Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

Tarix:17-11-2017, 12:11 Baxış Sayı:161

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

“The Independent” yazır ki, Zimbabvenin müharibə veteranları ölkənin birinci ledisi Grace Muqabenin həbs olunmasını istəyirlər.

Məqalədə deyilir ki, var-dövlətə hərisliyi ilə tanınan birinci ledi indiyədək xalq arasında ‘Gucci Grace’ və ‘DisGrace’ (şərəfsiz) kimi ləqəblər qazanıb.

Ölkə hərbiyyəsi fəxrlə elan edir ki, Robet Muqabenin 37 illik hakimiyyətinə 36 saat ərzində son qoyulub.

Cənab prezident, onun arvadı və başqa vəzifəli tərəfdarları ev məhbusudurlar. Onlar hazırda “Mavi çardaq” adı ilə tanınan prezident iqamətgahında saxlanırlar.

Lakin bütün bunlara baxmayaraq, 93 yaşlı Muqabe öz hakimiyyətini qoruyub saxlamaq üçün son ümidsiz cəhdlərni edir. O bu yaxınlarda vəzifəsindən azad etdiyi keçmiş müttəfiqi vise-prezident Emmerson Mnanqavanın xeyirnə hakimiyyətdən əl çəkməkdən imtina edir.

Cənab Muqabe “timsah” ləqəbli Mnanqavanı, birinci ledini vise-prezident etmək üçün vəzifəsindən qovmuşdu. Konstitusiyaya görə gələn il keçiriləcək seçikiyə qədər ölkəni məhz Mnanqava idarə etməli idi.

Ev məhbusu olmasına baxmayaraq, Muqabe hakimiyyətdən getmək istəmir və israr edir ki, o hələ də ölkənin leqal başçısıdır.

O, həmçinin şərt qoyub ki, ona və 52 yaşlı arvadına, habelə digər ailə üzvlərinə təhlükəsizlik və həbsxanaya salınmayacaqları barədə zəmanət verilməyincə vəzifəsindən getməyəcək.

Hazırda ölkəyə faktiki başçılıq edən general Konstantino Çivenqanın bu şərtləri qəbul edib-etməyəcəyi bilinmir, amma birinci ledinin həbsinə çağırışlar getdikcə daha ucadan səslənir.

Bu arada indiyədək xaricdə olan müxalifətçilər yavaş-yavaş ölkəyə qayıdırlar.

Hamı dəyişiklik gözləyir və bunun baş verdiyini görür. Lakin hərbiyyə baş verənləri dövlət çevrilişi adlandırmağa tələsmir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL