Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“The Guardian” yazır ki, Almaniya sosial-demokratlarının (SPD) lideri Martin Schulz Angela Merkelin partiyası ilə koalisiyanın yaradılması üçün “qırmızı xətlərin” müəyyən edildiyini deyib.
Lakin bundan da mühümü budur ki, Schulz SPD-nin Berlində keçirilən qurultayında 2025-ci ilədək “Avropa Birləşmiş Ştatlarının” yaradılmasına çağırıb.
Cənab Schulz bildirib ki, partiyasının Angela Merkellə danışıqlara daxil olması üçün bir neçə şərtlər qoyulacaq. Bunlar – daha yaxşı sosial-təminat sisteminin yaradılması və yanacaq kimi kömürdən birdəfəlik əl çəkilməsidir.
“Biz nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəmirik, – Schulz deyib, – Lakin biz eyni zamanda nəyin bahasına olursa-olsun, hakimiyyətdən imtina etmək fikrində də deyilik”.
Bunun ardınca SPD üzvləri böyük səs çoxluğu ilə partiya rəhbərliyinin Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyası ilə koalisiya danışıqlarına başlamasına icazə veriblər.
Bu da bildirilir ki, yeni koalisiyanın iki forması ola bilər. Birinci halda sosial-demokratlar hakimiyyətə birbaşa daxil olurlar və “böyük koalsiya” yaranır, ikinci halda isə formal koalisiya razılaşması əldə olunur. Bu halda SPD koalisiya hökumətinə daxil olmasa da, parlamentdə hökumətin müəyyən təkliflərinə qarşı çıxmamaq öhdəliyi götürür.
Almaniyada bir aydan da artıqdır ki, yeni hökumətin təşkil edilə bilməməsi Avropa boyunca narahatlığa səbəb olub. Məhz buna görə də Fransa prezidenti Emmanuel Macron və Yunanıstanın baş naziri Aleksis Tsipras Schulz-a şəxsən müraciət edərək onu xanım Merkellə dil tapmağa çağırmışdılar.
SPD lideri bu çağırışları nəzərə alsa da, işarə edib ki, Almaniya daha dörd il bütün Avropanın yükünü çəkə bilməz. Buna görə də o, Avropa ölkələrinin “konstitusiya müqaviləsi” bağlamalarını təklif edib. Onun fikrincə, bu müqavilə Avropanı federal prinsiplər üzərində qurmaq imkanı verəcək.
“The Guardian” yazır ki, Schulz-un bu çağırışı xanım Merkel və başqa Avropa liderləri tərəfindən o qədər də isti qarşılanmayacaq.
Amma Schulz deyib ki, Avropa İttifaqını faktiki olaraq bir dövlət şəklində birləşdirəcək konstitusiya müqaviləsini imzalamayan ölkələr avtomatik olaraq Aİ-dən çıxmış sayılacaqlar.
SPD lideri sosial təminat, təhsil və bərpa olunan enerji sahələrinə daha çox vəsait qoyulmasını təklif edib.
Məqalədə deyilir ki, SPD üzvlərinin koalisiya danışıqlarına icazə vermələrinə baxmayaraq, partiya qurultayı təşkilatın Merkellə dərin fikir ixtilaflarını ortaya qoyub.
Schulz öz partiyasının seçkidə ən zəif nəticəsinə görə partiyadaşlarından üzrxahlıq edib.