Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İran generalı Süleymani ABŞ kəşfiyyatının başçısını “saymır”

Tarix:4-12-2017, 14:27 Baxış Sayı:145

İran generalı Süleymani ABŞ kəşfiyyatının başçısını “saymır”

“The Guardian” yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo İran hərbiyyəsinin ən rütbəli generallarından birinə xəbərdarlıq məktubu göndərib.

Bu məktubda Pompeo Tehranı İraqdakı hər hansı ABŞ maraqlarına mümkün hücumlardan çəkindirib.

İrana qarşı kəskin mövqeyi ilə fərqlənən Pompeo deyib ki, məktub İslam İnqilabı Keşikçilərinin (İİK) rəhbəri general Qassem Süleymaniyə göndərilib.

Seçmə Qüds qüvvələrinin komandanı bu məktubu heç oxumadığını bildirib.

“Mən ona mesaj göndərmişəm. Ona görə göndərmişəm ki, o, öz nəzarətində olan qüvvələrin ABŞ-ın İraqdakı maraqlarına hədə yarada biləcəyinə işarə edib. Onun məktubu heç açmaq belə istəməməsi, deyim ki, çox da xətrimə dəyməyib” -Pompeo Kaliforniyadakı Simi vadisində yerləşən Ronald Reagan Fondunun keçirdiyi müdafiə forumunda deyib.

MKİ rəhbəri deyib ki, o bu məktubda Süleymaniyə şəxsən onun və Tehranın mümkün hədələrə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.

“Biz istədik ki, bu xəbərdarlıq ona və Tehrana büllur kimi aydın olsun” – deyib Pompeo.

Pompeo bildirib ki, İran hazırda öz nüfuzunu bütün Yaxın Şərq boyunca yaymağa çalışır.

Kanzas ştatından respublikaçı konqresmen Mike Pompeo İranla dünya gücləri arasında imzalanmış nüvə sazişindən narazıdır.

Bu sazişə uyğun olaraq, İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılması barədə qərar qəbul edilib.

İranda ali rəhbər ayətüllah Əli Xameneyinin administrasiya başçısı Məhəmməd Məhəmmədi Qolpayeqan deyib ki, Süleymani sözü gedən məktuba əhəmiyyət verməyib.

“Bu yaxınlarda MKİ özünün regiondakı kontaktlarından birinin vasitəsilə general Süleymaniyə məktub göndərib. Süleymani bizə dedi ki, nə belə məktub alıb, nə də onu oxuyub. General deyib ki, onun bu adamlara deyiləcək sözü yoxdur” – deyə Qolpayeqan məlumat verib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL