Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

200-dən çox rusiyalı muzdlunun öldürüldüyünü yazan jurnalist ölü tapıldı

Tarix:16-04-2018, 12:14 Baxış Sayı:144

200-dən çox rusiyalı muzdlunun öldürüldüyünü yazan jurnalist ölü tapıldı

Aprelin 12-də Rusiyanın Yekaterinburq şəhərində araşdırmaçı jurnalist beşinci mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığı bildirilir. 32 yaşlı Maksim Borodin aldığı yaralardan aprelin 15-də xəstəxanada ölüb. Rəsmi versiyaya görə, o, intihar edib

Sverdlovks vilayəti polisinin sözçüsü deyib ki, “bu hadisənin kriminal xarakterli olması ehtimal edilmir”. Onun sözlərinə görə, Borodin-in mənzilinin qapısı içəridən kilidlənib və mənzilə güclə girən olmayıb.

Sözçü deyib ki, mənzildə açarlar tapılıb, ancaq intiharla bağlı qeyd aşkarlanmayıb.

JURNALİST ƏVVƏLCƏ VƏKİL İSTƏYİB…

Jurnalistin əməkdaşlıq etdiyi “Novy Den” qəzetinin baş redaktoru Polina Rumyantseva elə həmin gün deyirdi ki, Borodin-in intihar etməsinə inanmır. Jurnalistin dostu Vyacheslav Bashkov aprelin 15-də Facebook-da yazıb ki, Borodin aprelin 11-də səhər 5-də onunla əlaqə saxlayaraq yaşadığı binanı kamuflyaj geyinmiş maskalı “təhlükəsizlik qüvvələri”nin əhatəyə aldığını bildirib.

O, Borodin-in həyəcanlı, ancaq isterik, ya da içkili olmadığını əlavə edib. Yazdığına görə, Borodin ona deyib ki, görünür, mənzilində axtarış aparmaq istəyirlər, ancaq məhkəmə qərarı gözləyirlər. O, Bashkov-dan ona vəkil tapmasını istəyib.

Borodin bir saat sonra ona zəng edib, səhv anladığını, təhlükəsizik əməkdaşlarının nəsə təlim keçdiklərini söyləyib. Bashkov daha həmkarına zəng etməyib, onun Facebook-da nəsə yazacağını gözləyib, amma ayın 13-də mediadan oxuyub ki, Maksim eyvanının altında tapılıb, reanimasiyaya yerləşdirilib.

Borodin cinayətkarlıq və korrupsiyadan yazırdı. Son həftələr o, fevralda Suriyada döyüşən rusiyalı muzdluların ölümündən söz açırdı, Uralın Asbest şəhərindən öldürülmüş bir neçə döyüşçünün adını çəkirdi.

Fevralın 7-də bir qrup rusiyalı muzdlu döyüşçü tank və artilleriyanın köməyilə Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarətində olan əraziyə hücum edib. ABŞ koalisiyasının endirdiyi cavab zərbələrinin onlarla rusiyalı döyüşçünü öldürdüyü bildirilirdi.

Bəzi media orqanları 200-dən çox rusiyalı muzdlunun öldürüldüyünü yazsa da, Rusiya hökuməti bu ölü sayını təsdiqləmədi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL