Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Ukraynada exit-poll şoumen Vladimir Zelenskinin prezident seçkilərinin ikinci turunda hazırkı prezident Petro Poroşenko üzərində böyük üstünlüklə qələbə çaldığını göstərir.
Exti-poll nəticələrinə görə, populyar televiziya seriallarında prezident rolunun ifaçısı kimi tanınmış aktyor və komediya ustası Zelenski səslərin 73 faizini əldə edib.
Seçki qərargahında tərəfdarlarına dəstəyə görə təşəkkürünü bildirən Zelenski prezident Petro Poroşenkonun zəng edib, onu qələbə münasibətilə təbrik etdiyini deyib. Zelenski bundan sonra ilk mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb. O, hakimiyyətə gəldikdən sonra ölkə rəhbərliyinə “yeni adamları” gətirəcəyini deyib.
Ukrayna prezident seçkilərində namizədlər-hazırkı prezidenti Petro Poroşenko və Vladimir Zelenski Kiyevdə səsvermədən öncə debatlar zamanı, 19 aprel, 2019.
Rusiya ilə münasibətlərə dair sualın cavabında Zelenski bildirib ki, o, ilk növbədə, Rusiyada həbsdə və əsirlikdə olan ukraynalıların vətənə qaytarılmasına çalışacaq. Zelenski Moskva ilə danışıqları Normandiya formatında davam etdirəcəyini və Ukraynanın şərqində münaqişənin Minsk razılaşmaları əsasında, həllinə çalışacağını bildirib.
Seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Petro Poroşenko dövlət başçısı kimi vəzifəsindən gedəcəyini deyib, lakin siyasətdə qalacağını bəyan edib. O, tərəfdarlarına dəstəyə görə təşəkkürünü bildirib.
Siyasi təcrübəsi olmayan 41 yaşlı Zelenski rəy sorğularında prezident uğrunda yarışların favoriti idi. Zelenski populyarlığını seçicilərin ölkədə korrupsiya, iqtisadi problemlər və Ukraynanın şərqində müharibənin davam etməsi ilə bağlı narazılıqları fonunda qazanıb.
Poroşenko cümə günü Olimpiya stadionunda televiziya ilə yayımlanana canlı debatdan öncə tərəfdarlarını fəallaşdırmağa çalışaraq, Kiyevin Azadlıq meydanına mitinq keçirib. 51 yaşlı prezidenti minlərlə insanın toplaşdığı mitinqdə tərəfdarlarına Zelenskinin seçildiyi halda Rusiya prezidenti Vladimir Putinin ondan istifadə edəcəyini deyib. O həmçinin Zelenskinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində addımlarını heçə endirəcəyini bildirib.
Zelenski ənənəvi siyasi kampaniyalardan uzaq duraraq, mediaya müsahibələr verməyib, komediya şouları ilə ökənin müxtəlif yerlərinə səfərlər edib. Mediaya müsahibə verdiyi zaman isə o, Avropa İttifaqı və NATO ilə daha yaxın əlaqələrin tərəfdarı kimi çıxış edib. Zelenski həmçinin Ukraynanın şərqində üsyançıların reinteqrasiyası üzrə səylərin artırılmasına çağırıb.