Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
İranın vəzifəli generallarından biri Fransa prezidenti Emmanuel Macron-u “cavan və təcrübəsiz” adlandırıb.
Buna səbəb Macron-un İranın ballistik raket proqramına dair Səudiyyə Ərəbistanında dedikləri olub.
39 yaşlı Fransa prezidenti demişdi ki, Tehran daha az aqressiv olmalı və özünün ballistik raket proqramına aydınlıq gətirməlidir.
Lakin İnqilab Keşikçiləri Korpusunun komandanı Əli Cəfəri Fransa liderinin bəyanatını rədd edərək deyib ki, İran özünün müdafiə xarakterli raket proqramını danışıqlar masasına çıxarmayacaq.
Cəfəri, habelə deyib ki, Livandakı şiə Hizbullah hərəkatının tərksilah edilməsi barədə ümumiyyətlə söhbət gedə bilməz.
“Hizbullah silahlandırılmalıdır ki, Livan xalqının düşməni olan İsrailə qarşı döyüşə bilsin. Təbiidir ki, Livanın təhlükəsizliyini qorumaq üçün onlara ən təkmil silahların verilməsi lazımdır” -general deyib.
“Express” yazır ki, sünni Səudiyyə krallığı ilə şiə İranı arasındakı regional rəqabət indiyədək Suriya, İraq, Yəmən və Bəhreyn kimi ölkələrdə sabitliyin pozulmasına səbəb olub.
Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Hizbullahı Yəməndəki huti qiyamçılarını silahlandırmaqda və hutilərin krallığın ərazisinə raket atmasında ittiham edir. İran və Hizbullah bu ittihamları əsassız adlandırırlar.
Cəfəri mübahisəli ballistik raket proqramı məsələsində Tehranın mövqeyini bir daha müdafiə edib. General bildirib ki, İranın raket proqramı sırf müdafiə xarakteri daşıyır və buna görə də müzakirə mövzusu ola bilməz.
Tehran bunu da bildirir ki, ballistik raketlər proqramı İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinə daxil deyildi və buna görə də Tehranın üzərindən sanksiyaların qaldırılması ilə heç bir əlaqəsi yoxdur.
“İran özünün müdafiə proqramına dair heç kimlə danışıq aparmayacaq, – Cəfəri deyib, – Macron-un bu məsələni qaldırması onun cavanlığından və təcrübəsizliyindən irəli gəlir”.
Bu həftə 39 yaşlı Macron İran prezidenti Həsən Ruhani və İsrail baş naziri Benjamin Netanyahu ilə telefon söhbətlərində onlardan Livanı regional böhrandan “kənarda” saxlamağı rica edib.
Macron-un ofisi bunu da bildirib ki, Fransa prezidenti hər iki liderlə söhbətində Parisin nüvə sazişinə sadiq qaldığını xatırladıb.
Macron deyib ki, İranın ballistik raket proqramı nüvə sazişindən ayrılıqda müzakirə olunmalıdır.
“Express” yazır ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi son həftələrdə Üçüncü Dünya Müharibəsi barədə söz-söhbətin yenidən dövriyyə etməsinə səbəb olub.
Səudiyyə Ərəbistanı deyib ki, özünü İrandan qorumaq üçün mümkün olan bütün vasirtələrdən istifadə edəcək.
Bundan başqa, Səudiyyə başda olmaqla Ərəb liqası ölkələri İranı ərəblərin daxili işlərinə qarışmaqda ittiham edib.