Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov son söz deyib.
A.Qurbanov çıxışının əvvəlində ittiham aktını hazırlayan və işi aparan şəxslərlə problemi olmadığını, əsas etirazının mövcud idarəetmə sisteminə yönəldiyini bildirib.
"Diktaturalarla demokratiyanın fərqi nədir? Diktatura mərkəzində dayanan səhvin olduğunu qəbul etmir. Bu tarixi sənədlərdə təsdiqini tapır. Nümunə Stalindir. Sadəcə diqtə etdikləri əməllərdən həz alırlar. Faktiki olaraq bu gün ölkəmizdə kommunist rejim hökm sürür. Özlərini komsomolçu kimi aparırlar. Eləcə də İlham Əliyev. Bu gün komandasında olan şəxslər komsomolçuların bioloji xələfləridir. Fuad Ələsgərov, Kamran Əliyev və s. Demokratiyanın fərqi odur ki, səhv qəbul edilir. Azad seçki olmalıdır ki, səhvlər üzə çıxsın, səhvlər düzəldilsin”, - o qeyd edib.
A.Qurbanov daha sonra hakimiyyət bölgüsü və respublikaçılıq ənənələri barədə danışıb. O, Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə istinad edərək dövlətin nailiyyətlərinin ayrı-ayrı şəxslərin adına yazılmasının doğru olmadığını vurğulayıb.
Çıxışında ölkə konstitusiyası ilə bağlı da fikirlərini bölüşən A.Qurbanov bütün hakimiyyət səlahiyyətlərinin bir mərkəzdə cəmləşdiyini vurğulayıb. Onun sözlərinə görə, bu model müstəqil institutların fəaliyyətini məhdudlaşdırır.
A.Qurbanov həbs olunmalarının səbəbini fəaliyyətlərinin əsasının millətə xidmət olması ilə əlaqələndirib. O bildirib ki, müstəqil media və məhkəmə sistemini müdafiə etdiklərinə görə təqib olunublar.
"İstəyirlər media müstəqil olmasın, məhkəmə müstəqil olmasın. Bizim bu sistemə tabe olmaq fikrimiz yoxdur. Bu yaxınlarda “AzTV”-də İlham Əliyevin Donald Trampa ABŞ-nin 250 illiyi ilə bağlı yazdığı məktubu haqda eşitdim. ABŞ-nin demokratiyanın beşiyi olmasından danışırdı. Necə oldu ki, biz bunu, demokratiyanı təbliğ edəndə o, milli vətənpərvərlikdən və s. danışırdı?”, - o sual edib.
A.Qurbanov sosial-iqtisadi məsələlərə də diqqət çəkib.
“Hər il büdcədən milyardları yeyirlər, amma vətəndaş hər ay soyuducusunu daha az doldurur. Marketlər kimindir? Özlərinin. Ölkənin birja dəyəri 110 milyarddır. Onun 43 milyardı “Paşa Holding”ə məxsusdur. Şirkət kimindir? Özünün. Bir sahibkar göstərə bilərsinizmi ki, müstəqildir, heç kimə bağlılığı yoxdur, amma işğaldan azad olunmuş ərazilərdə iş qursun. Şuşa ancaq bir məhdud qrupundur. Minlərlə insan şəhid və qazi oldu. Bu torpaq vətəndaşın deyil?”, - o qeyd edib.
Son sözünün davamında A.Qurbanov məhkəmə prosesinin ədalətli olmadığını iddia edib və “normal istintaq aparılsaydı, məhkəmənin fərqli şəkildə keçə biləcəyini” söyləyib.
Daha sonra o, ittihamların səbəbləri kimi qiymətləndirdiyi altı məqama toxunub. A.Qurbanov 2009-cu ildə Mərkəzi Seçki Komissiyasında fəaliyyəti, 2013-cü il prezident seçkilərindən sonrakı mövqeyi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, “Toplum TV”-nin yaradılması, faktyoxlama fəaliyyətləri və III Respublika Platformasının təşkili barədə danışıb.
“Toplum TV” ilə bağlı danışan A.Qurbanov bildirib ki, platforma peşəkar jurnalistikanın inkişafı üçün yaradılmışdı və onun əməkdaşlarının əksəriyyəti hazırda həbsdədir. O, həmçinin "Fakt Yoxla" layihəsinə toxunaraq, dezinformasiyaya qarşı mübarizə aparan jurnalistlərin təqib olunduğunu iddia edib.
Çıxışının sonunda A.Qurbanov onunla birlikdə mühakimə olunan digər şəxslərin adlarını çəkərək, onların cinayət deyil, ictimai və peşə fəaliyyətlərinə görə həbs edildiklərini düşündüyünü bildirib. O, Ələsgər Məmmədli, Ruslan İzzətli, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov barədə ayrıca danışaraq, onların fəaliyyətini qiymətləndirib.
"Əsrlərlə çalışsalar da, cümhuriyyət ideyalarını silə bilməyəcəklər", – deyə o, çıxışının sonunda bildirib.
Növbəti proses iyulun 27-si saat 10:00-a təyin olunub.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.