Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Yerevanda kütləvi itaətsizlik aksiyaları başlanıb VİDEO

Tarix:16-04-2018, 09:57 Baxış Sayı:162

Yerevanda kütləvi itaətsizlik aksiyaları başlanıb VİDEO

Bazar ertəsi səhər tezdən Yerevanın mərkəzi küçələrində avtomobil tıxaclarıdır. Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırır.

Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayır. Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər.

Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək, izah edirlər ki, dözümlü olsunlar.

“Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan – Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından – xilas olmaq üçün atılan məcburi addımdır”, – hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edir və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırır.

Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edir.

Nikol PaşinyanEtiraz aksiyalarını idarə edən millət vəkili Nikol Paşinyan bazar ertəsi paytaxt Yerevanda kütləvi itaətsizlik proqramını elan edib

Ermənistan paytaxtında bu səhərdən başlanan kütləvi vətəndaş itaətsizlik tədbirlərinin planını Serj Sarkisyanın baş nazir qismində hakimiyyətə qayıtmasına qarşı davam edən fasiləsiz etiraz aksiyasının lideri, millət vəkili Nikol Paşinyan dünən axşam mitinq zamanı elan edib.

Nəzərdə tutulan tədbirlər Ermənistan paytaxtında nəqliyyat hərəkətini tam iflic edə bilər.

Milli Məclisdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası öz lideri, keçmiş prezident Serj Sarkisyanın namizədliyini irəli sürülmək üçün bazar ertəsi yığışmalıdır və aksiyanın başlıca məqsədi də bu iclasın işini iflasa uğratmaqdır.

Şənbə günü hakim partiyanın İdarə Heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib.

Yerevan, aksiyaGecə meydanda qalanlar üçün çadırlar qurulub

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.

Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.

Nikol Paşinyan Yerevanın mərkəzində mitinq zamanı Yerevan əhalisinə müraciət edərək, bazar ertəsi səhər saatlarında, ilk növbədə paytaxt rayonlarını şəhərin mərkəzilə birləşdirən körpüləri bağlamağa çağırdı.

O, əhalini öz şəxsi avtomobilləri ilə körpü üzərindən yol hərəkətini bağlayıb piyada Milli Məclis binası yerləşən Bağramyan prospektinə getməyə çağırdı.

“Sizin avtomaşınlarınız körpünün üstündə nasaz ola bilər. Siz onları orada qoyub, piyada parlament binasının ətrafına gedə bilərsiniz”, – Paşinyan bəyan etdi və yol boyunca Yerevan sakinlərini aksiyaya qatılmağa səsləməyi təklif etdi.

Yerevan, aksiyaOpera teatrı ətrafından skamyaları yığıb Fransa meydanında kəsişən Bağramyan, Sayat Nova və Tumanyan prospektləri bağlanıb

Yerüstü nəqliyyatdan başqa, metronun da hərəkəti dayandırılmalıdır. Bunun üçün etirazçılar metro vaqonlarının açıq qapıları arasında yerə uzanarlar.

Paşinyan tələbələri də tətil elan edib Bağramyan prospektinə, parlament binası ətrafına toplaşmağa çağırdı.

Müxalif millət vəkili hətta özü və ya etiraz aksiyalarını təşkil edən fəalların bu gecə həbs olunması təqdirdə, kütləvi itaətsizlik planının qüvvədə qaldığını dedi.

“Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdılar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək qərarı qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm”, – Paşinyan deyib.

Yerevan, aksiyaEtiraz iştirakçıları üçüncü gündür ki, Yerevanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir

Etiraz iştirakçıları üçüncü gündür ki, Yerevanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir.

Yüzlərlə insan mitinqdən sonra gecəni burada keçirir. Onlar üçün burada bir neçə xarici diaspor ermənilərinin ianələri hesabına pulsuz bufet təşkil edilib.

Hələlik hüquq-mühafizəçi orqanları nəinki müdaxilə etmir, hətta yaxınlıqda bir nəfər də olsa polis əməkdaşı görünmür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL