Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Britaniya ordusu Rusiyadan geri qalır, general narahatdır

Tarix:22-01-2018, 16:54 Baxış Sayı:130

Britaniya ordusu Rusiyadan geri qalır, general narahatdır

Britaniya Silahlı Qüvvələri əlavə investisiya olmadan Rusiyadan geri qala bilər, ordu başçısı deyib.

General Nick Carter-ə görə, Britaniya ordusunun təhlükələri cavablandırmaq qabiliyyəti “rəqibdən geri qalacağı” təqdirdə zəifləyə bilər.

Generalın bu nitqi Müdafiə naziri Gavin Williamson tərəfindən təsdiqlənib. Bəyanat orduda mümkün ixtisarlar barədə söz-söhbətin getdiyi dövrə təsadüf edib.

Bu xəbərdarlıq Rusiya ordusunun şimali Avropa boyu hücumu xatırladan hərəkətlər etməsindən sonra verilir.

Bazar ertəsi günü Londonun Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunda edəcəyi çıxışında general Carter Rusiyanın kiberməkanda da savaş aparmaq kimi yeni açılmış imkanlarından bəhs edəcək.

Ötən il Rusiya ordusu irimiqyaslı hərbi təlim keçirərək, Avropanın şimalı boyu Kalininqraddan tutmuş Litvaya qədər hücum əməliyyatlarını məşq edib.

General Carter Rusiya ordusunun uzaqmənzilli raket potensialına da diqqəti çəkmək niyyətindədir.

Rusiya Suriyadakı münaqişəyə müdaxiləsi zamanı 1500 km məsafədən Suriyaya 26 raket buraxmışdı.

Generala görə, Rusiyanın yaratdığı ekspedisiya korpusu səviyyəsində bir güc yaratmaq üşün Britaniya hələ səylər göstərməlidir.

General Carter hesab edir ki, Britaniya üçün mümkün hərbi təhlükə “artıq Avropanın astanasındadır”.

Ötən il Baş nazir Theresa May demişdi ki, Rusiya digər ölkələrə qarşı “ardıcıl olaraq kibermüharibə və təfriqə kampaniyası aparır”.

Kral Hərbi Dəniz qüvvələrinin keçmiş kontr-admiralı Chris Parry isə deyib ki, Britaniya hərbiyyəsi Rusiyanın imkanlarından xeyli geridə qalıb.

“Dünya dəyişməkdədir. Rusiya və Çinin əldə etdiyi nailiyyətlərlə biz bu gün ayaqlaşa bilmirik”, – Chris Parry BBC-yə bildirib.

Təhlil

Jonathan Beale, Müdafiə müxbiri

Reallıq budur ki, Britaniya, Rusiya kimi bir təhlükəylə heç bir zaman qarşıdurmaya getməz. Ona görə də, Britaniya Nato üzvüdür.

Lakin məsələ ondadır ki, hətta Nato üzvül olsa da, Britaniyanın silah arsenalı həqiqətən də getdikcə daha çox köhnəlir.

Rusiyada yeni Armata tankı istifadəyə verildiyi halda, Britaniya ordusunun Challenger 2 tankı 20 ildir ki təzələnmir.

İraq və Əfqanıstanda qiyamçılara qarşı kampaniyalara başı qarışan Britaniyanın hava hücumundan müdafiə sistemləri də Rusiya sistemləri ilə müqayisəedilməz dərəcədə köhnəlib.

Qərbdə təxribat yaratmaq üçün Rusiya və Çinin istifadə etdi kibermüharibə və dezinformasiya kampaniyaları da narahatedici amillərdəndir.

General Carter-in nitqi Britaniya ordusunda ixtisarların genişlənəcəyi planlarından qaynaqlanır.

Dekabr ayında Baş Hərbi Aviasiya marşalı Stuart Peach dənizin dibi ilə keçən kabellərin Kreml təhlükəsindən müdafiəsini Britaniya ordusunun prioritet məqsədi kimi müəyyən etmişdi.

Britaniya Silahlı Qüvvələrinin rəhbər dairələri ehtiyat edir ki, müdafiə sahəsi büdcəsinin təftişini keçirənlər kiberhücumlar və terrorçuluqla mübarizəyə sırf hərbi müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclərdən daha çox vəsait ayırmaq qərarına gələ bilər.

Hazırda Britaniyanın hərbi büdcəsi ÜDM-in 2 faizini təşkil edir, Britaniya parlamentinin bir sıra üzvləri höküməti bu rəqəmi 3 faizə qaldırmağa çağırır.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL