Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ermənistan üçün gerisayım başladı - İrəvan iki od arasında

Tarix:4-05-2018, 09:00 Baxış Sayı:153

Ermənistan üçün gerisayım başladı - İrəvan iki od arasında

İşğalçı ölkənin taleyi ilə bağlı suallar çoxalır - Qərblə Rusiyanın Ermənistan davası böyüyür; Paşinyan Dağlıq Qarabağdakı saxta qurumu tanıya, Xocalı aeroportunu işə sala bilər? Rusiya nəşri: “O, baş nazir kimi Moskva üçün başağrısı olacaq...”

Ermənistanda baş nazir qovğası hər gün daha qəliz çalarlar almaqdadır. İlk baxışda “rəngsiz” inqilabın şəriksiz lideri, parlamentdəki “Yelk” fraksiyasının və “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyanın mayın 8-də ikinci cəhddə baş nazir olmaq şansı real görünür. Lakin analitiklər həm də tələsməməyi tövsiyə edirlər. Əsas vurğu da ona salınır ki, gizli “qərbpərəst” sayılan Nikol Paşinyan bir siyasətçi olaraq, hələ ki “bağlı boğça” olaraq qalır.

Məsələ ondadır ki, Paşinyanın mayın 1-də baş nazirliyə yeganə iddiaçı qismində etdiyi çıxışı da bütün “i”lərin üzərində nöqtələri qoymayıb. Müxalifət lideri hətta ənənəvi mövqeyini dəyişərək, dəfələrlə “Ermənistan Avrasiya Birliyi və KTMT-də qalacaq” desə də, Rusiyada ona inam yenə güclü deyil. Bunu həm Rusiya KİV-də gedən analitik materiallardan, həm də politoloqları şərhindən görmək olar. Belə təxminlər də var ki, Nikol Paşinyan ölkənin birinci şəxsi olandan sonra Mixail Saakaşvili kimi Rusiya ilə bağlı verdiyi vədləri tutmaya da bilər.                                  

“Ermənistanda onun üçün misli görünməmiş bir hadisə baş verib: xarici güclərin amansız kəndir çəkişməsi başlayıb. Maraqlıdır, kəndirin ucları kimin əlində qalıb - Rusiyanın, yoxsa Qərbin?Bu barədə rosbalt.ru nəşrində Ermənistandakı son duruma həsr olunmuş analitik məqalədə bildirilir.

Armenia yerevan ile ilgili görsel sonucu

Məqalədə həmçinin deyilir: “Rusiya Paşinyanı müvəqqəti də olsa, öz xeyrinə ”verbovka" edə bilibmi, yoxsa başqa namizədlərlə bağlı anlaşma var? - hansı ki, o da istisna deyil. Hər iki variant yalnız bir məqsəd güdür - regionda qüvvələr nisbətinin radikal dəyişikliyinə imkan verməmək".

Müəllif daha sonra Nikol Paşinyanın heç də siyasi baxımdan tarazlı biri olmadığına diqqət yönəldərək yazır: “Paşinyan etibarlı adam deyil. Əgər o, baş nazir olsa, hər halda, Azərbaycan və Türkiyə faktorlarını nəzərə alıb təhlükəsizlik və maliyyə donoru çətiri kimi Rusiyanın maraqları ilə hesablaşmaq zorunda qalacaq. Ancaq Qərbə mütləq can atacaq və Moskvaya daima başağrısı yaradacaq. Bu isə o anlama gəlir ki, Paşinyan baş nazir postunu tutsa, Rusiya çalışacaq ki, maksimum tez onu aktiv siyasətdən kənarlaşdırsın. Necə deyərlər, Ermənistanda ”sistem" çətin ki, dəyişsin. Bu sistemin yalnız fiqurantları əvəzlənə bilər. Odur ki, Moskva yəqin ki, situasiyanı qaytarmağa çalışacaq, əgər əlbəttə ki, Paşinyanın özünü müdafiə instinkti işə düşməsə".

Armenia yerevan ile ilgili görsel sonucu

Moskvanın isə postsovet ölkələrinə ən müxtəlif müdaxilə reseptləri var. Bu yerdə xatırladaq ki, rusiyalı politoloq Oleq Kuznetsov Nikol Paşinyana qarşı sui-qəsd ehtimalını istisna etməyib. Gürcüstan və Azərbaycandan fərqli olaraq Ermənistanda Kremlin “əli”nin çox yerə çatdığını və 1999-cu ildə parlamentin gülləbaran edildiyini nəzərə alsaq, analitikin ehtimalını qəribçiliyə salmağa dəymir.  

“Ermənistandakı situasiya ilə bağlı proqnozlar tez-tez yanlış çıxır. Çoxları düşünürdü ki, mayın 1-də hər şey yekunlaşacaq (Paşinyanın baş nazir olması nəzərdə tutulur - red.). Ancaq bəlli olduğu ki, gözlənilən baş vermədi”. Bu sözləri isə 1 in.am nəşrinə açıqlamasında rusiyalı politoloq Vadim Dubnov deyib. O da hadisələrin konkret inkişaf  ssenarisini cızmaqda çətinlik çəkib.

Rusiya hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzəyan da “RİA Novosti” agentliyində dərc edilmiş məqaləsində əsas suala cavab tapmağa çalışıb. O, pessimistlərin mövqeyini xatırladaraq yazıb ki, digər inqilabçı Mixail Saakaşvili də hakimiyyətə təzə gələndə belə deyirdi, Rusiya ilə yaxşı münasibətlər saxlayacağı haqda danışırdı. Amma sözünün üstündə durmadı.

Gevorq Mirzəyana görə, bu məqamda pessimistlərə xatırlatmaq olar ki, erməni xalqı gürcü xalqı deyil və daha rusiyameyllidir. Ona görə də Paşinyana Rusiyadan üz döndərməyə imkan verməz. “Lakin əhalinin sağlam düşüncəsinə arxayınlaşmaq da olmaz, üstəlik indiki texnologiya əsrində ”beyinlərin yuyulması"nı nəzərə alanda. Paşinyanı hakimiyyətə gənclər gətirib və onların da arasında antirusiya meylləri hər gün artır", - deyə o qeyd edib.

Müəllifə görə, Paşinyanın problemi həm də ondadır ki, o, verdiyi vədləri, o sırada korrupsiya və inhisarçılığın aradan qaldırılmasını, iqtisadiyyatın bataqlıqdan çıxarılmasını müvəqqəti baş nazirlik dövründə yerinə yetirə bilməz: “Axı o, ölkəni növbədənkənar seçkilərə hazırlamalıdır və bu seçkilərin bir neçə ay sonra keçirilməsi nəzərdə tutulur”.

Ona görə də erməni şərhçi hesab edir ki, populist Paşinyan reytinqini qəfil qaldırmaq üçün xarici siyasət meydanında kəskin addımlar ata bilər: “Məsələn, Dağlıq Qarabağın ”müstəqilliyini" tanıyar və Xankəndi aeroportunu işə salar, yaxud Dağlıq Qarabağ ətrafında situasiyanın kəskin eskalasiyasına səbəb olan başqa addımlar atar. Bununla da Moskvanın başqa sahələrdə bərk məşğul olduğu bir vaxtda Rusiyaya çoxlu problemlər yarada bilər.

kreml ile ilgili görsel sonucu

Lakin eyni zamanda bununla özünə və hakimiyyətinə ciddi problemlər yaradar. Çünki separatçı rejimin dövlət kimi tanınması avtomatik şəkildə sülh qapılarının birdəfəlik bağlanması və müharibənin tətiyini çəkmək demək olacaq. O halda Azərbaycanın ayrı yolu, sadəcə,  qalmayacaq.

Xocalı hava limanının qanunsuz fəaliyyəti ilə bağlı da rəsmi Bakının prinsipial mövqeyi bəllidir. Qarabağın hava məkanı Azərbaycanın suveren məkanına daxildir və istənilən qanunsuz uçuşa qarsı sərt və adekvat tədbir görüləcək. Yəni belə hava obyektləri dərhal vurulacaq. Bundan ötrü Azərbaycanın öhdəsində ən müasir sistemlər var.

Əlavə edək ki, bunu yaxşı bildiyi üçün hətta Xocalı canisi Serj Sərkisyan da Dağlıq Qarabağa, Xankəndinə təyyarədə gəlməyə risk eləməyib - hərçənd erməniləri ruhlandırmaq üçün ilk sərnişinlərdın birinin özü olacağına söz vermişdi. Amma arzusu ürəyində qaldı - bütövlükdə “miatsum” arzusu və ya separatçı qurumu dövlət qismində tanıtmaq arzusu kimi...

Ermənistan üçün artıq yenə gerisayım başlayıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL