29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dünya liderlərini Ukrayna münaqişəsinə diplomatik həll yolu tapmaq imkanlarını qoruyub saxlamaq üçün Rusiya Prezidenti Vladimir Putini “alçaltmamağa” çağıran Fransa Prezidenti Emmanuel Makronu məzəmmət edib.
“Rusiyanı alçaltmamaq çağırışları Fransa və bu çağırışı edən hər bir başqa ölkəni alçaldır, çünki Rusiya özünü alçaldır,” Kuleba şənbə günü Twitter-də yazıb. “Yaxşı olar ki, iz diqqətimizi Rusiyanı yerinə otuzdurmağa yönəldək. Bu sülh gətirəcək və həyatları xilas edəcək.”
“Biz Rusiyanı alçatmamalıyıq ki, döyüş bitən gün, diplomatik üsullarla çıxış yolu əldə edə bilək,” Makron şənbə günü regional qəzətə müsahibəsində bildirib. O əlavə edib ki, o, Parisin münaiqşəyə son qoymaq üçün vasitəçi rolu oynayacağına inanır.
Makron Moskva fevral ayında Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə çalışıb. Onun mövqeyi dəfələrlə Avropadakı bəzi Avropadakı şərq və Baltikyanı tərəfdaşlar tərəfindən tənqid olunub, çünki onlar bunun Putinə danışıq masasına oturmaq üçün təzyiq göstərmək səylərinə xələl gətirdiyini düşünür.
Makron hərbi müdaxilə başlayandan bəri Kyivlə Moskva arasında atəşkəs əldə etmək və etibarlı danışıqlara başlamaq məqsədilə Putinlə mütəmadi olaraq danışıb.
“Mən düşünürəm və ona da demişəm ki, o, xalqı, özü və tarix üçün tarixi və fundamental səhv edir,” Makron deyib.
Fransa Ukrayaya həm hərbi həm də maddi dəstək verib, amma Makron digər Aİ liderləri kimi simvolik siyasi dəstək nümayişi olaraq indiyə qədər Kyivə səfər etməyib ki, Ukrayna onun bunu etməsini istəyir. Makron səfər edəcəyini istisna etmədiyini deyib.
Paris Ukraynaya hücum silahları, o cümlədən Fransa ordusunun ehtiyatından götürülən Sezar haubitsa topları göndərir. Makron deyib ki, o, sila istehsalçılarını istehsalı sürətləndirməyə çağırıb.
Luhansk bölgəsinin qubernatoru şənbə günü bildirib ki, Rusiya qüvvələri Ukraynanı Severodonetsk şəhərində dinc əhaliyə yardım çatdırmasının və şəhərə əlavə hərbi qüvvə gətirməsinin qarşısını almaq üçün Severski Donets çayının üzərindəki körpüləri partladırlar.
Serhiy Haiday telelviziyada yayımlanan çıxışında deyib ki, Ukrayna ordusu Severodonetskin içindəki mövqeyini qorumağa davam edir və bir neçə yerdə Rusiya qüvvələrini geri çəkir.
“Onlar addım-addım irəliləyirlər. Onlar sadəcə olaraq hər şeyi artilleriya, təyyarə, minomyot və tanklarla dağıdırlar,” Guardian qəzeti Haidaydan sitat gətirib. “Amma bizdə kifayət qədər Qərbin uzun-mənzilli silahları olduğu an, onların artilleriyasını mövqelərimizdən uzaqlaşdıracağıq. Ondan sonra, inanın mənə, rus piyadaları, qaçacaqlar.”
Ukrayna ordusu bildirib ki, Rusiya qoşunlarını gücləndirib və həftələrdir Moskva qüvvələri tərəfindən bombardan edilən şəhərdə “hücum əməliyyatları keçrmək” üçün artilleriyadan
artilleriyadan istifadə edir.
“Düşmən Severodonetsk şəhərində artilleriyanın dəstəyi ilə hücum edir, qoşunlarını İkinci Ordu Korpusunun səyyar ehtiyatları ilə gücləndirib, şəhərdə döyüşlər davam edir,” Ukrayna ordusu şənbə günü bildirib.
Ancaq ordu əlavə edib ki, Rusiya qüvvələrinin qonşu Baxmut şəhərində irəliləyiş əldə etmək cəhdləri uğursuz olandan və Severodonetskə girişi kəsəndən sonra, onlar geri çəkiliblər. Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiya təyyarələri Ukraynanın Donbas bölgəsinə həm idarə olunan həm də idarəolunmayan raketlərlə zərbələr endirir.
“Rusiyanın münaqişənin ilk günlərində Ukraynanın strateji hava hücumundan müdafiə sistemlərinin qarşısını ala və ya məhv edə bilməməsi onun quru manevr elementlərinə taktiki hava dəstəyi vermək imkanlarını məhdudlaşdıraraq Kyivə doğru irəliləyə bilməməsinə səbəb olub,” nazirlik bildirib.
Nazirlik deyib ki, nəticədə Rusiya hava fəaliyyətini Ukrayna qoşunlarının və təchizatların hərəkətinə əngəl olmaq üçün hava və qurudan atılan qanadlı raketlərdən istifadə etməklə dərin zərbələr endirməyə məhdudlaşdırıb, ancaq bunların münaqişəyə heç bir mənalı təsiri olmayıb və Rusiyanın dəqiqliklə idarə olunan raket ehtiyatlarının əhəmiyyətli dərəcədə tükəndiyi ehtimal olunur.
“İdarəolunmayan raketlərdən istifadənin artması Donbasda yaşayış məntəqələrində genişmiqyaslı dağıntılara və demək olar ki, əhəmiyyətli dərəcədə mülki itkilərə səbəb olub,” o əlavə edib.
Britaniya kəşfiyyatı ehtimal edir ki, Rusiya indi Ukraynanın şərqində Luhansk bölgəsinin 90 faizindən çoxuna nəzarət edir və növbəti iki həftədə bölgənin tam nəzarətini ələ keçirmək ehtimalı yüksəkdir.