Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Erdogan da İranın sanksiyalardan yayınmasına kömək edib?

Tarix:12-12-2017, 14:40 Baxış Sayı:165

Erdogan da İranın sanksiyalardan yayınmasına kömək edib?

İranın sanksiyalardan yayınması mexanizmiylə əlaqədar Türkiyədə aparılan istintaqın hədəflərindən biri də prezident Recep Tayyip Erdogan olub. Bunu dekabrın 11-də Nyu Yorkda keçirlən məhkəmədə İstanbul polisinin keçmiş əməkdaşı deyib.

ÖLKƏDƏN QAÇDIĞINI DEYİR

Huseyin Korkmaz söyləyib ki, o, 2012-2013-cü illərdə həmin rüşvətxorluq və çirkli pulyuma istintaqını aparıb. İstintaq ilkin dövrdə Türkiyə-İran biznesmeni Reza Zarrab-a fokuslansa da, sonradan onlarla adamı əhatələyib. ABŞ prokurorları Zarrab-ın İranın sanksiyalardan yayınma mexanizminin əsas fiquru olduğunu deyirlər.

Keçmiş polis əməkdaşının sözlərinə görə, Erdogan “bir nömrəli” hədəf olub, qrupda Türkiyənin keçmiş iqtisadiyyat naziri Mehmet Zafer Caglayan, dövlət bankı Halkbank-ın keçmiş rəhbəri Suleyman Aslan da varmış. Sxemin mərkəzində isə Halkbank dururmuş.

Korkmaz Halkbank rəhbəri Mehmet Hakan Atilla-ya qarşı cinayət işində şahiddir. Atilla da sxemdə iştirakda suçlanır. Şahid deyib ki, Erdogan sonucda Türkiyədəki istintaqı qapadıb, onu aparan müstəntiqləri, hakimləri işdən çıxarıb, ya da həbsə atdırıb.

Korkmaz da həbs olunub. O, həbsdən buraxılan kimi ölkədən qaçdığını, özüylə istintaq materiallarını da götürdüyü və onları ABŞ hakimiyyətinə təhvil verdiyini söyləyib.

ERDOGAN-IN QƏZƏBİNİN SƏBƏBİ

Korkmaz-ın ifadəsi ilk dəfə olaraq Türkiyədəki korrupsiya işinin birbaşa Erdogan-ı hədəflədiyini ortaya qoyur, yəni onun nazirlərini, həmkarlarını, ailə üzvlərini deyil, məhz özünü.

Bu iş ABŞ-da yenidən açılanda Erdogan buna qəzəbli reaksiya vermişdi. Özü şəxsən Ağ Evdə olarkən Zarrab və Atilla-nı buraxdırmağa çalışıb, ABŞ prokurorlarının işi davam etdirmək qərarını kəskin pisləyib.

Erdogan 2013-cü ildə Türkiyədə istintaqı bağlayanda bunu hökumətini devirməyi hədəfləyən çevriliş cəhdi adandırıb. Elə son həftələr ABŞ-dakı cinayət işiylə də bağlı oxşar ittihamlar səsləndirirlər.

Zarrab 2013-cü ilin dekabrında Türkiyədə saxlanandan, Aslan-ın evində axtarış aparılandan sonra Türkiyədəki istintaq dayandırıldı. Reyd zamanı ayaqqabı qutularına doldurulmuş milyonlarla dollar aşkarlanmışdı. Nağd pulların fotoları Nyu Yorkda məhkəməyə təqdim olunub.

SXEM NECƏ İŞLƏYİB

ABŞ İrana maliyyə sanksiyalarını gücləndirincə, Tehran xarici ölkələrə neft satışından qazandığı milyardlarla dolları əldə edə bilmirdi. Birləşmiş Ştatlar prokurorları iddia edirlər ki, Zarrab Türkiyə rəsmiləri və bank rəhbərlərinin köməyilə çirkli pulyuma sxemi qurub, İranın pulunu onun adından beynəlxalq ödənişlərə sərf edib. Bu pulun 1 milyard dolları Nyu York banklarından keçib və ABŞ sanksiyaları pozulub.

Zarrab məhkəmədə təqsirini boynuna alıb və Halkbank rəhbəri Atilla-nın əleyhinə ifadə verib. Atilla təqsirkar olmadığını deyir və hazırda ABŞ-da mühakimə olunan yeganə şəxsdir.

Aslan və Caglayan daxil olmaqla, ümumilikdə doqquz nəfərə ittiham irəli sürülüb. Erdogan-la bağlı ittiham yoxdur.

Zarrab ötən həftəki ifadəsində deyirdi ki, istintaq dayandırılandan sonra Erdogan sanksiyalardan yayınma sxeminin bərpasına göstəriş verib.

Sxem çərçivəsində İranın pulunun Halkbank-dan çıxarılmasından ötrü əvvəlcə qızıl ticarətindən istifadə olunub. Sanksiyalar qızıl ticarətini yasaqlayandan sonra pul axını humanitar ərzaq yardımlarıyla ört-basdır olunub.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL