Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Dünya Qüdsü Fələstinin paytaxtı kimi tanımalıdır”

Tarix:13-12-2017, 16:25 Baxış Sayı:158

“Dünya Qüdsü Fələstinin paytaxtı kimi tanımalıdır”

Türkiyə prezidenti müsəlman ölkələrinin liderlərini Qüdsü/Yerusəlimi “Fələstin dövlətinin işğal altında olan paytaxtı” kimi tanımağa səsləyib.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində çıxış edən Recep Tayyip Erdoğan deyib ki, Qüdsün tanınmasına dair ABŞ qərarının “heç bir hökmü ola bilməz”.

Cənab Erdoğan İsraili “terrorçu dövlət” adlandırıb.

Fələstin liderinə əsasən ABŞ “özünü sülh prosesində rol oynamaq” hüququndan məhrum edib.

“Biz sülh prosesində ABŞ üçün heç bir rolu qəbul etməli deyilik. Onlar İsrail xeyrinə qərəzli olduğunu sübut etdilər”, – Mahmud Abbas zirvə görüşünə müraciətində bildirib.

“Diplomatik çözüm”

İstanbuldakı zirvə görüşünü izləyən BBC müxbiri İƏT sammitinin sərt bəyanatlarla açıldığını xəbər verir.

Lakin bəzi üzvlərin başqaları ilə müqayisədə, daha çox Trump-ı dəstəkləməsi nəzərə alınsa, sammitin konkret nəyə qadir ola biləcəyi məsələsi ortaya çıxır, – Mark Lowen-in məlumatında qeyd olunur.

Müxbirin dediyinə görə, bəzi ölkələrin nazir səviyyəsində təmsil olunması sammitlə bağlı gözləntilərin aşağı olmasından xəbər verir.

Eynilə, müsəlman ölkələrində Qüdslə bağlı küçə etirazları da nisbətən məhdud olub.

Trump-ın bəyanatından sonra cənab Erdoğan İsraillə diplomatik əlaqələri kəsəcəyini desə də, öz nitqində bu məsələyə toxunmayıb.

Cənab Erdoğan müsəlman ölkələrini Trump-ın Qüds qərarına birgə reaksiya verməyə səsləyib.

“Mən beynəlxalq hüquq və ədalətə hörmət edən bütün ölkələri Qüdsü Fələstin dövlətinin paytaxtı tanımağa səsləyirəm”.

“Dostları ilə vuruşanlar düşmənlərə qarşı vuruşmağı unudur”, – Recep Tayyip Erdoğan deyib.

“Bizə diplomatik çözüm lazımdır. Biz gündən-günə İsrailin Fələstindən daha çox torpaq almasına son qoymalıyıq. Və İsrailin gündən-günə sərgilədiyi siyasət və mövqelərini qəbul etməməliyik”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL