Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə də göstəriş verilib.
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirmişdi ki, qazax dilinin latın qrafikasına keçirilməsi üçün heç bir problem qalmayıb. O, "SSRİ dönəmində yaşayan qazaxlar kiril qrafikası ilə yazıblar, Çində yaşayanlar isə tote jazudan istifadə edib, Qərbdə yaşayanlar isə latım qrafikasından yararlanıblar. Bizim ümumi dilimiz olmasına baxmayaraq, biz üç əlyazmasından istifadə etmişik və heç birimiz digərinin yazısını başa düşməmişik. Elm və texnologiyanın inkişafına baxmayaraq, bu, bütün dünyaya səpələnmiş qazax nəsilləri arasındakı əlaqəni kəsə bilər. Biz sözügedən problemin həlli üçün işlərə başlamışıq. Qazax dilinin latın qrafikasına keçidi bizi birləşdirəcək", - deyə bildirmişdi.
Nazarbayev əlavə olaraq bildirmişdi ki, Qazax alimləri əlifbanı hazırlaya bilərlər: "Bunun üçün Türkiyə təcrübəsindən istifadə edə bilərlər, qonşularımız - Azərbaycan, Özbəkistan artıq latın qrafikasına keçiblər. Onların nöqsanlarını öyrənərək, bizə öz əlifbamızı hazırlamalıyıq. Bu çətin deyil, ona görə ki, 1 sinifdən başlayaraq bütün uşaqlara ingilis dilini öyrədirlər. Və bizə çətin olmayacaq."
Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.