Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
İsrailin enerji naziri Yuval Steinitz diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanı ilə ölkəsinin İrana qarşı birgə narahatlıqlarının varlığını və buna görə də gizli ünsiyyət saxladıqlarını söyləyib.
İsrail ordu radiosuna danışan Steinitz bu əlaqənin nədən gizli saxlanıldığı istiqamətindəki suala, "biz bir çox müsəlman və ərəb ölkələri ilə qismən gizli əlaqələrimiz var və adətən bu əlaqədən utanan tərəf biz deyilik. Bu əlaqələrin gizli saxlanılmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət göstəririk. Bu səbəbdən də gizli saxlayırıq", - şəklində cavab verib.
İsrail rejiminin Baş Qərargah rəisi Qadi Eisenkot da ötən həftə Səudiyyə Ərəbistanın "İlaf" qəzetinə verdiyi müsahibədə, "İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil ərəb ölkələri ilə təcrübə və kəşfiyyat mübadiləsinə hazırıq", - demişdi.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında bir çox ortaq maraq olduğunu söyləyən Eisenkot, "ABŞ prezidenti Donald Trumpın liderliyi altında regionda yeni beynəlxalq alyans yaratmaq imkanı var. İran təhdidini aradan qaldırmaq üçün böyük və geniş strateji planı həyata keçirməyə ehtiyacımız var", - deyə bildirmişdi.
O, İranın Yaxın Şərqdəki nüfuzunun həm İsrail, həm də Səudiyyə Ərəbistanı üçün problemli olduğunu irəli sürmüşdü:
"İranın planı iki şiə hilalı ilə Orta Şərqə nəzarət etməkdir. Bunlardan biri İrandan İraqa, oradan da Suriya üzərindən Livana gedir. Digəri isə Bəhreyn və Yəmən üzərindən Qırmızı dənizə uzanır. Bunun reallaşmasının qarşısını almaq məcburiyyətindəyik".