Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rusiya AzadlıqRadiosunu “xarici agent” elan etdi

Tarix:5-12-2017, 13:46 Baxış Sayı:166

Rusiya AzadlıqRadiosunu “xarici agent” elan etdi

Rusiyanın Ədliyyə NazirliyiAzadAvropa/AzadlıqRadiosunu (RFE/RL) və Amerikanın Səsi-ni (VOA) “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media” siyahısına salıb.

Nazirlik vebsaytında yerləşdirdiyi bəyanatda bildirib ki, Rusiyanın yeni media qanununa uyğun olaraq, RFE/RL, VOA, “Current Time TV”, AzadlıqRadiosunun tatar-başqırd xidməti, Siberia.Reality, Idel.Reality, Factograph, Kavkaz Realii və Crimea.Reality portalları “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media”dır.

Hökumətə istənilən xarici media orqanını “xarici agent” adlandırmağa imkan verən qanun sürətlə parlamentdə qəbul olunub və noyabrın 25-də Rusiya prezidenti Vladimir Putin sənədi imzalayıb.

“SİMMETRİK CAVAB”

Rusiya rəsmilərinin sözlərinə görə, bu qanun dövlətin maliyyələşdirdiyi RT telekanalına qarşı atılan addımlara “simmetrik cavab”dır. ABŞ hakimiyyəti RT-ni təbliğat yaymaqda suçlayaraq, ABŞ Xarici Agentlərin Qeydiyyat Aktına (FARA) uyğun qeydiyyatdan keçməsini tələb edib.

ABŞ rəsmiləri isə bu addımı simmetrik saymır, Birləşmiş Ştatlar və Rusiya qanunlarının fərqli olduğunu bildirir. Vaşinqtonun mövqeyincə, Rusiya “xarici agent” qanunvericiliyindən yararlanaraq narazıları susdurur, azad fikir mübadiləsini ruhdan salır.

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova dekabrın 4-də deyib ki, xarici agent sayılan media orqanlarının nazirlikdə akkreditasiyası ləğv olunmayacaq və “Rusiyada sakitcə, heç bir əngəlsiz jurnalistika fəaliyyətini davam etdirə” biləcəklər.

“Human Rights Watch” insan haqları təşkilatı Rusiyanın qəbul etdiyi qanunvericiliyi “media azadlığına hərtərəfli hücum” adlandırıb. Qurum bildirib ki, bu qanunvericilik “selektiv və siyasi məqsədlə tətbiq olunmaq, Rusiyada eşitmək istəmədikləri səsləri susdurmaqdan ötrü xüsusi hazırlanıb”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL