Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Tarix:Bu gün, 00:59 Baxış Sayı:0

Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir” Azərbaycan Dağınıq Oda Teatrının (ADO) mühacirətdə yaşayan yaradıcısı, aktyor Elmin Bədəlov Avropa institutları və siyasi liderlərə açıq məktub ünvanlayıb.
O, Avropa ölkələrini iqtisadi və geosiyasi maraqları əsas götürərək Azərbaycanda baş verən insan hüquqları pozuntularına və həbslərə laqeyd yanaşmamağa çağırıb.
Bədəlov qeyd edib ki, 2013-cü ildə təsis etdiyi müstəqil teatr təzyiqlər nəticəsində fəaliyyətini dayandırıb, özü isə ölkəni tərk etməyə məcbur qalıb. Onun sözlərinə görə, avtoritar rejimlər ən çox azad düşüncədən ehtiyat edir:
“Siyasi dəyişiklik hakimiyyət dəyişəndə başlamır. Siyasi dəyişiklik insanların fərqli düşünməsi, suallar verməsi və yeni gələcək təsəvvür etməsi ilə başlayır. Avtoritar sistemlər bunu çox yaxşı başa düşür. Məhz buna görə müstəqil jurnalistikadan, satiradan, teatrdan, ədəbiyyatdan və incəsənətdən qorxurlar”.
Aktyor bildirib ki, Azərbaycanda qorxu atmosferi formalaşdırılıb. Onun fikrincə, müstəqil qurumların sıradan çıxarılması bütöv bir xalqın yaddaşına zərbə vurur və bu, artıq yalnız bir ölkənin daxili məsələsi kimi qiymətləndirilə bilməz.
“Müstəqil teatr susdurulduqda, cəmiyyət özünü tanıdığı məkanlardan birini itirir. Jurnalistlər həbs olunanda, cəmiyyət yaddaşının bir hissəsini itirir. Müstəqil səslər yox olduqca, cəmiyyət fərqli gələcək təsəvvür etmək imkanını da itirir”, - deyə Elmin Bədəlov qeyd edib.
Açıq məktubda Avropanın enerji və digər strateji maraqlar naminə demokratik dəyərlərdən geri çəkildiyi də tənqid olunub. Bədəlov vurğulayıb ki, təhlükəsizlik və strateji əməkdaşlıq insan hüquqları hesabına qurulmamalıdır.
ADO teatrı Azərbaycanın ilk müstəqil, müasir teatr təşəbbüslərindən biridir. Teatr sosial və ictimai mövzulara həsr olunan tamaşalar hazırlayıb, müxtəlif vaxtlarda keçirmək istədiyi küçə performansları isə polis müdaxiləsi ilə qarşılaşıb. Sonradan teatr fəaliyyətini dayandırıb, Bədəlov isə ölkədən gedib.
Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənib və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycan Aİ üçün alternativ qaz tərəfdaşlarından birinə çevrilib. Tənqidçilər Aİ-nin Azərbaycandakı insan hüquqları pozuntularına qarşı yetərincə sərt mövqe tutmadığını bildirsə də, qurum insan hüquqlarının gündəmdə qaldığını bəyan edir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL