Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“ABŞ azadlıq istəyən iranlıların təbii müttəfiqidir”

Tarix:4-01-2018, 14:47 Baxış Sayı:151

“ABŞ azadlıq istəyən iranlıların təbii müttəfiqidir”

ABŞ-ın vitse prezidenti Mike Pencehökumətə qarşı küçə etirazlarına çıxmış gənc iranlıları azadlıq və demokratiya mücadilələrində Birləşmiş Ştatlara “təbii müttəfiq” kimi baxmağa çağırıb.

Yanvarın 3-də Ağ evdə Amerikanın Səsi-nə müsahibə verən Pence deyib ki, “Amerika xalqı İranda və bütün dünyada azadlıq sevənlərin yanındadır və düşünürəm ki, bu, çox ümidverici məqamdır”.

“İRAN XALQI ANLASIN Kİ…”

Məqsədim budur, əslində dua edirəm ki, İran xalqı, gənc, yaxşı təhsil görmüş əhali Amerika Birləşmiş Ştatlarının, bu ölkənin xalqının onların təbii müttəfiqi olduğunu anlasınlar. Onların azad və demokratik gələcəyə nail olmasını görmək istəyirik. Dünyanı hədələməkdə olan rejimdən geri çəkildiklərini görmək istəyirik”, – Pence deyib.

Vitse prezident dəfələrlə hazırda ABŞ prezidenti Donald Trump-ın İranda etirazçılara verdiyi dəstəyi 2009-cu ildə Barack Obama-nın prezidentliyinin ilk dövründə İrandakı antihökumət etirazlarıyla bağlı susqunluğu ilə müqayisə edib.

“2009-cu ili yada salıram, o zaman İranda saxta seçkidən sonra küçələrə çıxan, inanılmaz cəsarət sərgiləyən gənclər” Mahmud Ahmadinejad-ın yenidən prezident seçilməsinə etiraz edirdilər.

O günlərdə onlar Ağ evə baxır, Amerikadan liderlik istəyirdilər, ancaq ortada heç nə yox idi. Obama administrasiyası susurdu”, – Pence deyib.

2009-cu ildə Konqresin üzvü olmuş Pence vurğulayıb ki, həmmüəllifi olduğu qətnamə ABŞ Senatı və Nümayəndələr Palatasında yekdilliklə qəbul olunub, sənəd İrandakı etirazçılara dəstək təklif edib. Dediyinə görə, bundan sonra Obama administrasiyasından da dəstək eşidilməyə başlayıb.

TRUMP-IN QƏTİYYƏTİ

Axırıncı administrasiyanın susqunluğu və azadlığı dəstəkləməsi ilə Prezident Trump-ın cəsarətli İran xalqının yanında durmaq qətiyyətini müqayisə edin. Bilirəm ki, bu, küçələrə çıxmış adamlara ümid verir. Onlara dəstək verməyə davam edəcəyik…, ancaq sözdə deyil, ölkələrində dəyişiklik edəndə də”, – vitse-prezident sözlərinə əlavə edib.

Pence-nin fikrincə, Trump-ın İranda azadlıq adına danışması “Amerikanın aparıcı azadlıq çempionu roluna çox uyğundur”. Ancaq onu da deyib ki, Birləşmiş Ştatlar etirazçılara dəstəkləmək üçün hərəkət etməyə hazırdır.

Sizi əmin edə bilərəm ki, Birləşmiş Ştatlar İranda daha yaxşı, daha firavan və daha azad gələcək istəyən xalqın yanındadır”, – Pence bildirib.

İranın BMT-dəki səfiri yanvarın 3-də deyib ki, Pence və Trump-ın etirazçılara dəstək bildirməsi İranın daxili işlərinə qarışmaqdır.

Pence təkid edir ki, Vaşinqton etirazçıların adından hərəkət etməyə hazırdır, ancaq administrasiyasının nə edə biləcəyindən konkret danışmayıb.

İran xalqı azadlıqları, dəyişiklik uğrunda mübarizəni davam etdirər, onillər boyunca ölkəni idarə etmiş radikal ideologiyanı rədd edərsə… Birləşmiş Ştatlar və dünya ölkələri onlar üçün çox iş görə bilər”, – o deyib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL