Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Avstriyalı siyasətçi nasist nəğmələrinə görə siyasi fəaliyyətini dayandırmağa məcbur olub

Tarix:2-02-2018, 11:42 Baxış Sayı:139

Avstriyalı siyasətçi nasist nəğmələrinə görə siyasi fəaliyyətini dayandırmağa məcbur olub

Avstriyanın sağçı-radikal Azadlıq partiyasının (FPÖ) Aşağı Avstriya əyaləti üzrə rəhbəri və əyalət parlament seçkilərində partiyanın əsas namizədi Udo Landbauer siyasi fəaliyyətini dayandırmağa məcbur olub. Buna əsas səbəb onun üzv olduğu “Germania” tələbə birliyinin nəğmələr kitabında yer alan radikal, irqçi və antisemit məzmunlu mətnlər olub.

Udo Landbauer həmin kitabdakı mətnlərin tarixi konteksdən çıxarıldığını və onun hazırkı siyasi mövqeyi ilə heç bir bağlılığı olmadığını iddia etsə də, digər siyasi partiyalar və mətbuatın mövzunu gündəmdə saxlaması nəticəsində geri çəkilməli olub. Ona qarşı mediada kampaniya aparıldığını bildirən siyasətçi artıq ailə üzvlərini də əhatə edən “mühasirə” vəziyyətinə son qoymaq üçün bu addımı atmalı olduğunu bildirib. Bununla belə U.Landbauer Avstriyanın nasional-sosialist Almaniyasının tərkibində olduğu (1938-1945-ci illər) dövrə aid və nasional-sosializmin mədh edildiyi mətnlərin 1997-ci ildə işıq üzü görən kitabda əksini tapması və onun ön sıralarında getdiyi bir birlikdə indiyədək üzvlərin toplantılarında ifa olunmasına tutarlı izahat verməyib.

Avstriya hökuməti, eyni zamanda, “Germania” tələbə birliyinin ləğv olunması üçün hüquqi əsasların araşdırılması barədə qərar qəbul edib.

1917-ci ildə əsası qoyulan “Germania” döyüşən tələbə-şagird birliyinin digər oxşar birliklər kimi əsas məqsədi tələbə və yuxarı sinif şagirdlərini bir araya gətirmək olub. Lakin millətçilik ideyalarından radikal və irqçi ideologiyaya meyillənən birlik tez-tez mətbuatın gündəminə də çıxıb. Avstriyada nasional-sosialist ideologiyasının təbliği qanunla qadağan olunduğundan Viner Noyştadt Prokurorluğu həmin birlik tərəfindən çap edilmiş kitabla bağlı cinayət işi açıb. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL