Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Gürcüstan Rusiyaya yaxınlaşmır, amma bir az tonunu aşağı salıb

Tarix:16-01-2018, 14:57 Baxış Sayı:160

Gürcüstan Rusiyaya yaxınlaşmır, amma bir az tonunu aşağı salıb

“Economist” yazır ki, Tbilisinin cazibədar taxta balkonlarının altında şərab təklif edən meyxanələrin yazıları gürcücə və ingiliscə olduğu kimi, həm də ruscadır. Divarlarda hətta kiril əlifbası ilə yazılmış qraffitiləri də görmək olur.

2008-ci il müharibəsindən sonra Rusiya turistləri Gürcüstandan aralı durmağa çalışırdılar. Amma indi qayıdıblar və dilləri də qayıdıb.

Məqalədə deyilir ki, Gürcüstan siyasətçilərinin yeni nəsli Rusiya ilə münasibətlərdə çox praqmatikdirlər.

İki ölkə arasında diplomatik münasibətlər olmasa da, onların rəsmiləri müntəzəm görüşərək ikitərəfli danışıqlarda olurlar. Bu danışıqların mövzusu praktikdir: ticarətin, səyahətin və nəqliyyatın asanlaşdırılması barədə.

“Economist” yazır ki, bu, keçmiş prezident Mixail Saakaşvilinin vaxtındakı yanaşmadan tamamilə fərqlidir.

Deyilənlərə görə, o Putini “Liliputin” adlandırdığına görə qəzəbə gəlib. Lakin söhbət təkcə bundan getmir. Saakaşvili Amerikadan heyranlığını gizlətmir, bu avtokratlar regionunda ABŞ-dan ilhamlanırdı.

Amma bununla yanaşı, Rusiya ilə münasibətlərdə gərginlik artırdı və nəhayət qarşıdurma 2008-ci ildə 5-günlük müharibə ilə kulminasiya nöqtəsinə çatmışdı.

Gürcüstan bu müharibəni uduzub. Bu məğlubiyyətdən sonra prezident postunda qaldığı bir neçə il ərzində Saakaşvilinin özü də getdikcə daha çox avtoritar olurdu.

Elə buna görə də onun partiyası 2012-ci ilin parlament seçkisində ölkənin ən varlı adamı, özünəməxsus xasiyyəti olan Bidzina İvanişvilinin Gürcüstan Arzusu partiyasına uduzdu.

“Economist” birbaşa belə bir sual verir: İndi Gürcüstan Qərbdən kənara, Rusiyanın orbitinəmi qayıdır? Lap elə də deyil.

“Saakaşvilinin vaxtında hakim olan qarşıdurma tonu, indi daha yumşaq tonla əvəzlənib, amma məzmunun özü bir o qədər də dəyişməyib” – Saakaşvilinin hökumətində xarici işlər naziri olmuş Salome Zurabişvili deyir .

Hazırda müstəqil deputat olan Zurabişvilinin fikrincə, Gürcüstan yenə də Avropaya meyllənir və Avropa İttifaqına üzv olmağı məqsəd qoyub. Öz sərhədləri ilə bağlı məsələdə mövqeyini dəyişməyib.

Avropa İttifaqı və NATO tərəfindən dəstəklənən Tbilisi separatçı Abxaziya və Cənubi Osetiyanı özünün işğal olunmuş ərazisi saymaqda davam edir.

Avropa İttifaqının rəsmiləri də Gürcüstan hökumətinin Rusiyaya praqmatik, lakin prinsipial yanaşmasını dəstəkləyirlər.

Gürcülər ümid edirlər ki, daha yumşaq ritorika, habelə daha yaxşı nəqliyyyat və ticarət bağları sərhəd mübahisələrinin həlli üçün münasib ab-havanı yaradacaq.

Lakin Gürcüstanın barışdırıcı yanaşması Rusiya tərəfindən eyni şəkildə qarşılanmır.

Georgia-borderFotonun müəllifiEPA

Əksinə Abxaziya və Cənubi Osetiya daha çox Rusiya infrastrukturlarına inteqrasiya edilir. Sərhəd bağlıdır və ötən il Rusiya bu sərhədləri özbaşına olaraq bir az da Gürcüstan ərazisinə itələyib.

Bu arada Gürcüstan Avropa İttifaqına yaxınlaşmaqda davam edir. Bəzi Avropa rəsmiləri siyasi islahatları həyata keçirdiyinə və etnik azlıqlarla yaxşı münasibətlərə görə Gürcüstanı Avropa İttifaqına real namizəd hesab edirlər.

2016-cı ildə Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişi qüvvəyə minib.

Amma bəziləri narahatdırlar ki, hakim Gürcüstan Arzusu partiyası müxalifəti sıxışdırmağa başlayıb.

2012-ci ildə, Gürcüstan hakimiyyətin dinc siyasi keçidinə görə alqışlanmışdı. Amma buna baxmayaraq keçmiş hökumətin onlarca rəsmisi həbs olunub.

Bunların arasında keçmiş baş nazir Vano Merabişvili də var. O hələ də həbsxanadadır.

“Gürcüstan Arzusu hakimiyyətdə möhkəmlənib, amma hesabat verməyə elə də həvəsli deyil” – Gürcüstan Açıq Cəmiyyət Fondunun direktoru Vano Çxikvadze deyir.

Bidzina Ivanishvili, Prime Minister of GeorgiaImage captionBidzina İvanişvili

“Economist” yazır ki, narahatlıq doğuran həm də cənab İvanişvilini əhatələyən qeyri-şəffaflıqdır. O 2013-cü ildə istefa versə də, hələ də ölkənin ən qüdrətli insanı sayılır.

O siyasətə qədəm qoymazdan əvvəl o qədər də tanınan fiqur deyildi. Deyilənlərə görə, öz malikanəsində kenquru, zebr və pinqvin saxlayır.

O öz doğma kəndinin sakinlərinin evlərini alaraq onlara bağışlayıb. Tbilisidə dəbdəbəli məbəd tikdirib.

Ara-sıra yoxsul yaşayan ziyalıların ciblərinə pul da basır. Bir sözlə o hələ də Tbilisinin başı üstündəki futuristik malikanəsindən görünməz tellərlə idarə edir.

Onun səxavətliyi populyarlıq və qüdrətini artırıb. Deyilənlərə görə, nazirləri hələ də o işə qoyub, işdən çıxarır.

Bəziləri deyirlər ki, cənab İvanişvili seçkili Gürcüstan Arzusu siyasilərinə geniş hərəkət imkanı verir. Əgər belədirsə, deməli ölkə yeni bir fazaya daxil ola bilər.

Bu gün Gürcüstan hökumətinin əhalini birləşdirən ideologiyası yoxdur.

Gürcüstan Rusiya ilə çətin münasibətlər şəraitində adamları Avropa İttifaqına lazım olan islahatların gərəkliyinə inandırmağa çalışır və bunu gələcəyə müəyyən baxışla edir. Bu cəhət Saakaşvilidə daha güclü idi.

“O dəli və yaradıcı bir adam idi” – deyir Zurabişvili.

“Economist” isə yazır ki, Gürcüstanın indi dəliyə ehtiyacı yoxdur, amma bir az yaradıcılığa ehtiyacı var.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL