11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
BBC Koreya Xidməti, Vahid Universitet Qabiliyyət Test günü yaşanan tanış, amma qəribə hadisələrin siyahısını hazırlayıb.
Hər il Cənubi Koreyada bir gün nəqliyyat normal rejimi üzrə işləmir, birja gec açılır və təyyarələrin uçuş və enişi qadağan olur. Bütün ölkə nəfəsini tutmağa məcbur olur.
Bu, Vahid Universitet Qabiliyyət Test (SCAT) günündə baş verir.
Bu ilki SCAT noyabrın 16-sına planlaşdırılsa da, ölkənin cənub-şərq sahili və Pohang şəhərində təsir edən 5.4 ballıq zəlzələyə görə təxirə salınıb.
İlk dəfədir ki, təbii hadisə səbəbindən imtahanın vaxtı dəyişdirilir.
Qərar, şagirdlərin təhlükəsizliyi və yaxşı imtahan şəraitinə görə narahatlıq keçirən Təhsil Nazirliyindən verilib.
Amma zəlzələ kimi böyük təbiət hadisəsi olmasa belə, Koreya hökuməti imtahanın mümkün qədər rahat keçməsi üçün böyük miqdarda yatırım edir.
İmtahanın qayğısını çəkən təkcə Təhsil Nazirliyi deyil.
İnfrastruktur və Nəqliyyat Nazirliyindən (İNN) tutmuş Ədliyyə Nazirliyi (ƏN) və Daxili İşlər və Təhlükəsizlik Nazirliyinə (DİTN) qədər ölkənin bir çox orqanları imtahanı baş tutması üçün əllərindən gələni edirlər.
Hətta Koreya Birja Fondu və Koreya Banklar Federasiyası kimi özəl şirkətlər də buraya qoşulurlar.
Bəs ölkə bir imtahan üçün niyə bu qədər əziyyət çəkir?
SCAT dünyanın ən dəqiq standartlaşdırılmış testlərindən biridir ki, şagirdlərin ən yüksək ali məktəblərə daxil olmasına kömək olur və gələcəkdə daha yaxşı iş imkanları açır.
Bu, “həyatda müqəddəratını həll edən imtahan” kimi qiymətləndirilir.
Burada söhbət təkcə mədəni sistematik əhəmiyyətdən getmir.
Bu ilki imtahan üçün müəyyənləşdirilən yeni tarix noyabrın 23-ü 59 mindən artıq şagird 1180 imtahan mərkəzində imtahan verəcək.
Bu boyda hazırlığa səbəb, iştirakçıların sayıdır.
“Hey, qulaq as” …Uçuşlar məhdudlaşdırılıb
İdeal test şəraiti yaratmaq üçün əsas şərt, fövqəladə olmayan bütün uçuşları məhdudlaşdırmaqdır.
35 dəqiqə davam edən ingilis dilindən dinləmə testi əsnasında heç bir uçuş baş tutmur.
Ölkə boyunca əvvəlcədən təyin olunmuş vaxtlarda keçirilən sözügedən testdə, ingiliscə verilən səsyazmanı səhv eşitmək riskindən yayınmaq önəmlidir.
İNN uçuş və enişlərin səhər saat 1:05-dən 1:40 qədər 35 dəqiqə ərzində qadağan edib.
Uçuşda olan təyyarələr üzərində isə ciddi nəzarət olub və onlar 3 km yüksəklikdən aşağı uçmayıblar.
İmtahan 62 ölkədaxili və 36 beynəlxalq uçuşa təsir edib.
İNN bu məhdudiyyətləri beynəlxalq zəmində Federal Aviasiya Administrasiyası (FAA) ilə əvvəlcədən müəyyənləşdirir.
Testin təxirə salınması məhdudiyyətlərin də aradan qalxmasına səbəb olub.
Lakin 23 noyabr yeni tarix kimi müəyyənləşdirildikdən sonra, eyni məhdudiyyətlər tətbiq olunub.
İmtahan götürənlər bir yerdə saxlanılır
Hər il imtahan materialını hazırlayan və ya nəzərdən keçirən və inzibati işləri təşkil edən yüzlərlə imtahan götürən, gizli bir yerdə saxlanılır.
Bu, hər hansı sızmanın qarşısını alan ən ciddi tədbirdir.
Təyin olunan yerə aparıldıqdan sonra, onların kənar dünya ilə necə deyərlər, əlaqəsi kəsilir.
Ən yaxın ailə üzvlərinin ölümü kimi fövqəladə hallar olmazsa, oradan çıxmaları qadağandır.
Hətta “şərti azadlıq” da məhduddur və təhlükəsizlik agentlərinin müşayiətində baş verir.
Bu il 700-dən artıq üzv oktyabrın 13-dən “içəri salınıb”.
Onlar noyabrın 16-sı imtahan günü azad olacaqdırlar, amma zəlzələ buna imkan verməyib.
Bu isə onların “içəridə” bir aydan çox vaxt keçirməsi deməkdir.
“Xüsusi Əməliyyat: Şagird Nəqliyyatı” …Polis, yanğınsöndürən və taksilər
Heç bir tələbəyə gələ bilmədiyi SCAT imtahanı üçün eyni ildə imtahan vermək şansı verilmir.
Darvazalar bağlanmamışdan qabaq hər kəs test mərkəzində olmalıdır.
Hər il on minlərlə polis və yanğınsöndürən imtahan zamanı yarana bilən istənilən potensial məsələnin həlli üçün tətikdə olur.
Bura gecikən tələbələrlə danışıq və itən təsdiqetmə sənədləri ilə bağlı proses də daxildir.
Nəqliyyat polisi, imtahana gələrkən yolunu azan və çaşqın tələbələr üçün səhər tezdən xüsusi nəqliyyat xidməti ayırır.
Polis maşınından imtahan mərkəzinə qaçan tələbələri görmək heç də qəribə hal deyil.
Bu il Koreya Milli Polis Agentliyi ölkə boyunca 18.018 polis işçisini imtahan üçün ayırıb.
Onlar imtahan mərkəzləri, şagird və test kağızı yolları və qiymətləndirmə mərkəzlərində gözət çəkiblər.
Bundan əlavə, polis fövqəladə kommunikasiya sistemini aktivləşdirib və Iğtişaş qüvvələrinə hazır olmaq tapşırılıb.
Zəlzələnin təsir etdiyi ərazilərdə əlavə polislər cəlb olunub.
Yanğın Şöbəsi də, şagirdlərin nəqli və təhlükəsizliyi üçün yüzlərlə yanğınsöndürən və təcili maşınları hazır vəziyyətdə qoyub.
İctimai nəqliyyat da öz növbəsində genişləndirilmiş iş rejiminə keçib.
Seul şəhərində tələbələrin test mərkəzlərinə vaxtında çatması üçün dövriyyəyə artıq qatar və avtobuslar buraxılıb.
Taksilərin də sayı artırılıb və şagirdlərin fövqəladə nəqli üçün əsas nəqliyyat depoları yaxınlığında yüzlərlə dövlət və özəl avtomobillər yerləşdirilib.
Birja, fondlar və maliyyə bazarı
Birja Fondları, Banklar və özəl şirkətlər üçün qısamüddətli fasilənin belə böyük əhəmiyyəti var. Lakin onlar da imtahanlara görə işlərinə ara verir.
Koreya Birja Fondunun bildirişi ilə, 1626 trilyon von dəyərli fond bazarı bir saat gec, saat 10-da açılmışdı.
Bu, şagirdlərin nəqlində yarana bilən bütün mümkün hadisələrin qarşısını almaq üçündür.
Koreya Banklar Federasiyası, “tələbələrin, müəllimlərin və valideynlərin nəqliyyatdan istifadəsinin kəskin artımına görə” 9-dan 4-ə qədər olan iş saatlarını 10-dan 5-ə uzadıb.
Bir çox özəl sektor şirkətləri də iş saatlarının vaxtını dəyişib.
Bu, Təhsil Nazirliyinin xahişi ilə baş tutub.