Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“The İndependent” yazır ki, Public Policy Polling (PPP) firmasının keçirdiyi son rəy sorğusuna görə, amerikalıların yarısı prezident Donald Trump-ın impiçmentini dəstəkləyir.
Bu PPP-ın indiyədək apardığı rəy sorğularında impiçment tərəfdarlarının rekord faizidir.
Oktyabrın son günündə keçirilmiş rəy sorğusunda iştirak edənlərin 49 faizi impiçmenti dəstəklədiyini bildirib. Adamların yalnız 41 faizi buna qarşı çıxır.
Ümumiyyətlə isə oktyabr impiçment tərəfdarlarının dalbadal artdığı 6-cı ay olub. Bu ay ərzində prezidentin populyarlığı 7 faiz düşüb.
“The Independent” yazır ki, oktyabr ayı Trump üçün ən çətin aylardan biri olub. Xüsusi prokuror Robert Mueller onun iki keçmiş kampaniya üzvünə qarşı ittiham irəli sürüb.
PPP-nin hesabatı açıqlananda Mueller-in sanksiyaları barədə xəbərlər olsa da, onları hələ açıqlamamışdılar.
Barələrində cinayət işlərinə başlanan iki şəxs keçmiş kampaniya rəhbəri Paul Manafort və xüsusi müşavir George Papadopoulos-dur.
Cənab Trump ittihamları da “saxta xəbərlər” kimi rədd edib və diqqəti əvəzində Hillary Clinton-un Rusiya ilə münasibətlərinə keçirməyə çalışıb.
Lakin seçicilərin böyük əksəriyyəti Rusiya ilə bağlı ittihamların əsaslı olduğuna inanır və Mueller-in Trump-ı araşdırmasını dəstəkləyir.
Prezidentin vergi islahatları da elektorat arasında geniş dəstək tapmayıb. Seçicilərin yalnız 29 faizi respublikaçıların vergi təşəbbüsünü dəstəkləyir.
Trump-ın Obamacare adlanan sistemi ləğv etdirməsini isə hətta onun öz tərəfdarları arasında yalnız 60 faiz dəstəkləyir.
Əslində Trump-ın respublikaçılar arasındakı dəstəyi tənəzzülə uğrayıb. O, sentyabr ayında 2020-ci ilin nominasiyası üçün 34 xalla irəlidəydi, lakin indi bu fərq 21-ə düşüb.
Bu arada bir milyonadək amerikalı milyarder Tom Steyerin başladığı petisiyaya qoşulub. Petisiyada Trump-ın dərhal impiçment edilməsi tələb olunur.
Cənab Steyer TIME jurnalına deyib ki, “Trump Amerikanın sağlamlığına və salamatlığına birbaşa təhlükə təşkil edir”.