11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
ABŞ öz səfirliyini Qüdsə köçürdüyü gün Qəzzanı İsraildən ayıran ərazidə toqquşmalar baş verib.
Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 55 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2700 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.
Fələstinlilər tərəfindən yeni etiraz nümayişləri gözlənilir.
2014-cü ildə Qəzza müharibəsindən bəri ən qanlı qarşıdurması hesab edilən bu hadisə ABŞ-ın Qüdsdə (Yerusəlimdə) mübahisəli səfirlik açmasından öncə başlayıb.
Fələstinlilər ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək hesab edir.
Səfirliyin açılış tədbirində prezident Trump-ın videomüraciəti nümayiş olunub. Həmin müraciətində Trump vurğulayıb ki, "İsrail süveren dövlət olaraq başqa suveren dövlətlər kimi öz paytaxtını müəyyən etmək hüququna malikdir".
ABŞ-ın Qüdsdə səfirlik açması İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənilir.
Şərqi Qüdsü gələcək paytaxtları sayan fələstinlilər son altı həftə ərzində Qəzzanın islamçı Həmas idarəçiliyinin rəhbərliyi altında "Böyük Qayıdış Yürüşü" adı altında kütləvi etiraz aksiyaları keçirirlər.
İsrail bildirir ki, etirazçılar sərhəd hasarını dağıtmaq istəyirlər.
Bazar ertəsi öldürülənlər arasında uşaqlar var, azı 2700 insan yaralanıb, Fələstin rəsmiləri bildirib.
Fələstinlilər daş və alov bombalarından istifadə edirlər, İsrail hərbiyyəsi snayperlərdən istifadə edir.
İsrail ordusunun bildirdiyinə görə, "zorakı üsyanlarda" 40000 fələstinli iştirak edib.
İsrailin baş naziri Benyamin Netanyahu hərbiyyəni müdafiə edərək deyib ki, "hər ölkə öz sərhədlərini qorumaq hüququna malikdir".
Fələstinlilər Şərqi Qüdsü özlərinin gələcək paytaxtı sayır və ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək sayır.
Öz növbəsində, İsrail Qüdsü öz bölünməz paytaxtı hesab edir.
Prezident Trump-ön ötən il qəbul etdiyi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ABŞ-ın bu məsələdə neytrallığını pozmaqla yanaşı, beynəlxalq birliyin əksər hissəsinin mövqeyi ilə ziddiyyət təşkil edir.
Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin köklü problemlərindəndir.
1993-cü ilin İsrail-Fələstin sülh razılığına əsasən, Qüdsün statusu sülh danışıqlarının sonuncu mərhələlərində müzakirə olunmalıdır.
1967-ci ildən bəri İsrail Şərqi Qüdsdə 200 min yəhudinin məskunlaşdığı onlarla məskən inşa edib.
Beynəlxalq hüquq İsrail tərəfindən həmin məskənlərin yaradılmasını qanunsuz sayır, lakin İsrail bu dəyərləndirmə ilə razı deyil.
1980-ci ildə İsrail Qüdsü öz paytaxtı elan edən qanun qəbul edib. Hərçənd ki, bundan sonra, müxtəlif ölkələr səfirliklərini Qüdsdən çıxardılar.
Hər il mayın 15-də, İsrail təsis edilən gündən bir gün sonra, fələstinlilər Fəlakət gününü qeyd edirlər. Həmin gün 1948-ci ildə yüz minlərlə insan öz yaşayış yerlərindən çıxarılıb və ya evlərini tərk etməli olublar.
ABŞ-ın kiçik müvəqqəti səfirliyi bazar ertəsi artıq burada fəaliyyət göstərən ABŞ konsulluğu binasında işə başlayıb.
Daha böyük sahə tapılandan sonra isə səfirliyin qalan hissəsi də Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.
ABŞ səfirliyi müvəqqəti olaraq Qüdsdə ABŞ Konsulluğu binasında fəaliyyət göstərəcək.
Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi ABŞ-ın İsraildə səfiri David Friedman-ın çıxışı ilə başlayıb.
David Friedman səfirliyi rəsmən açıq elan edib: "Bugün, biz Qüdsdə Amerika Biləşmiş Ştatlarının İsraildə səfirliyini açırıq, - David Friedman deyib - ABŞ növbəti dəfə bu məsələdə birinci addım atan ölkə olaraq bu yolun önündə gedir".
Səfir prezident Trampın bu addımı atmaqla "cəsarət göstərdiyini" qeyd edib.
Tədbirdə prezident Trampın video-müraciəti nümayiş olunub. Həmin müraciətində Trump vurğulayıb ki, "İsrail süveren dövlət olaraq başqa suveren dövlətlər kimi öz paytaxtını müəyyən etmək hüququna malikdir".
Açılış mərasiminin tarixi İsrailin yaranmasının 70 illiyilə eyni vaxta düşməsi üçün qabağa çəkilib.
Açılış tədbirində prezident Trampın müraciəti açıqlanıb.
İvanka Tramp və onun əri Jared Kushner Ben Gurion aeroportunda ABŞ-ın İsraildəki səfiri David Friedman-ı salamlayırlar
Tədbirə Ağ Evin müşavirləri qismində İsrailə gəlmiş İvanka Trump və Jared Kushner, eləcə də ABŞ Maliyyə naziri Steven Mnuchin və dövlət katibinin müavini Con Sallivan qatılıblar.
ABŞ səfirliyinin Qüdsə köçülməsinə Avropa İttifaqı ciddi tərzdə etirazını bildirib.
İsrailin baş naziri Benjamin Netanyahu bütün ölkələri ABŞ-ın hərəkətini təkrarlamağa çağırıb.
Fələstin İdarəçiliyinin prezidenti Mahmud Abbas Trump-ın qərarını "əsrin təhqiri" adlandırıb.
Minlərlə fələstinli bazar günü etiraz bildirmək üçün İsraili Qəzza Zolağından ayıran hasarın qarşısına toplaşıb.
Martın sonundan İsrail əsgərləri ilə toqquşmalarda 40-dan çox fələstinli öldürülüb.
BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.
İsrail təkid edir ki, qanun çərçivəsinə mülki əhalini silahlılardan qorumaq üçün tədbirlər görüb.