Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Independent” yazır ki, Avstriyanın yeni hökuməti “öz mədəniyyətlərinə bağlılığını saxlayan və Avstriya cəmiyyətinə inteqrasiya olunmaq istəməyən” mühacirlərə qarşı “maliyyə sanksiyaları” tətbiq etməyə hazırlaşır.
Məqalədə deyilir ki, mühafizəkar Xalq Partiyası – OVP və ifrat sağçı Azadlıq Partiyası FPO-nun koalisiyası olan hökumət ölkədəki miqrantların həyatını daha da çətinləşdirəcək bu tədbirlər barədə ötən həftəsonu razılığa gəliblər.
İki partiyanın qəbul etdiyi “siyasət proqramına” görə sanksiyalar, “bilərəkdən və qəsdən Avstriya cəmiyyətinə qaynayıb-qarışmaq istəməyənlərə” tətbiq olunacaq.
Sanksiyalardan birində yerli xalqa inteqrasiya olunmayan miqrantlara yalnız minimum müavinət verilməsi nəzərədə tutulur. Əksinə, belə inadkar miqrantlardan kəsilən pullardan daha asanlıqla avstriyalaşan gəlmələrin ailələrinə “inteqrasiya mükafatları” verilə bilər.
Lakin bu proqramda daha sərt tədbirlər də var. Məsələn, yeni siyasət proqramı sığınacaq istəyənlərin daha sürətlə deportasiya edilməsini təmin etməlidir. Proqramın müddəalarında deyilir ki, “sənədsiz qaçqınların” sığınacaq sorğularına, ümumiyyətlə baxılmayacaq.
Avstriyada hökumət nazirlikləri də iki partiya arasında bölüşdürülüb və ən mühüm güc nazirlikləri – müdafiə və vətəndaşlıq məsələlərinə baxan daxili işlər nazirlikləri ifrat sağçı FPO-nun payına düşür. Xarici işlər və təhlükəsizlik nazirləri də bu partiyanı təmsil edəcəklər.
Mühafizəkarların nəzarətində ədliyyə, maliyyə və təhsil sahələri olacaq.
Proqram sənədində deyilir: “Biz öz vətənimiz Avstriyanı onun bütün mədəni sərvətləri ilə birlikdə qoruyub saxlamaq istəyirik. Biz ölkəmizə kimin mühacirət edə biləcəyi məsələsini də özümüz həll etməli, qanunsuz miqrasiyaya son qoymalıyıq”.
İfrat sağçı FPO partiyasının əsası keçmiş nasist zabitlər tərəfindən qoyulub. “The Independent” yazır ki, gənc kansler Sebastian Kurz-un OVP partiyası da miqrasiya və mədəniyyət barədə sağçıların bir sıra şüar və siyasətlərini qəbul etməli olub.
Kurz ölkənin yeni kansleri kimi ötən bazar ertəsi Vyananın Hofburq sarayında and içib. OVP-nin lideri Heinz-Christian Strache isə onun vise-kansleri postuna gətirilib.
İnaqurasiya mərasimi zamanı Hofburq sarayının qarşısında minlərlə insan yeni hökumətə etiraz bildirirdi.
Sözü gedən sərt siyasət proqramını imzalayandan sonra cənab Strache deyib ki, o bu müddəaların tətbiqi zamanı “obyektivliyin təminatı üçün optimallaşdırmanı” özü aparacaq.
2000-ci ildə FPO hökumətə daxil olanda Avropa İttifaqı Avstriya üzərinə bir sıra diplomatik sanksiyalar qoymuşdu, lakin bu sanksiyalar əks-nəticə verməsin deyə az müddətdən sonra qaldırılmışdı.
Yeni hökuməti alqışlayan Britaniya ifrat sağçısı Nigel Farage deyib: “2000-ci ildə FPO-ya görə Avstriyaya qarşı sanksiyalar müzakirə ediləndə, mən Avropa Parlamentində oturmuşdum. İndi 2017-ci ildə yenə də həmin vəziyyətdir, amma bu dəfə heç kim dinmir. Çünki indi avroskeptikləri normal partiyalar kimi qəbul edirlər”.