Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“The Independent” yazır ki, almanlar Donald Trump-ı öz ölkələrinin xarici siyasəti üçün Şimali Koreya, Türkiyə və ya Rusiyadakı avtoritar liderlərdən daha böyük təhlükə hesab edirlər.
Koerber Fondunun apardığı rəy sorğusuna görə, xarici siyasətin qarşılaşacağı ən böyük təhlükələr siyahısında birinci yeri mühacir axını tutur. Almanların 26 faizi ölkənin bu qədər qaçqını dolandırmaq gücünün olduğuna inanmır.
Təhlükələr siyahısında ikinci yerdə Trump və Birləşmiş Ştatlar gəlir. Rəyi soruşulanların 19 faizi bu fikirdədir.
Respondentlərin 17 faizi Türkiyəni, 10 faizi Şimali Koreyanı və 8 faizi Rusiyanı təhlükə sayır.
Trump Ağ Evə gəldikdən sonra ABŞ-ı Paris İqlim Razılaşmasından çıxarmaqla, İranın nüvə sazişinə əməl etdiyinə dair sənədi imzalamamaqla, Almaniyanın ticarət gəlirlərini və NATO-ya kifayət qədər maliyyə töhfəsi verməməsini tənqid etməklə almanları bir xeyli məyus edib.
Trump-ın hərəkətləri, adətən, təmkinli və ehtiyatlı olan kansler Angela Merkeli Almaniyanın bundan sonra ABŞ-a güvənə bilməyəcəyini dilə gətirməsinə səbəb olub.
Xanım Merkel habelə Avropanı öz taleyini öz əllərinə almağa çağırıb.
Oktyabr ayında 1000-dən çox alman respondentin arasında keçirilmiş bu rəy sorğusunda iştirak edənlərin 56 faizi Birləşmiş Ştatlarla münasibətləri “pis” və ya “çox pis” olaraq qiymətləndirib.
Angela Merkelin ölkəsinin beynəlxalq həyatda daha fəal iştirakını istəməsinə baxmayaraq, sorğuda rəyi soruşulanların 52 faizi düşünür ki, Berlin qlobal böhranlardan kənarda qalmalı və İkinci Dünya Müharibəsindən bəri yürütdüyü təmkin siyasətini davam etdirməlidir.
“The Independent” yazır ki, bu rəy sorğusu nə xanım Merkelin, nə də onun siyasi rəqiblərinin ictimaiyyətə Almaniyanın Trump-ın pozucu prezidentliyinə və Britaniyanın Avropa İttifaqından çıxışına necə reaksiya verməli olduqları barədə ideya verə bilmədiklərini göstərib.
Ötən həftə Bundestaqda xanım Merkelin mühafizəklar partiyasnı təmsil edən millət vəkili Norbert Roettgen almanların arasında maarifləndirmə işinin zəif aparılmasını tənqid edib.
O bildirib ki, almanlara öz ölkələrinin müdafiə və təhlükəsizliyi üçün daha çox pul xərclənməli olduğunu izah etmək lazımdır.