Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton “The Washington Post” qəzetində İranla imzalanan nüvə saizşindən imtina olunması ilə əlaqədar xüsusi məqalə yayıb.
Bolton sazişin son 2 ildə özünü ən pis tərəflərdən göstərdiyini iddia edib.
“Birgə tamhəcmli fəaliyyət planı”nın (Nüvə sazişinin rəsmi adı belədir-red.) məqsədi bundan ibarətdir ki, İran rejimi öz xalqının mənafeləri naminə nüvə ambisiyalarından vaz keçib iqtisadi problemlərini həll edəcəkdi. Lakin bunun yerinə Tehran qazandığı milyardları xaricdəki hərbi avantüralara xərcləyərək, Yəməndən Suriyaya qədər Yaxın Şərq boyu ölüm və dağıntılar gətirib”, - məqalədə deyilir.
Müşavirin yazdığına əsasən, ABŞ prezidenti tam bir il sazişi incələdikdən sonra onun Amerika xalqının təhlükəsizliyini pozduğu qənaətinə gələrək ölkəsinin bu oyunda iştirakına son verib.

Müşavir Bolton İsrail baş naziri Benyamin Netanyahunun İranın nüvə silahının yaradılması üzrə proqramını dayandrmadığını göstərən sənədləri olduqca qiymətli hesab etdiklərini söyləyib. “Bu onu göstərir ki, bizim ümumi düşmənimiz var və təhlükəsizlik naminə biz bir yerdə olmağa məcburuq”, - məqalədə deyilir.
“Tramp elə hesab edir ki, sanksiyalar İranı yeni və daha yaxşı nüvə sazişi imzalamağa məcbur edəcək, lakin çətin ki, Tehran Ağ Evin tələblərinə güzəştə getsin.
Ona görə bir çoxları fikirləşir ki, Tramp administrasiyasının əsl məqsədi İrandakı rejimi dəyişməkdir”, - “The Washington Times” qəzeti yazır.
Qəzetdəki yazının müəllifi Qay Teylor ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun uzun müddətdən bəri İranda teokratik rejimi devirmək arzusunda olduğunu yazır. Boltonun İranı beynəlxalq “terrorizmin əsas bankiri” olaraq adlandırması da bunu göstərir.

“Tələblər o qədər böyükdür, bu ABŞ-ın missiyasını, demək olar ki tamamilə mümkünsüz edir”, - Vaşinqtonda yerləşən Strateji və beynəlxalq araşdırmalar mərkəzindən Entoni Krodsmen məqalə müəllifinə rəyini bildirib.
Donald Trampın tənqidçiləri isə prezidenti daha böyük oyun oynamaqda ittiham edirlər. “İranla imzalanan nüvə sazişindən imtina Tehranı guya cərimə meydançasında saxlamağa (xokkey oyunundakı kimi) yönəlib. Lakin bu İrana xarici aləmlə normal münasibətlər qurmağa imkan vermir. Bütün bu planların arxasında amerikalı quzğunların və digər rejim əleyhdarlarının on illərdir ki, xəyal etdiyi rejimin dəyişdirilməsi havaları əsir”, - Harvard universitetinin professoru Stiven Uolt deyib.