Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Amerika Rusiya ilə kosmos müharibəsinə hazırlaşır?

Tarix:1-03-2018, 15:32 Baxış Sayı:155

Amerika Rusiya ilə kosmos müharibəsinə hazırlaşır?

“The Mail” qəzeti yazır ki, Rusiya düşmənin peyklərini kosmik orbitdə vurmaq üçün qüdrətli lazer silahı istehsal edib.

Məqalədə deyilir ki, bu silahlar təyyarələrdə yerləşdirilməklə anti-radar sisteminin tərkib hissəsi olacaq.

Bu xəbərlərdən az əvvəl ABŞ Hərbi Hava Donanmasının komandanı bəyan etmişdi ki, superdövlətlər arasında kosmik müharibələr “bir neçə ilin içində” baş verə bilər.

Rusiyanın Interfax xəbər agentliyi anonim mənbəyə istinadən yazır ki, Almaz-Antey silah zavodu antipeyk sistemlərinin istehsalını başa çatdırıb.

Bu sistemə təyyarələrdə yerləşdirilmiş lazer silahı, habelə yerlə rabitədə olan radar daxildir.

Mənbə bildirib ki, lazer silahı indiyədək naməlum olan yeni təyyarələrə qoyulacaq.

“The Mail” yazır ki, bu iddialar müstəqil mənbələrlə tutuşdurulmayıb, lakin Moskvada yerləşən Almaz-Antey şirkətinin antipeyk silahı üzərində işlədiyi məlumdur.

Ötən apreldə Almaz-Antey şirkətinin baş konstruktoru Pavel Sozinov Rusiyanın RIA Novosti agentliyinə demişdi ki, müəssisə “orbitdəki düşmən elementlərə elektron qaydada müdaxiə edib onları sıradan çıxaran silahlar” hazırlayır.

O, bunu da bildirmişdi ki, bu silahın istehsalı üçün sifariş ölkənin siyasi rəhbərliyindən alınıb.

Ekspertlər deyirlər ki, antipeyk silahları hazırda Rusiya rəhbərliyi üçün prioritet silahlar sayılır.

Donanma Təhlilləri Mərkəzinin eksperti Samuel Bendett DefenseOne saytına deyib ki, Rusiya potensial qarşıdurma şəraitində Amerika peyklərini özü üçün ciddi təhlükə hesab edir.

“Rusiya kosmosdakı ABŞ texnologiyalarına qarşı silahlar üzərində fəal şəkildə işləyir. Bu silahlar yüzlərlə kilometr yüksəkliyə atılmaq üçün hazırlanır” -Bendett deyib.

O, həmçinin bildirib ki, Rusiyanın lazer texnologiyaları ABŞ və Çinin müvafiq texnologiyalarından geridə qalmır.

Hazırda yüksək məkanlarda fəaliyyət göstərə bilən dron texnologiyası dünya hərbiyyələrinin proqramlarında əsas yeri tutur.

Bundan çıxış edən bir çox ekspertlər deyirlər ki, yaxın gələcəkdə kosmos müharibələr üçün əsas məkan olacaq.

ABŞ Hərbi Hava Donanmasının komandanı general David Goldfein deyib ki, superdövlətlər “bir neçə ilin içərisində” kosmos müharibələri aparmağa qabil olacaq.

Onun fikrincə, məhz buna görə də ABŞ orbitdə vuruşa bilmək üçün yeni texnologiyaların hazırlanmasına, xüsusi təlimlərə başlamalıdır. General deyib ki, bu iş milyardlarla dollar vəsait tələb edəcək.

Bununla yanaşı general Goldfein deyib ki, ABŞ hərbiyyəsi Yer kürəsində olduğu kimi kosmosda da birinciliyə nail olmalıdır.

Generalın fikrincə, hazırda ABŞ Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı kifayət qədər yüksəkdir.

“Mən inanıram ki, biz bir neçə ilə kosmosda döyüşməli olacağıq” – general deyib. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL