Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

ABŞ: “Rusiya Qutadakı qətllərə görə məsuliyyət daşıyır”

Tarix:23-02-2018, 15:31 Baxış Sayı:126

ABŞ: “Rusiya Qutadakı qətllərə görə məsuliyyət daşıyır”

Birləşmiş Ştatlar Rusiyanı Suriyanın Şərqi Quta regionunun bombalanmasına görə tənqid edib və deyib ki, Moskva bu ay Qutada 400-dən çox adamın ölümünə görə “xüsusi məsuliyyət” daşıyır.

ABŞ Dövlət Departamenti Rusiyanı Suriya hökuməti üzərindəki nüfuzundan istifadə edərək ölüm hallarını dayandırmağa çağırıb. Bu arada ABŞ diplomatları Dəməşq yaxınlıqdakı Qutada 30 günlük atəşkəs tələb edən qətnamənin qəbuluna çalışırlar. Səsvermə fevralın 23-də BMT Təhlükəsizlik Şurasında keçiriləcək.

“ÖLÜMLƏR BAŞ VERMƏZDİ”

Dövlət Departamentinin sözçüsü Heather Nauert Rusiyanı Suriya prezidenti Bashar al-Assad və ordusunun əməliyyatlarını əngəlləmədiyinə görə ittiham edib. Qutadakı silahlılara qarşı əməliyyat bu ay başlanıb, Rusiya və Suriya Hələbin geri alınmasından ötrü keçirilən qanlı kampaniyanın burada təkrarlana biləcəyini bildiriblər.

Suriyada baş verən dağıntının, ölümlərin, qətllərin dayandırılması üçün nə edirlər? Rusiya Suriyanı dəstəkləməsəydi, bu dağıntılar, ölümlər baş verməzdi”, – Nauert Vaşinqtonda jurnalistlərə deyib.

Bu, Rusiyanın orada baş verənlərdən ötrü xüsusi məsuliyyət daşıdığını göstərir”, – sözçü deyib.

Nauert həmçinin Moskvanı müvəqqəti atəşkəsi hədəfləyən BMT qətnaməsini əngəlləməkdə suçlayıb. Belə bir atəşkəs Qutadakı dinc sakinlərə yardımın çatdırılmasına imkan verərdi.

Rusiyanın BMT-dəki səfiri Qərbin hazırladığı bu qətnaməni rədd edib, bu da fevralın 23-də keçiriləcək səsvermədə veto ehtimalını qabardır.

Səfir Vasily Nebenzya deyib ki, media və qərb ölkələri Qutadakı döyüşlər barədə “dezinformasiya kampaniyası” aparırlar, Al-Qaeda qruplaşmasına bağlı minlərlə yaraqlının burada yaşaması kimi “xoş olmayan həqiqət”i gözardı edirlər.

“RUSİYAYA BEL BAĞLAYIR”

Nauert-in sözlərinə görə, Qutadakı döyüşlər Suriyayla bağlı Rusiyanın sponsorluq etdiyi danışıqların alınmadığını göstərir. Həmin danışıqlarda şərqi Quta “de-eskalasiya zonası” kimi müəyyənləşdirilmişdi, orada döyüş səngiməliydi.

Bu, həmin de-eskalasiya zonasına necə bir farsa çevrildiyini göstərir”, – Nauert söyləyib.

ABŞ-ın iqtisadi və sosial məsələlər üzrə səfiri Kelley Currie isə BMT-də bildirib ki, Assad Qutadakı düşmənlərini “bombalamaqla, acından qırmaqla” tabe etdirmək istəyir, Hələbdə, Hamada, Homsda da belə davranıb.

Onun sözlərinə görə, Assad qüvvələri Qutada yaşayan “400 min nəfəri bombalayarkən, qazla boğarkən”, Rusiyanın BMT-də onu dəstəkləyəcəyinə bel bağlayır.

Suriya ordusu fevralın 22-də Qutaya vərəqələr buraxıb, sakinləri öz təhlükəsizliklərinə görə buranı tərk etməyə, üsyançıları isə təslim olmağa çağırıb. Hökumət Hələbi mühasirəyə alanda oraya da oxşar vərəqələr buraxmışdı.

Suriyanın BMT-dəki səfiri Bashar al-Ja’afari BMT şurasında deyib ki, Quta “ikinci Hələb”ə çevriləcək.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL