Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

New York hücumu: Həlak olanlar arasında 5 argentinalı dost da var

Tarix:1-11-2017, 15:43 Baxış Sayı:142

New York hücumu: Həlak olanlar arasında 5 argentinalı dost da var

New York-da çərşənbə axşamı günü baş vermiş avtomobil hücumunda həlak olanlar arasında beş argentinalı dost olub.

Pikapın velosiped yoluna girməsi nəticəsində azı səkkiz adam ölüb, 11 nəfər ciddi yaralanıb.

Maşınını Lower Manhattan-da velosiped cığırına sürən 29 yaşlı özbək mühacirinə polis atəş açıb. O yaralanıb və həbs edilib.

Rəsmilər olayı terror kimi qiymətləndirirlər.

ABŞ mediası sürücünün 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov olduğunu yazır.

Avtomobilindən çıxarkən onun “Allahu Əkbər” qışqırdığı deyilir.

Nəqliyyat vasitəsindən özünü İslam Dövləti (İD) adlandıran hərbi birləşməyə aid qeyd tapılıb, CBS News hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

Saxlanmış şəxs xəstəxanaya yerləşdirilib.

Argentina xarici işlər nazirliyi hücumda beş argentinalının ölümünü təsdiqləyib. Həlak olan dostlar mərkəzi Argentinanın Rosario şəhərində yerləşən politexnik kollecini bitirmələrinin 30 illiyini qeyd etmək üçün New York-a birlikdə səyahət ediblər, Argentina mediası bildirir.

La Nacion qəzeti yazır ki, həlak olanlardan biri, dəmir istehsalı şirkəti sahibi Ariel Erlij dostlarının New York-a səyahət xərclərini ödəyib.

Argentina xarici işlər nazirliyi 48-49 yaşlı həlak olan argentinalıların adlarını açıqlayıb – Hernan Diego Mendoza, Diego Enrique Angelini, Alejandro Damian Pagnucco, Ariel Erlij  Hernan Ferruch.

Dostlardan biri, Martin Ludovico Marro xəstəxanaya yerləşdirilib.

Rosario şəhərində üç günlük matəm elan olunub.

Belçika xarici işlər naziri isə hücumda bir Belçika vətəndaşının həlak olduğunu, üç nəfərin isə xəsarət aldığını deyib.

Hücumda həlak olan digər iki nəfərin şəxsiyyəti barədə məlumat yoxdur.

New York meri Bill de Blasio deyib ki, bu, “günahsız sakinlərə yönəlik qorxaqcasına törədilmiş terror aktıdır”.

O əlavə edib:

“Bilirik ki, bu hərəkət ruhumuzu sarsıtmağa yönəlib. Amma biz onu da bilirik ki, New York-lular güclüdürlər, nyu yorklular möhkəmdirlər və hər hansı zorakılıq və bizi qorxutmaq üçün edilən hərəkətlər ruhumuzu sındıra bilməz”.

Hadisəyə ölkə prezidenti Donald Trump da reaksiya verib. O, Twitter hesabında hadisə qurbanlarının ailələrinə başsağlığı verib və onların dərdinə şərik olduğunu bildirib. “Tanrı və ölkən səninlədir!” prezident yazıb.

New York Polis Departamenti rəsmisi James O’Neill bildirib ki, yaralılar ciddi xəsarət alıb, ancaq “həyatlarına təhlükə yoxdur”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL