Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?

Tarix:12-02-2018, 13:44 Baxış Sayı:145

Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?

“The Independent” yazır ki, ötən il dünyada aviasiya təhlükəsizliyi üçün ən yaxşı il olsa da, statistikaya görə növbəti böyük aviaqəzanın Rusiyada baş verəcəyini proqnozlaşdırmaq olardı.

Belə bir kədərli proqnozu Saratov Hava Yolları şirkətinin 703 nömrəli reysi doğrultdu. Moskvanın Domodedovo hava limanından qalxan təyyarə Orsk istiqamətində uçmalı idi, lakin Rusiya paytaxtının 80 kilometrliyində yerə düşdü.

Bu qəzadan 65 sərnişin və 6 uçuş heyəti üzvündən heç kim sağ çıxmayıb.

Məqalədə deyilir ki, Rusiya və ona qonşu olan ölkələrdə aviasiya təhlükəsizliyinin əsl narahatlıq doğurduğunu Airsafe.com saytındakı məlumatlar da göstərir.

Airsafe.com saytında 1970-ci illərdə Jumbo erasından bu yana sərnişin təyyarələrinin bütün ölümcül qəzaları barədə statistik rəqəmlər var.

Avropada bir nəfər də olsun sərnişin ölümü törətməmiş hava şirkətlərinin sayı qəzalı şirkətlərin sayından çoxdur.

Lakin burada 1990-cı ildən bəri 40 ölümcül aviasiya qəzasının məkanı haqqında ayrıca səhifə var: keçmiş Sovet İttifaqı.

Bu səhifədə söhbət keçmiş SSRİ ərazisində baş vermiş qəzalardan getsə də, bunların böyük əksəriyyətini Rusiya sərnişindaşıma şirkətləri törədib.

Bu təyyarə qəzalarının əsas səbəbi belə görünür ki, sərt hava şəraiti ilə pilotların zəif qərar qəbul etmə qabiliyyətinin məcmusudur.

“The Independent” yazır ki, Rusiyanın hava şəraiti bütün başqa ölkələrdəki hava şəraitindən sərtdir. Bu gün şimal-şərqi Sibirdəki Yakutsk şəhərində qış üçün ən “isti” hava qeydə alınıb: Mənfi 30 dərəcə!

Rusiyada uçuşlar bütün qış ayları ərzində davam edir, yayda isə sərt soyuğun yerini qasırğalar tutur.

Lakin Rusiyada təyyarə qəzalarının çoxluğuna bir mühüm səbəb də var. Bu, Rusiyanın aviaparkındakı təyyarələrin əksəriyyətinin hələ sovet dövründə layihələndirilməsidir.

Aeroflotun Sovet İttifaqının əsas sərnişindaşıyanı olduğu illərdə onun əsas “səma atları” Tupolev 154 təyyarələri idi.

Bu təyyarə modeli mütərəqqi bir şəkildə modernləşdirilsə də üçmühərrikli təyyarənin texniki göstəriciləri Qərb təyyarələrinin texniki keyfiyyətlərindən çox geridə qalır.

Bu təyyarələrin kifayət qədər yaxşı uçmasını göstərən hadisələr də olub. Məsələn 2010-cu ildə 10 min metr yüksəklikdə Alrosa Mirnı Air Enetrprise şirkətinə məxsus Tu 154 təyyarəsinin bütün sistemləri qəflətən fəaliyyətini dayandırmışdı.

Buna baxmayaraq təyyarə insan itkisinə yol vermədən istifadəsiz uçuş-eniş xəttinə enə bilmişdi.

Başqa bir ekstremal hadisə 1994-cü ildə baş vermişdi. Məsuliyyətsiz pilot Aeroflotun Moskvadan Honq Konqa uçan 593 nömrəli reysində sükanı 16 yaşlı oğluna tapşırmışdı.

Yeniyetmə bilməyərəkdən təyyarəni avtopliotdan çıxarmış Airbus A310 təyyarəsi Sibir üzərində qəzaya uğramış və təyyarədə olan 75 sərnişinin hamısı həlak olmuşdu.

Doğrudur, bəzi insan itkiləri terror aktları ilə bağlı olub. 2008-ci ilin 24 avqustunda gecə Domodedovodan havaya qalxan təyyarə Moskva üzərində partlamışdı. 87 sərnişin və ekipaj həlak olmuşdu.

Lakin ən böyük insan itkisi 2015-ci il oktyabrın 31-də baş vermişdi. O vaxt Metrojet şirkətinin Airbus A321 təyyarəsi Misirin Şərm əş-Şeyx şəhərindən qalxdıqdan sonra partlamışdı.

Bu reyslə Sankt Peterburq şəhərinə uçan 224 sərnişinin hamısı tələf olmuşdu.

Ekspertlərin gəldiyi ümumi rəy belə idi ki, bu təyyarə terror hücuma məruz qalıb. Bu hadisədən dərhal sonra Birləşmiş Krallıq özünün bütün təyyarələrinə Şərm əş-Şeyxə uçmağı qadağan edib.

“The Independent” yazır ki, aviasiya salamatlığı – təhlükəsizlik, təlim, mədəniyyət və tənzimləmənin yüksək səviyyədə olmasını tələb edir.

Hazırda Rusiya, xüsusilə də özünün Aeroflot və S7 hava yolları şirkətləri ilə vəziyyəti yaxşılaşdırmağa müvəffəq olub. Bu iki şirkət hazırda qlobal təhlükəsizlik standartlarına cavab verir.

Lakin Rusiyanın daxili uçuşlarındakı problemlər kəskin olaraq qalır. Moskva daxili reyslərə hələki lazımi diqqət və qayğını verə bilmir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL