Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

Tarix:11-12-2017, 11:33 Baxış Sayı:168

Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

“Express” yazır ki, böyük maliyyə birjaları dekabrın ortalarından kriptovalyuta olan bitcoin-i alış-veriş bazarına buraxmağa hazırlaşır. Bu o deməkdir ki, virtual pul bundan sonra tamamilə normal alış-veriş predmeti sayıla bilər.

Lakin “Express” yazır ki, bitcoin-in normal pul kimi tanınması Rusiyanın xam neft satışında ABŞ dollarına arxa çevriməsinə imkan verərdi.

ABŞ sanksiyaları Rusiya üçün ona görə ağrılıdır ki, Moskva neft və qaz satışını dollarla həyata keçirir.

Lakin heç bir mərkəzi bank tərəfindən tənzimlənməyən bitcoin Rusiya kimi ölkələrə sanksiyalara baxmayaraq varlanmaq imkanı yarada bilər.

PVM oil broker firmasından neft təhlilçisi Stephen Brennock deyib ki, kriptovalyutalar bir sıra ölkələrin ABŞ valyutasından imtina etməsi ilə nəticələnə bilər.

CNBC şəbəkəsinin əldə etdiyi şərhdə təhlilçi deyib: “Kriptovalyutaların yüksəlişi xammal ixrac edən ölkələrin dollardan ödəniş vasitəsi kimi istifadəsinə son qoyacaq”.

Məqalədə deyilir ki, ABŞ-ın “yaşıl pulundan” neft alış-verişində imtina edilməsi istiqamətində hərəkətlərə son həftələrdə başlanıb.

Məsələn, ötən noyabrda yer almış 25 milyard dollarlıq rubl-yuan mübadiləsi neft ticarətində dönüş nöqtəsinə çevrilə bilər.

Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Çin və Rusiya daha çox sövdələşmələrində öz milli valyutalarından istifadəyə tərəfdardır.

ABŞ sanksiyalarından yan keçməyə çalışan İran da valyuta mübadiləsi sazişlərinin imzalanmasına çalışır.

Çin neft tranşlarında ABŞ dolları əvəzinə öz “petroyuan”larından istifadə etməklə ABŞ-ın təsirini minimuma endirməyə çalışır.

Venesuela bəyan edib ki, Donald Trump tərəfindən elan edilmiş maliyyə blokadasını yarmaq üçün özünün yeni kriptovalyutasını “petro”nu tədavülə buraxacaq.

Maliyyə şərhçisi Jim Rogers ötən sentyabrda Rusiyanın RT telekanalına demişdi: “Çox adamlar dollardan istifadə etmək istəmirlər, çünki ABŞ-ı qəzəbləndirsən, elə təzyiq altına düşə bilərsən ki, biznesini itirə bilərsən”.

“Çin, Rusiya və başqa ölkələr bunu başa düşürlər və buna görə də dünya ticarətini və dünya maliyyəsini dollardan uzaqlaşdırmağa çalışırlar” -ekspert demişdi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL