Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə dövlət orqanı - “Roskomnadzor” bu il ölkə ərazisində “Facebook”u bloklaya bilər.
Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov deyib. O bildirib ki, bu il aparılacaq yoxlamanın sonunda sosial şəbəkə rusiyalı istifadəçilərin məlumat bazasının Rusiya ərazisində saxlanılmasına razı olmasa, “Facebook”a qarşı müvafiq addım atılacaq.
“2018-ci ilin sonuna qədər biz şirkətin fəaliyyətini yoxlayacağıq. Bir neçə maddə var ki, yerinə yetirilməlidir: Rusiya vətəndaşlarının məlumat bazasının ölkə daxilində lokallaşdırılması, bütün qadağan olunmuş məlumatların silinməsi və digər qanunlara əməl olunması. Əgər bu məsələlərin bəziləri və ya heç biri yerinə yetirilməsə, bloklanma məsələsi aktuallaşacaq”, - deyə A. Jarov söyləyib. O, “Facebook” nümayəndələri ilə yarım ildən bir görüşdüyünü deyib. Sonuncu görüş 2018-ci ili fevralında olub.
Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi “Roskomnadzor”un iddiası əsasında “Telegram”ın ölkə ərazisində bloklanması haqqında qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, messencer vasitəsilə ötürülən informasiyalar dövlətin və əhalinin təhlükəsizliyinə təhdid yarada bilər. Məhkəmə qərarı o vaxt ləğv oluna bilər ki, “Telegram” bu məsələdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa getsin və istifadəçi məlumatlarının deşifrə olunması üçün müvafiq “açar”ları kəşfiyyata təqdim etsin.