Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Nikol Paşinyan: "Azərbaycan ərazimizi işğal edib, ordumuz vuruşur"

Tarix:14-09-2022, 10:44 Baxış Sayı:41

Nikol Paşinyan: "Azərbaycan ərazimizi işğal edib, ordumuz vuruşur"

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, sentyabrın 13-də döyüşlər başlanandan Azərbaycan Ermənistan ərazisinin daha 10 kvadrat kilometrini tutub. Azəbaycan hələ ki, Paşinyanın bu bəyanatına şərh verməyib.

"...Silahlı Qüvvələrimiz bu müdaxiləni ləğv etməyə çalışır. Ötən il may ayında ölkəmizin 40 kvadrat kilometr ərazisi işğal olunub. Təcavüz baş verib, və biz deyirik ki, buna razı deyilik. Onlar ərazimizdən getməlidir. Bizim siyasi mövqeyimiz belədir", - Paşinyan deyib.

Paşinyan bəyan edib ki, Azərbaycan onun Silahlı Qüvvələrinin de-fakto dayandığı hüdudda öz ərazi bütövlüyünün tanınmasını tələb etsə, Ermənistan bu şərtləri qəbul etməz.

Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın ayrı-ayrı ərazilərini işğal edirsə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməz, çünki "bu, bizim ərazilərimizdir", o deyir.

"Müasir Ermənistanın əraziləri Ermənistan SSR-in əraziləridir, və biz yalnız Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünü tanıması təqdirdə Bakı ilə sülh sazişi imzalamağa hazırıq", - Nikol Paşinyan deyib,

Bu arada Azərbaycan Ermənistana humanitar atəşkəs təklif etdiyini bildirib, sərhəddə isə vəziyyətin gərgin olmasına dair xəbərlər var.

İki ölkə arasında sentyabrın 12-si axşamından bəri döyüşlər gedib, sərhəddə gərginlik davam edir. Ermənistan 105, Azərbaycan 50 hərbçisinin həlak olduğunu açıqlayıb. Azərbaycan bu gün bəyan edib ki, yeni itkiləri var, amma əlavə məlumat verməyib.

Sərhəddə baş vermiş qanlı döyüşlərdə tərəflər bir-birini günahlandırır.

Azərbaycan Ermənistan sərhədi, döyüşlər, xəritə

"Çətin qərarlar"

"Sülh naminə çətin qərarlar verməyi öz üzərimə götürdüyümü dedim. Amma çətin qərarlar Ermənistan Respublikasının dövlət maraqlarına zidd olan qərarlar demək deyil. Biz o Sülh Müqaviləsi adlı sənədi imzalaya bilmərik ki, onun nəticəsində 6 aydan sonra yeni müharibə başlasın. Biz kağıza imza atmağa hazırıq, ona görə bir çoxları bizi söyəcək, bizi satqın adlandıracaq, xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, amma biz yenə də minnətdar olarıq ki, bunun nəticəsində Ermənistan öz 29840 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə etsin", Paşinyan çərşənbə günü parlamentdə çıxışı zamanı deyib.

"2021-ci ilin may ayından Ermənistana qarşı təcavüz edilib, Ermənistan ərazisi işğal olunub. Ermənistan indi də təcavüzə məruz qalır, və bizim Silahlı Qüvvələr hazırda təcavüzə qarşı dururlar. Və biz deyirik ki, heç vaxt bununla razılaşmarıq, işğalçı ərazimizdən getməlidir. Mən demişəm ki, sülh naminə çətin qərarlar verməyi üzərimə götürmüşəm. Biz belə bir kağıza imza atmağa hazırıq. Ona görə bir çoxları bizi söyər, satqın adlandırar, hətta xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, amma biz yenə də minnətdar olarıq ki, bunun nəticəsində Ermənistan öz 29840 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə etsin. Mən aydın deyirəm: bunu təmin edən qərarı mən imzalayacağam", - Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

"Məni sonradan mənim başıma nə gələcəyi maraqlandırmır, məni sonradan Ermənistan Respublikasına nə olacağı maraqlıdır", - o əlavə edib.

"Dəhliz verməyəcəyik"

Ermənistan ərazisi üzərindən dəhliz təqdim edilməyəcək, Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü növbəti "Parlament saatın"da çıxışı zamanı deyib.

"Bizim ərazi bütövlüyü məsələsində başqalarının fikri çox da narahat etməməlidir. Biz demişik ki, Ermənistan ərazisi üzərindən dəhliz verməyəcəyik. Bu baxımdan, biz ən böyük və ən güclü olmasaq da, başqalarının rəyi bizi ikinci növbədə narahat edir", - Paşinyan deyib.

Onun sözlərinə görə, bu məsələdə müttəfiqlərlə anlayış eynidir və bu, beynəlxalq birliyə də aiddir.

"Elə bir ölkə yoxdur ki, bizimlə dəhliz haqqında danışsın. Buna cəhd edən hər hansı bir ölkə olarsa, biz bunu müzakirə etmərik. Çünki bu, məsələ müzakirə olunmur", - o deyib.

Döyüşlər gecə də, səhər də davam edib

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri bildiriblər ki, sentyabrın 13-dən 14-nə keçən gecə sərhəddə gərginlik davam edib. Hər iki qurum qarşılıqlı atışmalar barədə xəbər verir.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü yaydığı məlumatda bildirib ki, Ermənistan Silahlı Qüvvələri "atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq" sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrini "müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub".

Azərbaycan MN "adekvat cavab tədbirləri" görüldüyünü açıqlayıb və əlavə edib ki, hazırda hərbi mövqeləri fasilələrlə atəşə tutulur.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 14-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində gərginlik səngiməyib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın yaydığı məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Cermuk şəhəri istiqamətində "zərbə pilotsuz uçuş aparatından" istifadə edib. Başqa istiqamətlərdə gecə insident müşahidə olunmayıb, o bildirib.

"Lakin (14 sentyabr) səhər saat 8:00-dan düşmən artilleriya, minaatan və iriçaplı silahdan istifadə edərək, yenidən irəliləməyə cəhd edib, xüsusuilə Cermuk və Yuxarı Şorja istiqamətlərində", - məlumatda deyilir.

Erməni tərəfinin "cavab tədbirləri" gördüyü bildirilir.

vropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev

ŞƏKLİN MƏNBƏYİ,AZERTAG

Şəklin alt yazısı,

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş vaxtı Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib.

İlham Əliyev: "...sülh gündəliyini dəstəkləyirik"

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş vaxtı Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib. Bu barədə Azərbaycanın yaydığı rəsmi açıqlamada deyilir.

Bu gün Bakıya gələn Toivo Klaar Aİ-nin hər iki tərəflə təmasda olduğunu bildirib. İlham Əliyev Azərbaycanın "Brüsseldə aparılmış müzakirələrin davamı olaraq" sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Ötən gün Aİ Toivo Klaar-ın "deeskalasiyanı dəstəkləmək" üçün hər iki ölkəyə səfər edəcəyini açıqlayıb.

"İki mülki şəxs yaralanb"

Azərbayacan-Ermənistan sərhədində bazar ertəsi gecə saatlarında başlayan toqquşmalar nəticəsində Azərbaycan tərəfindən iki mülkü şəxs yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi və Baş Prokurorluq bildirib.

"Ermənistan tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Amin Musayev və Goranboy rayonu Qaraçinar kəndində yaşayan Arzuman Orucov yaralanıb", qurumların birgə açıqladığı məlmatda deyilir.

Məlumata görə, yaralı Amin Musayev hazırda Gəncədə xəstəxanada müalicə alır, "onun vəziyyəti orta-ağır qiymətləndirilir". Arzuman Orucov isə ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qurum bildirib.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt üzrə araşdırma aparıldığı bildirilir.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan sosial şəbəkə hesabında "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə endirdiyi raket zərbələri nəticəsində 6 mülki şəxsin yaralandığını" bildirib.

Onun sözlərinə görə, yaralılardan 4-ü hazırda müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir.

Macrondan zəng

Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb ki, Fransa Prezidenti Emmanuel Macron İlham Əliyevə zəng edib. Məlumata görə, telefon danışığı zamanı Fransa Prezidenti İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını dilə gətirib.

İlham Əliyev "bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü" və Azərbaycan tərəfindən "cavab tədbirlərinin görüldüyünü" bildirib, president.az yazıb.

Məlumatda deyilir ki, İlham Əliyev Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, "bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini" də vurğulayıb.

Fransa dünən Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Putin KTMT-in iclasında nə deyib?

TASS-ın xəbərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəhbərliyi onlayn keçirilən iclasında Ermənistana missiya göndərməyə qərar verib.

Təşkilatın mətbuat xidmətinin məlumatına görə, iclasda, həmçinin KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması da qərara alınıb. Onun tərkibinə katibliyin əməkdaşları və birgə qərargahın hərbi qulluqçuları daxil olacaq. Rusiya Prezidenti Vladimir Putin Rusiya tərəfinin əlavə praktiki addımları barədə görüş iştirakçılarına məlumat verib. KTMT katibliyindən bildirilib ki, onlar Ermənistan və Azərbaycan sərhədində yaranmış gərginliyi azaltmağa yönəlib, TASS yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşlərdən sonra KTMT-yə müraciət etmişdi. Ermənistan baş verənlərə görə, Azərbaycanın məsuliyyət daşıdığını bildirib.

İtkilər

Azərbaycan sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdə 50 hərbçisinin şəhid olduğunu açıqlayıb.

Onların 42-si Azərbaycan Ordusunun, 8 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır, Azərbaycan Müdafiə Nazirliyi bildirib. Qurum həlak olmuş hərbçilərin adlarını açıqlayacağını bildirib.

Nazirlik onların "genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olduqlarını" deyib.

Sentyabrın 12-si gecə saatlarında Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Ermənistanla sərhəddə başlamış döyüşlərdə Ermənistan 105 hərbçisini itirib.

Azərbaycan-Ermənistan sərhəddində döyüşlər: Ermənistandan 49 hərbçi həlak olub, Azərbaycan itkiləri açıqlamayıb

ŞƏKLİN MƏNBƏYİ,AZƏRBAYCAN MN

Şəklin alt yazısı,

Foto: Arxiv

Qriqor Atanesyan, BBC müxbiri

Ermənistan regionlarından gələn xəbərlər təsdiqlənərsə, bu gecə baş verən eskalasiya misilsiz sayılacaq. Ermənistanın hakimiyyət orqanlarının və jurnalistlərin məlumatına görə, Ermənistanın şəhərləri artilleriya atəşinə tutulub və ona təkcə Gorus və Vardenis kimi sərhəd mərkəzləri deyil, Sevan gölünün sahilindəki Cermuk və Martuni kurort şəhərləri də məruz qalıb.

Ermənistan parlamentində çıxış edən Baş nazir Nikol Paşinyan 49 erməni əsgərinin həlak olduğunu deyərək, bu rəqəmin hələ yekun olmadığı barədə xəbərdarlıq edib. O, Azərbaycan qoşunlarının gecə saatlarında bir neçə istiqamətdə hücum etdiyini deyib.

Paşinyan eskalasiyanı danışıqların uğursuzluğu ilə əlaqələndirib, onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ərazisinə iddialarını bildirib, Dağlıq Qarabağın müzakirəsindən isə ümumiyyətlə imtina edib.

Bu, ekspertləri təəccübləndirib, çünki Ermənistanın Baş naziri və onun müttəfiqləri irimiqyaslı güzəştlərə hazır olduqlarını bildirirdilər.

Vacibdir ki, söhbət Qarabağdan, Rusiya sülhməramlılarının yerləşdiyi münaqişə zonasından getmir. Döyüşlər Ermənistan Respublikasının ərazisində gedir, hər iki tərəf bunu ehtiraf edir.

Bakıda deyirlər ki, hərbi əməliyyata təxribatlara cavab olaraq başladıyıblar. Onların versiyasına görə, Ermənistan qoşunları bütün ötən həftə boyu atəş açıblar.

Amma Ermənistandakı mənbələrə əsasən, Ermənistan ordusu Azərbaycanın hərbi üstünlüyünü göstərən 2020-ci ildəki müharibədə ağır məğlubiyyətdən sonra, sadəcə olaraq, buna qadir deyil.

Yerevana diplomatiya vasitələri qalıb. Ermənistanın Baş naziri gecə saatlarında Rusiya və Fransa prezidentləri və ABŞ dövlət katibi ilə danışa bilib. Bu, son onilliklərdə Bakı ilə Yerevan arasında danışıqlar prosesini aparan üç ölkədir.

Ermənistan rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına, KTMT hərbi alyansına və ikitərəfli razılaşma çərçivəsində birbaşa Moskvaya müraciət edib.

Rusiya Xarici İşlər Nazirliyi gecə döyüşlərindən sonra, çərşənbə axşamı səhər saatlarında ölkələrə atəşkəsə nail olmağa kömək etdiyini bildirib. Amma Yerevan hələlik bu məlumatı təsdiqləməyib - Paşinyan parlamentdə bildirib ki, atışmaların intensivliyi azalsa da, o davam edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL