Caruana Galizia bloqunda həmçinin müxalifət siyasətçilərini də tənqid etmişdi və sonuncu yazısında ölkədəki siyasi vəziyyətin “ümidsiz” olduğunu demişdi.