Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Economist” məcmuəsi yazır ki, New York federal məhkəməsində davam edən proses Türkiyə hökumətinin sıralarında əsl panika əhval-ruhiyyəsi yaradıb.
34 yaşlı qızıl taciri Reza Zərrab bu məhkəmədə ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu etiraf edib, amma bu işdə ona Türkiyənin Halkbank dövlət bankının vasitəçilik etdiyini bildirib.
Zərrab ABŞ-ın bank sistemindən istifadə etməklə çirkli pullaırn yuyulması sxemində prezident Erdoğanın iştirakını da iddia edib.
“Economist” yazır ki, hazırda ABŞ-da təhqiq olunan cinayət işi 2013-cü ildə Türkiyədə prokurorların başlatdığı antikorrupsiya araşdırmasından çox az fərqlənir. O vaxt Türkiyədə bu iş üzrə elə həmin bu Zərrabdan başqa, üç kabinet nazirinin övladları və Halkbankın baş meneceri həbs olunmuşdular.
Onda da indiki kimi Zərrab İran qazı satışından əldə olunan çirkli pullara qızıl alıb Dubayda satmaqda ittiham edilirdi.
Amma o vaxt Erdoğan bu təhqiqatı Fethullah Gülenin islamçı hərəkatının gizli çevriliş cəhdi kimi qiymətləndirmiş, məhkəmə prosesləri dayandırılmış, prokurorlar və polis rəisləri vəzifələrindən qovulmuşdular. Bunun ardıca Erdoğan hökuməti korrupsiyada iştirakı iddia edilən nazirlərin övladlarını və Zərrabı həbsxanadan azad etmişdi.
“Economist” yazır ki, Erdoğan hələlik ölkə daxilində öz reputasiyasını media üzərinə qoyduğu senzura ilə qorumağa çalışır.
Zərrab Amerika məhkəməsində iqtisadiyyat naziri Zafer Çağlayana 60 milyon dollar rüşvət verdiyini və Erdoğanın Türkiyənin iki bankına bu əməliyyatda iştirak üçün göstəriş verdiyini iddia edəndən dərhal sonra ölkənin bütün böyük qəzetlərində dərc olunan məqalələrə senzura qoyulub.
Erdoğan ailəsinin ofşorlarda milyonlarla dollar gizlətdiyini iddia edən müxalifət liderinin çıxışının canlı yayını dayandırılıb.
Buna baxmayaraq, Türkiyə iqtisadiyyatını və bank sistemini riskdən qorumaq daha çətin olacaq. Əgər ABŞ məhkəməsində ittihamlar üzrə hökm çıxarılarsa, Halkbankı böyük cərimələr gözləyə bilər.
Nomura bankın iqtisadçısı İnan Demir deyib ki, cərimənin azı 5 milyard dollar olacağını təxmin etmək olar. Bu, Halkbankın bazar qiymətindən iki dəfə çoxdur.
Dekabrın 5-də etdiyi çıxışda Erdoğan ABŞ-da davam edən məhkəmə prosesini özünə qarşı “beynəlxalq çevriliş cəhdi” kimi qiymətləndirib.
Türkiyənin xarici işlər naziri isə iddia edib ki, Fethullah Gülenin adamları Amerikanın məhkəmə sisteminə soxula biliblər.
Bu arada Türkiyə prokurorları Zərrabın təyyarəsi və malikanəsi də daxil 80 milyon dollarlıq əmlakının müsadirəsinə sanksiya veriblər.
“Economist” yazır ki, bütün bunlara baxmayaraq, Türkiyənin Amerikadan təyin edilən cərimələri ödəməkdən başqa çarəsi qalmaya bilər.
Son bir ildə milli valyuta çəkisinin onda birini itirib. Cərimələrin ödənməsi lirəni ümumiyyətlə dəyərdən sala bilər.
Məqalədə deyilir ki, Erdoğanın Amerika ilə davası hələ irəlidədir.
“Hələlik lirə onun hakimiyyətinin yeganə dayağıdır” -Türkiyədə bir bank eksperti deyib.