Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Kürdüstan Regional Hökuməti sentyabrda baş tutan mübahisəli müstəqillik referendumunun nəticələrinin dondurulmasını və Bağdad ilə dialoqa girməyi təklif edib.
Hökumətin bəyanatında deyilir ki, onlar “zorakılıq və toqquşmaların qarşısını almaq məqsədilə” atəşkəs təklif edib.
Ötən həftə İraq hökumət qüvvələri neftlə zəngin olan Kərkük şəhərini və kürdlər tərəfindən idarə olunan digər sahələri ələ keçirib.
Bu, kürdlərin regionun Bağdaddan müstəqilliyinə səs verməsindən sonra baş tutub.
“Mübarizənin davamı heç bir tərəfi qələbəyə aparmır, amma bu, ölkəni çaşqınlıq və xaosa doğru aparacaq,” hökumətin bəyanatında deyilir.
“Oktyabrın 16-da İraq və Peşmərgə qüvvələri arasında başlayan hücum və qarşıdurmalar… davamlı qan tökülməsinə gətirib çıxara bilər”, bəyanatda bildirilir.
Fotonun müəllifiGETTY IMAGESImage captionİraq kürdləri Bağdadla gərginliyin artması fonunda ötən həftə Ərbildə nümayiş edib
İraq hökuməti kürdlərin müstəqillik səsverməsini qanunsuz hesab edib və böhranın həlli üçün dialoqa çağırıb.
Ötən ay İraqın baş naziri Haider al-Abadi tələb edib ki, Kürdüstan Regional Hökuməti referendumun nəticələrini “ləğv etsin”.
O bildirib ki, səsvermə “iraqlıların dinc şəkildə birgə yaşaması və region üçün təhlükəlidir” və o, ərazidə “İraq hökmünü tətbiq edəcək”.
Şimali İraqda yaşayan insanlar qalmaqallı referendumda Kürdüstan Regionu üçün müstəqilliyin lehinə səs verib.
Seçki komissiyaları kürd və kürd olmayan 3,3 milyon əhalinin 92 faizinin ayrılmağı dəstəklədiyini bildirib.