Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Ekspert: “İŞİD Ermənistandan da region üçün də təhlükə yarada bilər”
İranın keçmiş müdafiə naziri Əhməd Vahidi söyləyib ki, Qərb İŞİD döyüşçülərini İraq və Suriyadan çıxararaq Əfqanıstan və Mərkəzi Asiyaya göndərir. O, iddia edib ki, Qərb İŞİD-in məğlub olmamasına çalışıb. Ancaq terrorçuların İraq və Suriyada məğlub olduqlarını görəndən sonra onları Əfqanıstan və Mərkəzi Asiyaya atmağa başlayıb.
Ekspertlər İŞİD-in zəifləməsi və hətta artıq heç bir gücünün qalmamasını söyləsələr də, bu kimi xəbərlərə də rast gəlirik. İndiki halda Əhməd Vahidinin bildirdikləri fonunda Azərbaycanın da təhlükədə olduğunu söyləmək olarmı?
Danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, İŞİD-in Suriyada və İraqdakı fəaliyyətini ən ciddi şəkildə izləyən dövlət Rusiyadır: “Çünki İŞİD-in ən böyük hədəflərindən biri elə Rusiyanın özüdür. Bu baxımdan Rusiya tərəfinin yaydığı məlumatlara görə İŞİD-in təxminən 20-25 faizi Liviyaya gedib, böyük əksəriyyəti yəni, təxminən 60 faizi Əfqanıstana yollanıb. Yerdə qalan çox az bir qisim isə İraq və Suriya ərazisində gizləniblər. Əfqanıstana da İŞİD-in getmə səbəbi Mərkəzi Asiyaya nüfuz etməkdir. Burada isə Rusiyanın maraqlarını sıxışdırıb çıxarmaq niyyətindədirlər. Ona görə də İranın keçmiş müdafiə nazirinin fikirlərində həqiqət var. Razıyam ki, İŞİD-in tamamilə ölməsindən danışmaq tezdir. Ancaq eləcə də İŞİD əvvəlki gücündə də deyil. Ən azından Talibanı gözümüzün qarşısına gətirək. Onlar bir zamanlar çox güclü idilər və demək olar ki, terror dünyasında bütün ab-havanı Taliban müəyyənləşdirirdi. 2001-ci ildə ABŞ-dakı terror hadisəsini unutmamışıq. Ancaq indi bu terror qruplaşmasının fəaliyyəti hiss olunmur. İŞİD da təxminən artıq o kateqoriyalı terror təşkilatına çevriləcək. Bu qruplaşma yalnız o halda güclənə bilər ki, onlar Mərkəzi Asiyaya nüfuz etsinlər. Ancaq onların Mərkəzi Asiyaya nüfuz etmələri çox qəliz məsələdir. Çünki oradakı dövlətlər terrorizmə qarşı mübarizə mövzusunda Rusiya ilə çox sıx əməkdaşlıq edirlər. Rusiya havayı olaraq Tacikistana xeyli miqdarda hərbi texnika verməyib. Eləcə də Rusiya Qırğızıstanda hərbi bazasını gücləndirib. Türkmənistanla isə Rusiya arasında məhz Əfqanıstandan gələn təhlükə mövzusunda əməkdaşlıq yüksək səviyyədədir. Halbuki 2017-ci ilə qədər Rusiya ilə Türkmənistan arasında münasibətlər sıfır səviyyəsində idi. 2017-ci ildə isə bu iki dövlət arasında münasibətlər o səviyyəyə gəlib çatdı ki, Rusiya hərbiçiləri Türkmənistanda müşavirə keçirdilər. Həmçinin Rusiya Mərkəzi Asiya üzrə diplomatların görüşünü də Aşqabadda keçirdi. Özbəkistanla da İslam Kərimovdan sonra Rusiyanın münasibətləri güclənib. Burada da terrorizmlə bağlı dinamika əsasdır. Yəni Rusiya anlayır ki, İŞİD üzvləri Mərkəzi Asiyaya gələcəklər. Ona görə də artıq bununla bağlı hazırlığını görüb”.

Politoloq bildirib ki, burada Ermənistan faktoru çox az adamın diqqətini çəkir: “Əslində isə İŞİD-in Ermənistanla da çox sıx əlaqələri var. Ermənistan kiçik dövlətdir, ancaq bu yaxınlarda onların təhlükəsizlik xidməti məlumat yaydı ki, bir il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 986 nəfər sərhəddən buraxılmayıb. Halbuki Ermənistan İŞİD-in arealında olan heç bir dövlətlə həmsərhəd deyil. Ancaq buna baxmayaraq Ermənistana İŞİD-in maraq göstərməsi təsadüfü deyil. Mümkündür ki, Suriyadan təyyarə ilə və ya digər formada gəlsinlər. Bu baxımdan deyə bilərik ki, İŞİD orada Rusiya üçün də təhlükə yarada bilər. 2017-ci ilin aprelində Rusiyanın Ermənistanda yerləşən hərbi bazasında bir rus əsgərini öldürdülər. Sonradan bəlli oldu ki, onu öldürən ermənidir və o, Yunanıstanda yaşayıb. Orada olduğu ərəfədə isə bir müddət Suriyaya da gedib və orada müsəlman olub. Yəni rus əsgərinin Ermənistanda ölümünü İŞİD-la əlaqələndirdilər. Bu isə o deməkdir ki, İŞİD-in artıq Ermənistana axını var. Bütün bunların hamısı Azərbaycan üçün də təhlükəlidir. Nəzərə almalıyıq ki, Gürcüstanın Pankisi dərəsində də İŞİD-çıların dayağı var. Bunlar Rusiya ilə Azərbaycan üçün ciddi təhlükədir. Ancaq hər halda Azərbaycan öz işini bilir. Təhlükəsizliklə bağlı məsələlərdə bizim xüsusi xidmət orqanları ilə Rusiya arasında çox sıx əlaqələr var. Bütün məlumatları bir-birimizə ötürüb, çox proseslərin qarşısını alırıq. Eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar da çox yüksək səviyyədədir. Bu qurumun işi tam keyfiyyət mərhələsindədir və gələn təhlükələri də neytrallaşdıra bilər. Ona görə də deyə bilərik ki, Azərbaycanı terror təhlükəsindən qoruyan ilk növbədə ölkə rəhbərinin apardığı siyasətdir. İkincisi isə bizim hüquq mühafizə orqanlarının əməliyyatları bu kontekstdə diqqət çəkir”.