Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Məleykə Qaragözlü hicaba görə məhkum edildi

Tarix:20-09-2022, 10:13 Baxış Sayı:95

Məleykə Qaragözlü hicaba görə məhkum edildi

İyulun 12-də isə qadın fəallar baş örtüklərini ictimai yerdə çıxararaq videolarını internetdə paylaşıblar

İranda insan haqları fəalı Məleykə Qaragözlü məcburi hicab qaydalarına etiraz etdiyinə görə üç il səkkiz aylıq həbsə məhkum edilib. Bu haqda onun vəkili açıqlama verib.

Vəkil Məhəmməd Əli Kamfiruzi sentyabrın 19-da Twitter hesabında yazıb ki, Tehrandakı İslam İnqilab Məhkəməsi müvəkkilinin sosial media səhifələrində bir neçə saniyəlik hicabsız videosuna görə belə bir hökm çıxarıb.

Qadağalar

Qaragözlü iyulun 12-də ölkə üzrə vətəndaş itaətsizliyi kampaniyasında iştirakdan sonra saxlanıb. O, sosial mediada hicaba etiraz videosunu paylaşmışdı.

İranda hicab 1979-cu ildə İslam İnqilabından sonra qadınlar üçün məcburi baş örtüyünə çevrilib.

Prezident İbrahim Rəisi iyulun 5-də verdiyi fərmanla hicab qanununu tətbiqini gücləndirib, qadınların geyimiylə bağlı yeni məhdudiyyətlər qoyulub. Bu fərmandan sonra qaydalara əməl etmədiyi bildirilən qadınların hökumət idarələrinə, banklara, ictimai nəqliyyata girməsinə qadağalar tətbiq olunur.

Fəallarsa buna cavab olaraq #no2hijab (Hicaba yox) həştəqi ilə sosial media kampaniyası başladıblar, əhalini qadağaları sərtləşdirən şirkətləri boykot etməyə çağırıblar.

12 iyul etirazı

İyulun 12-də isə qadın fəallar baş örtüklərini ictimai yerdə çıxararaq videolarını internetdə paylaşıblar. Həmin gün ölkədə Milli Hicab və Bakirəlik günü qeyd olunub.

Bir neçə gün sonra kampaniyaya qatılmış qadınların həbsi başlanıb.

Qaragözlünün vəkili deyib ki, müvəkkilinin “saysız tibbi sənədləri var”, ekspertiza da onun “xüsusi psixiatrın nəzarətində olmasının gərəkdiyini” təsdiqləyib. Amma bütün bunlara baxmayaraq hökm çıxarılıb.

Bu arada İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyüləndən sonra vəfatına qarşı müxtəlif şəhərlərdə etirazlar keçirilib.

İranda son vaxtlar əxlaq polisi xeyli fəallaşıb, zorakı olub. Sosial mediada qadınların polis maşınlarına mindirilərək aparıldığını göstərən videolar yayılır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL