Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Ingiltərə hökumətində baş nazir Theresa May-a ən yaxın adamlardan Damian Green pornoqrafiya qalmaqalı ucbatından istefa verib.
2008-ci ildə Green-in iş kompüterində “uşaq pornoqrafiyasına aid materiallar” tapılması ilə bağlı iddialara “səhv və yanıldıcı” cavab verməsi məlum olub. Bundan sonra o, istefaya getmək məcburiyyətində qalıb.
61 yaşlı Green istefa məktubunda üzr istəyib, baş nazir May isə onun istefasından “dərin üzüntü” duyduğunu açıqlayıb.
Damian Green hökümətdə baş nazir yardımçısı idi.
O, 2008-ci ildə iş kompüterində tapılan pornoqrafik fayllardan xəbərsiz olduğunu bildirmişdi.
Green istefa məktubunda bildirib ki, bu məsələ ilə bağlı vəkilinə 2008-ci ildə məlumat verilib, onun özü isə polisin suallarına 2013-cü ildə, telefonla cavab verib. Keçmiş baş nazir yardımçısı “açıqlamasının yanıldıcı olmasına görə” üzr istəyib.
Damian Green-in Mühafizəkarlar partiyasının fəalı və yazar Kate Maltby-yə “özəl münasibətlər” təklif etdiyi iddia olunub. O bu iddiaları rədd edib.
Son iki ay ərzində bu, May-in hökumətində üçüncü qalmaqallı istefadır. Bundan əvvəl müdafiə və beynəlxalq əlaqələrin inkişafı nazirləri də istefaya getmişdi.