Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“The Independent” qəzetinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri deyib ki, Şimali Koreya lideri qəfil yoxa çıxsa vəya ölsə, onun təşkilatı bu barədə heç bir şərh verməyəcək.
Mike Pompeo Washington-da keçirilən konfransda təhlükəsizlik əməkdaşlarına deyib ki, kommunist despotun başına bir iş gəlsə, MKİ bu barədə susacaq.
“Birdən Kim Jong-un yoxa çıxsa, MKİ-nin tarixi ənənəsini nəzərə alaraq mən bu barədə heç nə deməyəcəyəm, – Mike Pompeo Demokratiyanın Müdafiəsi Fondunun forumunda deyib, – Kimsə fikirləşəcək ki, bu bir təsadüf olub, qəfil qəza baş verib vəsair. Bunu deməkdə bir fayda yoxdur”.
Onun şərhi əvvəlcə ABŞ-da yox, South China Morning Post qəzetində dərc olunub.
“The Independent” yazır ki, öz çıxışında cənab Pompeo İran, Konqo və Çili kimi ölkələrdə liderlərin devrilməsi qəsdlərində MKİ-nin rolunun olduğu barədə söz-söhbətlərə işarə edib.
Bundan bir neçə ay əvvəl Şimali Koreya iddia edirdi ki, MKİ Cənubi Koreyanın kəşfiyyat orqanlarından istifadə edərək Kim-i sui-qəsdlə qətlə yetirmək cəhdi göstərib.
Lakin Pxenyan bu iddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib.
Bununla yanaşı, Pompeo xəbərdarlıq edib ki, Şimali Koreya özünün nüvə qabiliyyətini təkmilləşdirmək hədəfindən bir neçə ay aralıdır və Trump lazım gələrsə bu bədəməl dövlətə qarşı hərbi qüvvə işlətməyə hazırdır.
MKİ rəhbəri deyib ki, ABŞ Şimali Koreyanın öz nüvə qabiliyyətini təkmilləşdirməsinəvə ABŞ-a zərbə endirmək niyyətinə hazır olmalıdır.
Lakin o deyib ki, bir nüvə raketi düzəltməyə qabil olmaqla, belə raketlərinin arsenalını yaratmaq qabiliyyətinə malik olmaq arasında fərq vardır.
Elə bu forumda çıxış edən ABŞ Milli Təhlükəsizlik müşaviri HR McMaster deyib ki, ABŞ hazırda bu təhlükənin qarşısını almaq üzərində sürətlə işləyir.
O əlavə edib: “Biz gecikməmişik, amma vaxtımız daralıb”.