Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Avropa Qəzetlər Konqresində ermənilərin saxta xəbərlər yayması məsələsi müzakirəyə goyulub

Tarix:15-05-2019, 10:53 Baxış Sayı:130

Avropa Qəzetlər Konqresində ermənilərin saxta xəbərlər yayması məsələsi müzakirəyə goyulub

"2016-cı ilin aprelində Qarabağda hərbi əməliyyatların kəskinləşdiyi dövrdə erməni lobbisi fəal şəkildə saxta xəbərlər yayaraq Ermənistanın xeyrinə təhrif edilmiş məlumatlar verirdi".

Bu barədə "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad ƏliyevAvstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Qəzetlər Konqresində çıxışı zamanı bildirib.

"Bir neçə il bundan əvvəl saxta xəbərlər problemi həllolunmaz kimi görünürdü. Çünki oxucular sosial şəbəkələrdə gördükləri hər cür xəbərlərə inanırdılar. Bundan əlavə, xəbər portalları böyük auditoriya cəlb etmək üçün bəzən məlumatları saxtalaşdırırdılar. İnternetə qoşulmanın tamamilə sərbəst olduğu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanların faktları yoxlamağın, yəni "fact checking"in zəruri olduğunu anlaması üçün çox zaman və səy lazım gəldi", - M.Əliyev deyib.

O xatırladıb ki, Azərbaycanda qanuni səviyyədə saxta xəbərlərin qəsdən yayılması halında saytların bağlanması imkanı yaranıb.

Onun sözlərinə görə, cəmiyyətin özü dezinformasiyaya qarşı tənqidi yanaşma ortaya qoymalıdır.

 

 

 

"İnsanların çoxu səs-küylü başlıqlardan, sensasiyalı ehtimallardan yorulub. Belə vəziyyətdə saxta xəbərlərə operativ reaksiya verməkdə və həqiqəti axtarmaqda əsas yük ənənəvi mətbuatın, informasiya agentliklərinin üzərinə düşür", - baş redaktor bildirib.

 

M.Əliyev həmçinin münaqişə zonalarından yalan, saxta xəbərlərin yayılmasının təhlükəli olduğunu qeyd edib.

"Kiminsə haqqında yalan məlumatlar onun siyasi karyerasına zərər vurursa və ya yalan xəbərlər biznesin zəifləməsinə gətirib çıxarırsa, müharibə zonasından həqiqətə uyğun olmayan məlumatların yayılması yüzlərlə insanın həyatını təhlükə altına salır. Məsələn, Qafqazda Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman, 2016-cı ilin aprelində erməni lobbisi fəal şəkildə saxta xəbərlər yayaraq Ermənistanın xeyrinə təhrif edilmiş məlumatlar verirdi. Yalnız "Reuters", "Associated Press", "Anadolu", İran televiziyası, RİA "Novosti", "Sputnik" kimi aparıcı KİV nümayəndələrinin sərhədyanı rayonlara səfərləri təşkil olunduqdan sonra çox sayda saxta xəbərin əsassız olduğu müəyyənləşdi", - "Report"un baş redaktoru fikirlərini tamamlayıb.

Rusiyanın "Znak.com" nəşrinin baş redaktor müavini Dmitri Kolezyov saxta xəbər probleminin Avropa və ABŞ KİV-i üçün aktual olduğunu, Rusiyada isə bunun bir nömrəli mövzu olmadığını qeyd edib.

"Ötən əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin əvvəllərinə qədər azad mətbuatın olduğu çox qısa dövr olub. Lakin, təəssüf ki, azadlığımızı tam qoruya bilmədik. KİV ardından böyük biznesin təsiri altına düşdü", - D.Kolezyov söyləyib.

Öz növbəsində, Ukraynanın "Tsenzor.net" nəşrinin baş redaktoru Sergey Qolovnov saxta xəbərlərin hazırda Ukraynada mövcud olan daha qlobal problemlərin nəticəsi olduğunu vurğulayıb.

"Ukraynada azad KİV-in rəqabət aparması çox çətindir. Çünki oliqarxların KİV-i pul qazanmır, pul qazanmağa ehtiyac da yoxdur. Həmin iş adamları yaratdıqları inhisarlardan pul qazanır, sonra da pulu öz maraqlarını müdafiə edən və dəstəkləyən media vasitələrinə buraxırlar", - o deyib.

Qazaxıstandan olan bloqer Denis Krivoşeyev bildirib ki, müasir dövrdə xəbəri istənilən şəxs yarada bilər, KİV isə təbiətinə və qanunun məhdudiyyətlərinə görə, sadəcə, onlara reaksiya verməyə vaxtı çatmır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL