Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Myanma rejimi müsəlman azlığın ölkəni tərk etmələri üçün Rohinqyadan olan kişi, qadın, uşaqları acı saxlamağa, qarət etməyə, oğurlamağa davam edirlər.Amnesty İnternational bu barədə xəbər verib.
Hüquqmühafiə Təşkilatı bildirir ki, ölkədə Rohingyaya qarşı hələ də etnik təmizləmə davam etdirilir.
Belə ki, təşkilat yanvarın sonlarında Banqladeşə təzəlikcə qaçan 19 kişi və qadınla sorğu aparıb. Məlum olub ki, dekabr və yanvar ayı ərzində yenidən minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Yeni gələnlərin sözlərinə görə, rejim onları ac saxlayıb, bununla da onlar ölkədən qaçmaq məcburiyyətində qalıblar. Belə ki, çəltik sahələrində məhsul yığımı zamanı hərbçilər onları sahələrə buraxmayıb, beləliklə məhsul məhv olub. Həmçinin əsgərlər rohingya müsəlmanlarının ev heyvanlarını, qaramallarını qarət edib, bazarlarını yandırıb və başqa şəhərlərə, kəndlərə yollarını bağlayıb. Bu da rohingya müsəlmanları arasında qıtlığa səbəb olub.
Bundan başqa Myanma rejimi Rakhayn ştatına humanitar yardımı buraxmamaqla vəziyyəti daha da gərginləşdirib.
Amnesty İnternational həmçinin hərbçilər tərəfindən gənc qadın və qızların oğurlanma hallarını da qeydə alıb. Onların cinsi istimara və köləliyə məruz qalması şübhə doğurmur.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında Myanma ordusu Rohinqyanın mülki vətəndaşlarına qarşı hərbi əməliyyatlarına başlayıb. Humanitar təşkilatların bəyanatlarına görə, həmin əməliyyatlar zamanı hərbçilər insanlığa qarşı cinayət işlətdiblər – qadın, uşaqlar da daxil olmaqla minlərlə insan yandırılmış, zorlanmış, kütləvi şəkildə qətlə yetirmiş, deportasiyaya məcbur edilmişdir. Ötən ilin avqustundan bəri rəsmi mənbələrə görə 688000 rohingyalı öz evlərini tərk etmək məcğburiyyətində qalıb.