Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel Moskva Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan etdikdən sonra bildirib ki, Rusiyaya qarşı yeni cəzalandırıcı tədbirlər paketi hazırlanacaq:
“Biz qərara gəlmişik ki, partnyorlarımızla koordinasiyalı şəkildə mümkün qədər tez Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayaq”.
Borrel bu bəyanatı sentaybrın 21-də Aİ xarici işlər nazirlərinin təcili iclasından sonra verib.
İclas Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının əsnasında keçirilib.
Borrel bildirib ki, Rusiyaya qarşı sanksiyalar həm fərdi, həm də sektorlar üzrə olacaq.
Onun sözlərinə görə yeni sanksiya paketi barədə qərar Aİ nazirlərinin rəsmi iclasında veriləcək.
Avropanın qətiyyəti pozulmayacaq
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib.
Eyni zamanda Ukraynada Rusiyanın işğalı altında olan ərazilərin Rusiyaya birləşdirilməsi üçün referendumların keçiriləcəyi elan edilib.
Putin habelə, Ukraynada “xüsusi əməliyyatın” bütün vəzifələrinin “nəyin bahasına olursa olsun” icra olunacağını və blef etmədiyini deyib.
Beynəlxalq birlik Putinin bu sözlərini “açıq nüvə hədəsi” kimi qiymətləndirib.
Borrel deyib ki, “nüvə silahına eyham vurulmasıl bizim qətiyyətimizi, qərarlığımızı və Ukrayna ilə yekdil birliyimizi pozmayacaq”.
Aİ xarici işlər komissarı deyib ki, blok Ukraynaya onun ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün lazım olduğu müddətdə dəstək verəcək.
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel Moskva Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan etdikdən sonra bildirib ki, Rusiyaya qarşı yeni cəzalandırıcı tədbirlər paketi hazırlanacaq:
“Biz qərara gəlmişik ki, partnyorlarımızla koordinasiyalı şəkildə mümkün qədər tez Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayaq”.
Borrel bu bəyanatı sentaybrın 21-də Aİ xarici işlər nazirlərinin təcili iclasından sonra verib.
İclas Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının əsnasında keçirilib.
Borrel bildirib ki, Rusiyaya qarşı sanksiyalar həm fərdi, həm də sektorlar üzrə olacaq.
Onun sözlərinə görə yeni sanksiya paketi barədə qərar Aİ nazirlərinin rəsmi iclasında veriləcək.BUNA DA BAX:Rusiyada etirazlarda 1300-dən çox saxlanan olub
Avropanın qətiyyəti pozulmayacaq
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib.
Eyni zamanda Ukraynada Rusiyanın işğalı altında olan ərazilərin Rusiyaya birləşdirilməsi üçün referendumların keçiriləcəyi elan edilib.
Putin habelə, Ukraynada “xüsusi əməliyyatın” bütün vəzifələrinin “nəyin bahasına olursa olsun” icra olunacağını və blef etmədiyini deyib.
Beynəlxalq birlik Putinin bu sözlərini “açıq nüvə hədəsi” kimi qiymətləndirib.
Borrel deyib ki, “nüvə silahına eyham vurulmasıl bizim qətiyyətimizi, qərarlığımızı və Ukrayna ilə yekdil birliyimizi pozmayacaq”.
Aİ xarici işlər komissarı deyib ki, blok Ukraynaya onun ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün lazım olduğu müddətdə dəstək verəcək.BUNA DA BAX:Moskvadan birtərəfli bilet 9 min 200 avroya [Video]
“Həlledici dönüş”
Borrel bildirib Avropanın nüvə silahı ilə hədələnməsi bütün dünya üçün real təhlükədir və beynəlxalq icma buna reaksiya verməlidir.
Aİ nazirlərinin növbəti rəsmi iclası oktyabrın ortalarında keçirilməlidir. O vaxtadək Rusiyaya qarşı 8-ci sanksiya paketi artıq hazır olmalıdır.
Nazirlər habelə Ukraynanın silah-sursatla təchizatını daha da intensivləşdirmək qərarına gəliblər.
Bəzi məlumatlara görə yeni paketə habelə Rusiya neftinin qiymətinə hədd qoyulması daxil ediləcək.
Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Reuters agentliyinə deyib ki, Putin Qərbi qorxudaraq parçalamaq istəyir, lakin onun son çıxışı “həlledici dönüş” nöqtəsi olub:
“Bu tamam fərqli vəziyyətdir. Aviasiyada belə bir deyim var: bütün qaydalar təyyarə qəzaları sərnişinlərinin qanı ilə yazılıb. Bu sanksiyalar paketi də Rusiyanın törətdiyi qırğınlar və qanlarla yazılıb”.