Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Latviya Avropa Birliyinin şərq qapısı adlanır. Buna görə də bu ölkə MDB məkanından gələn çırkli pulların Birlik daxilində leqallaşdırılması üçün vasitə rolunu oynayır. Ofşor sxemləri ilə kriminal dairələrin sevimli məkanı halına gələn Baltikyanı bölgənin bu kiçik ölkəsi indi bütün bunlara son vermək istəyir.
İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin yazarı Rudolf Herman bununla bağlı xüsusi yazı qələmə alıb.
Yazıda Latviyanın Yurmala şəhərinin xüsusilə rus oliqarxları arasında olduqca populyar olduğu deyilir. “SSRİ dağıldıqdan sonra buraya harınlaşmış rus oliqarxlarının kastası yerləşməyə başlayıb. 2004-cü ildə Latviya Avropa Birliyinə üzv olduqdan sonra isə rusdilli zənginlər özlərini həm dil, həm də mentalitet baxımından burada daha rahat hiss edirlər. Latviyada ölkəyə sərmayə qoyan və ya daşınmaz əmlak alanlara (hazırda bunun üçün 250 min avro tələb olunur-red.) “qızıl viza” verilməsi onların əl-qolunu tamamilə açıb”, - yazıda qeyd olunur.
Müəllifin qeyd etdiyinə görə, buraya orta biznesmenlərdən tutmuş superzənginlərə, siyasi və iqtisadi elitanın nümayəndələrinə qədər hər kəs axışıb.
Jurnalistin danışdırdığı, korrupsiya ilə mübarizə üzrə ixtisaslaşmış “Delna” qeyri-hökumət təşkilatının hüquqşünası Yanis Vayde Yurmalada latış dilində bir kəlmə belə eşitməyin mümkün olmadığını deyir. Onun fikincə, daşınmaz əmlak sektoru qaranlıq pul vasitələrinin leqal maliyyə sisteminə asanlıqla daxil olunmasına şərait yaradıb.

“Bu cür əməliyyatlar üçün Latviyanın maliyyə sistemində qeyri-rezident şəxslərlə biznes sahəsində ixitsaslaşan ofşor banklar peyda olublar. Hazırda isə bu banklar Latviya üçün əsl başağrısı törədir. Bu ilin fevral ayında maliyyə cinayətlərinin qarşısının alınması şəbəkəsi FinCEN (bu qurum ABŞ maliyyə nazirliyinə tabedir) Latviyanın 3-cü ən böyük bankı sayılan ABLV Bank-ın Şimali Koreyanın qaranlıq maliyyə manipulyasiyaları və pullarının yuyulmasında şübhələndiyini açıqlamasından və bankdakı dollarla olan müxbir hesablarını qapatmaq tələbindən sonra Riqada həyəcan siqnalları çalınmağa başlayıb”, - yazıda bildirilir.
Qəzetin yazıdğına əsasən, ölkənin baş naziri Maris Kuçinkis aprel ayında bank sektorunda nizam intizam yaratmaq üçün vaxt istəyib. Bundan başqa, Avropa Şurasının pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə “Moneyval” adlı komitəsi Latviyada işinə başlayacaq.
Yazıda Latviyanın maliyyə sektoru seqmentində ən sensasion fırıldaqların Moldova bağlantılı olduğu vurğulanır. Latviyada “Landromat” adı qoyulan maliyyə qalmaqalı onlarla bankı əhatə edir.
Moldovanın 3 ən böyük banklarından birindən 1 milyard dollar pul yoxa çıxıb və Latviya vasitəsilə Qərbə ötürülüb. Bu isə Moldovanın ÜDM-nin 12%-nə bərabərdir. “Landromat” qalmaqalının özünə gəldikdə isə burada təxminən 21 milyard dollarlıq vəsaitin yuyulmasından söhbət gedir. Bütün hallarda pul vəsaitlərinin və tranzaksiyaların marşrutlarının ört-basdır edilməsi üçün saxta firmalardan istifadə olunub.

Delna təşkilatının mənbələrinə əsasən, MDB məkanın 3 ölkəsi - Rusiya, Moldova və Azərbaycanın payına 100 milyard dollarlıq köçürülmüş pul düşür. Onların böyük bir qismi Latviya bankları vasitəsilə yuyulma prosesindən keçirilib.
İndi bank sektorunun rüsvayçılıqlardan xilası naminə hökumət qəti addımlar atmaq qərarına gəlib. Belə ki indən belə banklara boş firmalara xidmət etmək qadağan olunub.
Məqalə müəllifi islahatların hansı səbəbdən belə gecikdiyini sual edir. Onun fikrincə, Latviya kiçik bir ölkə olduğu üçün burada siyasi və iqtisadi elita bir-birlərinin günahlaranı “basdıra” bilir. Hər kəs isə müəyyən miqdarda öz payını alır...