Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İran və İsrail Suriyada toqquşdu

Tarix:11-05-2018, 10:31 Baxış Sayı:211

İran və İsrail Suriyada toqquşdu

Trampın qərarı Suriya və İsrailin bir-birini bombalaması ilə müşayiət olundu, hər iki tərəf ağır itkilərdən danışır

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmaq qərarı Yaxın Şərqdə gərginliyi ən üst səviyyəyə qaldırıb. Qərardan bir sutka keçməmiş Suriya ərazisində İsrail və İran arasında toqquşma baş verib.

Əvvəlcə İsrail ordusu Suriyanın cənubunda yerləşən Quneytra vilayətinin Baas və Hadar məntəqələrini tanklardan və aviasiya vasitəsilə atəşə tutub. Daha sonra Suriya ərazilərindən İsrailin nəzarətində olan Colan təpələri atəşə tutulub.

İsrail ordusunun yaydığı açıqlamada qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadası Colan ərazilərinə 20-dək raket atıb bir neçə hərbi baza hədəfə alınıb. Ancaq qeyd olunur ki, İsrail ordusu hava hücumundan müdafiə sistemləri bu raketlərin hamısını məhv edib.

Suriya Hava Hücumundan Müdafiə Qüvvələri isə Dəməşqi hədəfə alan İsrail raketlərinə atəş açıldığını bəyan edib. Ümumilikdə isə Colan təpələri bölgəsində gərginlik saatlarla davam edib. İsrail ordusu bir neçə saat ərzində Dəməşq və ətrafını raket atəşinə tutub. Bu hadisənin 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra baş verən ən böyük qarşıdurma olduğu bildirilir. İsrail artilleriyası və hərbi hava qüvvələri Suriya ordusunun Hums şəhəri yaxınlığında yerləşən Radar Mərkəzini bombaladığı, o cümlədən Suriya ordusuna məxsus silah anbarları və hərbi bazalar vurulub.

Syria İsrael İran ile ilgili görsel sonucu

Hər iki tərəf bəyan edib ki, hava hücumundan müdafiə sistemləri qarşı tərəfdən atılan raketləri vurub salıb. İsrail müdafiə naziri Liberman isə deyib ki, Suriyada İran İnqilab Keşikçiləri Korpusuna aid bütün hərbi mərkəzlər vurulub. Eyni zamanda əlavə edib ki, zərbələrin cavabı sərt şəkildə veriləcək. Sitat: “İranda başa düşməlidirlər ki, əgər bizə yağış yağsa, onları sel aparacaq”.

liberman netanyahu ile ilgili görsel sonucu

Ancaq Libermanın bu açıqlamasının özü vəziyyətin xeyli dramatik olduğunu göstərir. Doğrudur, İsrail israrla bu zərbələrin hədəfinin İran ordusu olduğunu, Colana atılan raketlərin də İran dəstəkli qüvvələrdən və ya İran ordusu tərəfindən həyata keçirildiyini iddia etsə də, İran hələlik bu açıqlamaya cavab verməyib. Ancaq Suriya mənbələri Dəməşq ətrafında vurulan bazalardan birində 8-i iranlı olmaqla, 15 hərbçinin öldüyünü açıqlayıb. Suriya Müdafiə Nazirliyi isə İsrailin zərbələri nəticəsində 3 nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını açıqlayıb.

Bundan başqa, Colanda gecə və sabah saatlarında davamlı olaraq həyəcan və hava hücumu siqnalları verilib. Yerli əhali gecəni bunkerlərdə keçirməli olub. Bir sıra Avropa ölkələri İsrailə atılan raketlərə görə Suriya hökumətini qınayıb.

Qeyd edək ki, Trampın məlum qərarını açqılamasından dərhal sonra İsrail “Dəmir Qübbə” Hava Hücumundan Müdafiə sistemlərini, eləcə də tank və uzaqvuran artilleriya qurğularını Suriya ilə sərhəddə yığmağa başlayıb. Ardınca isə Suriya paytaxtı yaxınlığında yerləşən hərbi obyektləri vurmağa başlayıb. Bu isə iki səbəbdən ola bilər. Birincisi, İsrail Suriyadakı kəşfiyyatı (İsrailin Suriyada güclü kəşfiyyat şəbəkəsi uzun illərdir ki, fəaliyyət göstərir - K.R.) vasitəsilə müəyyən etdiyi İran hərbi bazalarını vurmaqla bir növ qabaqlayıcı addım atıb.

Syria İsrael İran ile ilgili görsel sonucu

Məsələ ondadır ki, İsrail Suriyada münaqişə başlayandan bu günə qədər vaxtaşırı olaraq bu ölkəyə hava reydləri təşkil edir. İsrail aviasiyası Suriya ordusu, hökumətə yaxın silahlı birliklər, o cümlədən İran və Hizbullah mövqelərini bombalayır. Təl-Əviv bu addımı təhlükəsizliklə izah edir. Suriyada son 5 ildə onlarla İran və Hizbullah döyüşçüsü öldürülüb. Onların arasında nüfuzlu komandirlər, o cümlədən 2008-ci ildə öldürülmüş Hizbullahın komandiri İmad Muğniyənin oğlu Cihad Muğniyə də olub. Ancaq Təl-Əvivin Trampın qərarından dərhal sonra Suriya ərazilərini vurması qabaqlayıcı addım olmaqla yanaşı, eyni zamanda İranı provokasiyaya çəkmək məqsədi daşıyıb. Suriya tərəfindən endirilən cavab zərbələri göstərir ki, İsrailin təxminləri doğru olub, Suriya tərəfi İsrailə cavab zərbəsi üçün hazırlıqlı olub.

Syria İsrael İran ile ilgili görsel sonucu

Suriya media orqanlarının məlumatına görə, ötən gün Suriya ərazisindən atılan raket və mərmilər İsrailin Colan təpələrində yerləşən 10 hərbi obyektini vurub. Bunların içərisində Colanda yerləşən 4 hərbi baza, hərbi elektron texniki dinləmə komandanlığı, kəşfiyyat qərargahı, elektron savaş komandanlığı mərkəzi, Qərbi Colandakı dinləmə şəbəkəsi komandanlığı, mesaj alma və göndərmə mərkəzi, həssas izləmə mərkəzi, hərbi vertolyot aerodromu, Hermonda briqada qərargahı, “Benestim” xüsusi təyinatlı ordu qərargahı olub. “Əl-Məyadin” telekanalının məlumatına görə, məhz bundan sonra İsrail aviasiyası havaya qaldırılıb.

Baş verənlər göstərir ki, artıq İsrail və İran faktiki olaraq Suriyada döyüşür. O da aydın olur ki, Suriyadakı qüvvələr İsrailə cavab zərbəsi endirmək iqtidarındadır və bu da savaşı daha da böyüdə bilər. İsrail tərəfinin kəskin zərbələri də onu deyir ki, Suriyadan ciddi təhlükə olub və bu da Təl-Əvivi narahat edir. İsrail və Suriya arasında sonuncu toqquşmanın əsl təsirini isə yaxın günlərdəki gedişatdan bilmək olacaq. Amma bir şey məlumdur ki, Yaxın Şərqdə “cin şüşədən çıxıb”. Qarşıdakı günlərdə İsrailin 70 illik yubileyi gəlir və bölgədə “sular daha da isinəcək” kimi görünür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL